“İTV-nin əsasını qoyan insanın da haqqını yeməmək lazımdır” – Aqil Abbas

“İTV-nin əsasını qoyan insanın da haqqını yeməmək lazımdır” – Aqil Abbas “İTV yarananda bu kanala İsmayıl Ömərov rəhbərlik etdi. O, burada çox yaxşı ənənə qoyub, sıfırdan televiziya yaradıb.
İndiki rəhbərlik də bir qədər gücləndirib, öz baxışını tətbiq edib.
Bizdə ənənə var, kimsə 15 il işləyir, həmin vəzifəyə başqası təyin olunan kimi deyirlər, köhnə problemlər həll ediləcək.
Bununla da əvvəlki kadrı divara vururlar. Direktor Balaş Qasımov da yeni seçilib. İşini yaxşı görür.
Amma əvvəlkiləri də unutmaq olmaz”.


ZiM.Az ”Sherg.az”-a istinadən xəbər verir ki, bu sözləri Milli Məclisin iclasında yazıçı, deputat Aqil Abbas səsləndirib. A.Abbas qeyd edib ki, İTV-nin əsasını qoyan insanın da haqqını yeməmək lazımdır:

“Biz özəl telekanallara bir söz deyə bilmərik. Çünki onlar büdcədən maliyyələşmirlər.
Özəl kanallar reytinqə qaçmağa məcburdurlar ki, reklam ala bilsinlər. Reklam bazarı da sıfır vəziyyətdədir.
Yalnız şadlıq evləri və dərman preparatları reklam olunur.
Dünyada, artıq dərmanın reklamı qadağan olunur.
Özəl kanalları qınayanlardan biri də mənəm. Amma onların üstünə çox getməyə ehtiyac görmürəm.
İTV isə əvvəldən xalqın televiziyası olub. Bu televiziya daha da inkişaf etməlidir”.


ZiM.Az

.
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Rəy yazın: