Elmira müəllimənin rənglər dūnyası

Elmira müəllimənin rənglər dūnyası Būtūn ūmumtəhsil fənləri kimi təsviri incəsənət fənninin tədrisi də dövlət əhəmiyyətli məsələdir və təhsil qanunlarında, sinif proqramlarında, təlimin gələcək prespektivlərinə olan mūlahizələrində bu qabarıq şəkildə nəzərə çatdırılır.
Söhbət açmaq istədiyim insan ūrəyi, siması kimi gözəl, daim çöhrəsi gūlən ūnsiyyətli, rəftarı ilə insanlara xoş ovqat bəxş edən gözəl insan, qayğıkeş ailə başçısı, gözəl rəssam Elmira xanımdır.


Elmira Rəhim qızı Qoşquyeva
- 1968-ci il mayın 31-də Bakı şəhərində ziyalı ailəsində anadan olub. 1989-cu ildə Azərbaycan Dövlət Pedaqoji Universitetinin Bədii qrafika fakultəsini bitirib. 1990-cı ildən, hal-hazıra qədər Bakının Binəqədi rayonunun Biləcəri qəsəbəsindəki Qamət Abbasov adına 284 nömrəli məktəbdə Təsviri incəsənət mūəllimi işləyir. Məktəbə daxil olanda dəhlizdə, məktəbin mərtəbələrində, bir sözlə hər yanda onun əlinin nişanəsi hiss olunur. Məktəbdə şagirdlərlə yaxından işləyir, rəssamlığın sirlərini şagirdlərə öyrətməkdən yorulmur. Tez-tez uşaqların əl işlərindən ibarət sərgilər təşlil edir. Hələ 1999-cu ildə yaradıcı rəssam kimi ilk sərgisi keçirilib. Məktənin kollektivi Elmira xanım haqqında yūksək səviyyədə xoş sözlər söyləyir. Elə mən də demişəm, deyirəm və deyəcəyəm: nə yaxşı ki, varssınız, əziz və hörmətli Elmira xanım.
Bəli, insanlar üçün ən gözəl keyfiyyət və ən dəyərli mükafat məhz həmin insanın milyonların arasında mūəllim kimi mūəllim, insan kimi insan, dost kimi dost olmaqdır. Bu müsbət xüsusiyyətlər də Elmira xanımda var.

Elmira müəllimənin rənglər dūnyası Bu günlərdə biz də bir daha Elmira mūəllimənin emalatxanasında olduq. Çoxlu sayda əsərlərinə tamaşa etdik. Sanki bir möcūzə aləminə dūşmūşdūk...
İlahi... Elmira xanımın həyatda bənzərsiz bir gözəlliyə sahib olan necə də saf və gözəl bir qəlbi var...

Arzu edirik ki, ömrūnüz də, elə qəlbiniz kimi daima gözəl olsun, əziz Elmira xanım.
İllər ömrūnüzdən sürətlə getsə də, hər zaman beləcə gənc və gözəl qalın.
Hər yeni gūnūnüz ötən gūnlərinizdən daha gözəl, arzularınıza uyğun və sizi xoşbəxt edəcək şəkildə olmağını diləyirik.
Yeni yaşınızda bütün arzularınız gerçək olsun. Ad gūnūnüz mūbarək!


ZÖHRƏ SƏMƏDOVA,
ZiM.Az

.
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Rəy yazın: