APA-nın Gürcüstan bürosunun məlumatına görə, ədəbiyyatşünas alim muzeyin eksponatları ilə tanış olub, muzeyin tərtibini bəyəndiyini bildirib və bu ocağın Azərbaycanı təbliğ etdiyini qeyd edib.
Muzeyin direktoru Leyla Əliyeva eksponatların tarixi barədə akademik İsa Həbibbəyliyə ətraflı məlumat verib.
Azərbaycanlı alim muzeydə yerləşdirilən Qori Müəllimlər Seminariyası məzunlarının fotoları yerləşdirilən stendlə maraqlanıb, muzeyə özünün qələmə aldığı kitabları hədiyyə edəcəyini bildirib.
Akademik İsa Həbibbəyli muzeyin “Xatirə kitabı”na da öz ürək sözlərini yazıb:
"Xoş gördük Mirzə Fətəli Axundzadə!
Muzeydə davam edən yeni həyatın mübarək!
Adına və ideyalarına layiq ocaqdır!”
Qeyd edək ki, bu gün İsa Həbibbəyli Azərbaycanın Gürcüstandakı səfirliyinə də baş çəkib.
.
Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.