Rüfət Quliyev: “Daxili istehsalın inkisafi əsas hədəf olmalıdır”

Rüfət Quliyev: “Daxili istehsalın inkisafi əsas hədəf olmalıdır” Milli Məclisin İqtisadi, siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü, deputat Rüfət Quliyev bildirib ki, onun Milli Məclisdə plenar iclas zamanı tütünçülüklə əlaqədar çıxışından sonra bəzi saytlar çıxışın mahiyyətini düz başa düşməyərək qeyri obyektiv və təhrif olunmuş məlumatlar yayıblar.

Məsələnin mahiyyəti ilə əlaqədar Rüfət Quliyev bildirir ki, o çıxışında belə bir qanunun qəbulunu müsbət hal kimi qiymətləndirib və qeyd edib ki, oxşar qanunlar bir çox ölkələrdə də qəbul olunub. Bizim qəbul edəcəyimiz qanun isə Rusiya Federasiyasında və Türkiyədə qəbul olunmuş qanunlara uyğun olsa da, bizim Qanun layihəsi daha münasib olub, siqaret isteklakçılarının hüquqlarını daha çox qoruyur.

Qanun layihəsində nəzərdə tutulan iş yerlərində, otel və mehmanxanalarda, restoran, bar və digər iaşə obyektlərində siqaret çəkənlər üçün xüsusi yerlərin ayrılması çox təqdirə layiqdir. Siqaretin reklamının qadağan olunmasına toxunan deputat vurğulayıb ki, siqaretin insan orqanizmi üçün bir sıra fəsadlar törədir və ona görə də onun reklamı yol verilməzdir. Hətta xarici ölkələrin bəzilərində siqaretin antireklamı məqsədilə siqaret qutularının üzərində diqqəti cəlb edən əlavə şəkil və işarələrin əks olunmasına icazə verilmir və yalnız siqaretin adı yazılır.
Hazırda ölkəyə 80 faizdən yuxarı siqaret xaricdən gətirilir və bu da yerli istehsalın genişlənməsinin qarşısında bir maneədir. Deputat təklif edib ki, xaricdən idxal olunan siqaretlərdən büdcəyə ayırmaların məbləğini artırmaq üçün onlardan tutulan gömrük vergilərinin məbləği də artırılsın. Bu, idxal olunan siqaretlərin qiymətinin artmasına səbəb ola bilər. Ancaq bundan qorxmaq lazım deyil. Çünki bundan həm büdcə qazanacaq, həm də daxili istehsalın inkisafı üçün katalizator rolunu oynayacaq.

Hazırda yerli siqaretlərin qiyməti xarici siqaretlərdən 2 dəfəyə qədər ucuzdur. Xarici siqaretlərin qiyməti müəyyən qədər artırılsa, siqaret istehlakçıları daha çox yerli siqaretdən istifadə edəcək, bu da son nəticədə yerli tütünçülüyün və istehsalın artmasına gətirib çıxaracaq və eyni yerli məhsulun qiymətidə ucuzlaşacaq. Yəni istehlakçıları üçün geniş seçim imkanı yaranacaq.

Deputatın çıxışının əsas leytmotivini daxili istehsalın artırılması təskil edib. Məlum olduğu kimi möhtərəm Prezidentimiz cənab İlham Əliyev aqrar sahənin, o cümlədən tütünçülüyün inkişafına böyük önəm verir. Gələcəkdə ölkədə tütün istehsalını ildə 10 min tona çatdırmaq hədəf kimi qarşıya məqsəd qoyulub. Mənə verilən məlumata görə, 2016-cı ildə 2500 ton tütün istehsal olunub və bunun ildən ilə artırılması yeni iş yerlərinin açılmasına, büdcəyə əlavə vəsaitin cəlb olunmasına, siqaret istehsalında yerli tütündən daha çox istifadəyə səbəb olacaq. Hazırda Azərbaycanda 3 tütün fabriki Bakıda, Naxçıvanda və Şəkidə fəaliyyət göstərir. Və ölkədə tütün istehsalı artarsa ildə 1000 tona və hətta 2000 tona qədər yerli tütündən istifadə olunar.
Bu fabriklərin istehsal gücü artırılmalıdır və yerli tütündən maksimum istifadə olunmalıdır.

Həm tütünçülüyün, həm də siqaret istehsalının artırılmasını zəruri sayan Rüfət Quliyev onu da nəzərə çatdırıb ki, biz indidən daxili bazarla yanaşı, xarici bazarda da yer tutmaq üçün çalışmalıyıq.
Hazırda Azərbaycanda tütünün alıcıları Belorus və Rusiyadır.
Gələcəkdə dünyada tütün istehsalı, emalı ilə məşğul olan 5 məşhur şirkətlə əlaqələr qurmalı və onlarbizə köməklik göstərməlidir ki, biz dünya bazarlarına çıxış əldə edək.
Biz bu şirkətlərdən nümayəndələrini- tanınmış mütəxəssisləri ölkəyə dəvət edib, onlardan məsləhət almalı və lazım gəldikdə elə onların özündən alıcı qismində istifadə etməliyik.
Tütünçülükdə bu 5 şirkətin təcrübəsindən istifadə edib, bu sahədə yeni aqrar-texniki üsullardan, yeni texnika və texnologiyanı geniş tətbiq etməliyik.
Bu məşhur tütün şirkətləri ilə sıx əlaqə şəraitində çalışsaq, biz də uğurlu nəticələr əldə edə bilərik.

İstehsal olunan siqaretlərin də yüksək keyfiyyətli olmasının zəruriliyini gündəmə gətirən Rüfət Quliyev onu da qeyd edib ki, ölkədə istehsal olunan filtirsiz siqaretlərin qarşısı tamamilə alınmalıdır. Çünki, bu siqaretlər insan orqanizmi üçün filtirli siqaretlərə nisbətən 3-4 dəfə daha çox zərərlidir. Azər İstehlakçılar Birliyinin sədri Eyyüb Hüseynovun rəhbərliyi altında bu siqaretlərlə ciddi mübarizə aparılır, ancaq hələ də onların istehsalı, satışı tamamilə dayandırılmayıb. Bu işdə ictimaiyyətin də köməyi zəruridir.

Deputat onu da vurğulayıb ki, xaricdən gələn siqaretlər də ölkədəki laboratoriyalarda yoxlanılmalıdır ki, onların tərkibi qutuların üstündə yazılanlarla eynilik təşkil edirmi? Yalnız bu eynilik olduqda, onların satışına icazə vermək olar.

Çıxışının sonunda deputat Qanun layihəsinin çox zəruri olduğunu və onun lehinə səs verəcəyini bildirib.

Millət vəkili bir daha qeyri-obyektiv məlumat yayanlara öz iradını bildirərək qeyd edib ki, onun çıxışının əsas müddəaları bunlar olub və onu digər məcraya yönəltmək qeyri etikdir.

ZiM.Az

.
Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Rəy yazın: