Tiflisdə gənc azərbaycanlı rəssamın sərgisi açılıb

Tiflisdə gənc azərbaycanlı rəssamın sərgisi açılıb Bu gün Tiflisdəki Mirzə Fətəli Axundov adına İncəsənət Qalereyasında Azərbaycanın Gürcüstandakı səfirliyinin təşkilatçılığı ilə gənc azərbaycanlı rəssam Fidan Əliyevanın “Göy Qurşağının bütün rəngləri” adlı fərdi sərgisinin açılışı olub.
ZİM. Az
saytının məlumatına görə, sərgidə 23 rəsm əsəri sərgilənib. Tədbirdə diplomatik korpus nümayəndələri, o cümlədən Türkiyənin Gürcüstandakı səfiri Zeki Levent Gümrükçü, Belarusun Gürcüstandakı səfiri Mixail Mityakov, parlament deputatları, Gürcüstanın tanınmış mədəniyyət və incəsənət xadimləri və Tiflis şəhər sakinləri, həmçinin azərbaycanlı ziyalılar, QHT nümayəndələri iştirak ediblər.

Tədbirdə M.F.Axundzadə adına İncəsənət Qalereyasının direktoru Arçil Bejanişvili, Azərbaycanın Gürcüstandakı səfiri Dursun HəsənovTürkiyənin Gürcüstandakı səfiri Zeki Levent Gümrükçü çıxış ediblər. Çıxışçılar gənc rəssama uğurlar arzulayıblar.
Sərgi sabah davam edəcək.

Nizami Məmmədzadə,
jurnalist

ZiM.Az


.
Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Rəy yazın: