Sankt-Peterburqda “Səmərəli seçki orqanları və demokratik seçkilər” mövzusunda 14-cü Avropa Konfransı keçirilib

Sankt-Peterburqda “Səmərəli seçki orqanları və demokratik seçkilər” mövzusunda 14-cü Avropa Konfransı keçirilib Sankt-Peterburqda “Səmərəli seçki orqanları və demokratik seçkilər” mövzusunda 14-cü Avropa Konfransı keçirilib Sankt-Peterburqda “Səmərəli seçki orqanları və demokratik seçkilər” mövzusunda 14-cü Avropa Konfransı keçirilib Müstəqil Dövlətlər Birliyi (MDB) Parlamentlərarası Assambleyanın (PAA) Demokratiyanın, parlamentarizmin inkişafının və vətəndaşların seçki hüquqlarına riayət olunmasının monitorinqi beynəlxalq institutunun (DİMBİ) Bakı filialının Direktoru Elman İmaməliyev 15-16 may 2017-ci ildə Rusiya Federasiyasının Sankt-Peterburq şəhərində Hüquq vasitəsilə demokratiya uğrunda Avropa Komissiyasının (Venesiya Komissiyası) Rusiya Federasiyası Mərkəzi Seçki Komissiyası və Müstəqil Dövlətlər Birliyinin Parlamentlərarası Assambleyası ilə əməkdaşlığı ilə keçirilən Seçkilərin təşkilinə görə məsul olan orqanların “Səmərəli seçki orqanları və demokratik seçkilər” mövzusunda 14-cü Avropa Konfransında iştirak edir.

MDB PAA DİMBİ Bakı filialının Mətbuat xidmətindən ZiM.Az-a bildiriblər ki, Konfrans demokratik seçki prosesinin əsas elementi olan seçkilərin inzibatlaşdırılması orqanlarının fəaliyyətinin səmərəliliyinin artırılması məsələlərinə həsr edilmişdir. Konfransda əsas diqqət seçkilərin inzibatlaşdırılması orqanlarının fəaliyyətinin müxtəlif aspektlərinə və onların strukturuna yetirilmişdir. Tədbirin plenar iclaslarında və dəyirmi masalarında seçkilərin və referendumların qanunvericilik bazasının təkmilləşdirilməsi, həmçinin onların keçirilməsinin vahid standartlarının işlənib hazırlanması məsələləri müzakirə olunur.

Qeyd etmək lazımdır ki, konfransda 130dan çox iştirakçı, o cümlədən dünyanın 28 ölkəsindən olan seçkilərin inzibatlaşdırılması orqanlarının rəhbərliyi və nümayəndələri, deputatlar, beynəlxalq təşkilatların 10 nümayəndəsi, seçki hüququ sahəsində alimlər və ekspertlər iştirak edirlər. Konfransın iştirakçıları sırasında Azərbaycan Respublikası, Qazaxıstan Respublikası, Qırğız Respublikası, Moldova Respublikası, Tacikistan Respublikası və Türkmənistan Respublikası mərkəzi seçki komissiyalarının nümayəndələri yer alır.

ZiM.Az

.
Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Rəy yazın: