Abid Şərifov 2015-ci il oktyabrın 15-də Tbilisinin mərkəzindəki Heydər Əliyev Parkında Ümummilli Liderin abidəsini ziyarət edib. Baş nazirin müavini ulu öndər Heydər Əliyevin büstü önünə gül dəstələri qoyub, xatirəsini ehtiramla yad edib.
Abidəni ziyarət edənlər arasında “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin sədri Cavid Qurbanov, Azərbaycanın Gürcüstandakı səfiri Azər Hüseyn və digər rəsmi şəxslər də olublar.
Sonra Azərbaycan Respublikası Baş nazirinin müavini Abid Şərifov ölkəmizin Gürcüstandakı səfirliyində olub.
Diplomatlarla görüşdən və səfirliyin binası ilə tanışlıqdan sonra Abid Şərifov M.F.Axundzadə adına Azərbaycan Mədəniyyəti Muzeyinə gəlib. Muzeyin direktoru Leyla Əliyeva Baş nazirin müavininə buradakı mədəniyyət nümunələri barədə məlumat verib.
Sonra Abid Şərifov
SOCAR-ın Gürcüstan nümayəndəliyində olub. Nümayəndəliyin rəhbəri Mahir Məmmədov Baş nazirin müavinini SOCAR-ın Gürcüstanda həyata keçirdiyi layihələr, əldə etdiyi nailiyyətlər barədə məlumatlandırıb.
Xətayi Əzizov.
Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.