Millət vəkili Əflatun AMAŞOV "Şəhid ailələrinə edilən güzəştlər"in artırılmasını gündəmə gətirdi

Millət vəkili Əflatun AMAŞOV "Şəhid ailələrinə edilən güzəştlər"in artırılmasını gündəmə gətirdi Azərbaycan Mətbuat Şurasının sədri, Millət vəkili Amaşov Milli Məclisin 14 oktyabr tarixli iclasında çıxış edərək "Şəhid ailələrinə edilən güzəştlər"in artırılmasını gündəmə gətirib. O, deyib:

"'Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında' Qanuna dəyişiklilə bağlı danımaq istəyirəm.
Bu gün bu məsələ cox aktualdir. Biz müharibə şəraitində yaşayırıq. Belə bir durumda şəhid ailələrinin dövlətin bu və ya digər imtiyazlarından bəhrələnmələri vacibdir. Qanuna edilən dəyişiklik də buna xidmət edir.
Ancaq mən bir başqa məsələyə diqqətinizi çəkmək istərdim. Ötən ilin noyabrında Milli Ordumuzun giziri Fariz Novruzov şəhid oldu.
Mən Saatlida bu rayonun deputatı kimi onun dəfnində iştirak etdim. Valideynlərinin vəziyyəti ilə maraqlandım.
Əlbəttə, dövlət qayğısı var. Ancaq vəziyyət belədir ki, şəhidə görə onun ailəsinə 11 min manat birdəfəlik müavinət ödənilir. Azərbaycanda elə şirkətlər var ki, işçisinin həyatını hətta 100 min manata qədər sığortalayır.
Belə olan halda torpaqlarımızın qorunması uğrunda şəhid olan əsgər ailəsinə 11 min manat ödənilməsi təəssüf doğurur.
İstərdim ki, bu məsələyə ciddi şəkildə yanaşaq.
Həmin məbləğin artırılmasını gündəmə gətirək..."




.
Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Rəy yazın: