ŞƏRƏFLİ MÜƏLLİM PEŞƏSİ VƏ RÜHƏNGİZ HEYDƏROVA

ŞƏRƏFLİ MÜƏLLİM PEŞƏSİ VƏ RÜHƏNGİZ HEYDƏROVA Bu günkü "Ziyalılarımızı tanıyaq və tanıdaq!" rubrikasında haqqında söhbət açmaq istədiyimiz şərəfli müəllim peşəsinin sahibi - Bakının Nizami rayonunda yerləşən Namiq Həmzəyev adına 238 nömrəli tam orta məktəbin tərbiyə işləri üzrə direktor müavini Heydərova Rühəngiz Hüseyn qızıdır.

Ruhengiz Heydarova
- 9 sentyabr 1977-ci ildə anadan olub. Əslən Qərbi Azərbaycandandır. Bakı şəhərinin Nizami rayonunda yerləşən 129 nömrəli orta ümumtəhsil məktəbində orta təhsil, 1995-1999-cu illərdə Azərbaycan Dillər Universiterinin ingilis dili fakültəsində ali təhsil alıb. Pedaqoji fəaliyyətə 1999-cu ildə ingilis dili müəllimi kimi başlayıb. Hal-hazırda Bakının Nizami rayonunda yerləşən Namiq Həmzəyev adına 238 nömrəli tam orta məktəbdə tərbiyə işləri üzrə direktor müavini işləyir. Rühəngiz xanım 24 ildir ki, bu şərəfli peşəsini ləyaqətlə davam etdirir.
Rühəngiz xanım bir sıra tədbirlərin təşkilatçısı və iştirakçısıdır. 2018-ci ildə "Biosfer" İ.B ilə məktəbin birgə layihəsi olan "Aztəminatlı ailələrdən olan uşaqlar üçün şəxsi inkişaf məqsədilə təlimlərin keçirilməsi" layihəsi, 2021-ci ildə Türkiyənin Çanaqqala şəhərində "75 Yıl" adlı ibtidai məktəblə "Qardaş məktəb" layihəsi, 2022-ci ilin oktyabrında "Vətən Müharibəsi" şəhidləri Anar Qumaşovun və leytenant Teymur Məcidzadənin anım tədbiri, 2022-ci ilin dekabrında Ulu Öndər Heydər Əliyevin anım tədbiri, MOK və OCEP layihəsi çərçivəsində təşkil olunmuş tədbirlər və başqa tədbirlərin təşkilatçısı və iştirakçısıdır.
Rühəngiz Heydərova bu gün də öz peşəsinin üzərində çalışır, bilik və təcrübələrini artırır.

Biz də təcrübəli pedaqoq, çox hörmətli Rühəngiz Heydərovaya şərəfli müəllim peşəsində yeni-yeni uğurlar arzulayırıq.

Yunis Qaraxanlı,
ZiM.Az


.
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Rəy yazın: