“Azərbaycan Respublikasının ictimai-siyasi həyatında QHT-lərin rolu” mövzusunda tədbir keçirilib

“Azərbaycan Respublikasının ictimai-siyasi həyatında QHT-lərin rolu” mövzusunda tədbir keçirilib“Azərbaycan Respublikasının ictimai-siyasi həyatında QHT-lərin rolu” mövzusunda tədbir keçirilib “Azərbaycan Respublikasının ictimai-siyasi həyatında QHT-lərin rolu” mövzusunda tədbir keçirilib “Azərbaycan Respublikasının ictimai-siyasi həyatında QHT-lərin rolu” mövzusunda tədbir keçirilib
Müstəqil Dövlətlər Birliyi (MDB)
Parlamentlərarası
Assambleyanın (PAA)
Demokratiyanın, parlamentarizmin inkişafının və vətəndaşların
seçki hüquqlarına
riayət olunmasının monitorinqi
Beynəlxalq İnstitutunun (DİMBİ)
Bakı filialı
2019-cu il mayın 16-də
Bakı şəhərində
“Azərbaycan Respublikasının
ictimai-siyasi həyatında
QHT-lərin rolu”

mövzusunda
tədbir keçirib.

Tədbirdə
Azərbaycan Respublikası
Milli Məclisinin deputatları
Hikmət Məmmədov,
Şahin İsmayılov,
Azərbaycan Respublikası Milli Məclisinin MDB PAA-da səlahiyyətli nümayəndəsi Aydın Cəfərov,
müxtəlif ictimaiyyət
və elm xadimləri,
Fond, QHT, KİV və siyasi partiyaların nümayəndələri,
professor-müəllim heyəti, ekspertlər, ziyalılar
iştirak ediblər.

Tədbiri MDB PAA DİMBİ
Bakı filialının direktoru
Elman İmamməliyev
açaraq dəyirmi masada müzakirə olunan mövzunun çox aktual olduğunu bildirib.
O, Azərbaycan Respublikasında ictimai təşkilatların ölkənin həyatında oynadığı rolun öyrənilməsinin MDB-yə üzv ölkələrdə tətbiqi imkanlarının ümumiləşdirilməsinə xidmət etdiyini bildirib. Eyni zamanda o, uyğun təcrübə mübadiləsinin MDB-yə üzv ölkələr arasında çoxtərəfli qarşılıqlı münasibətlərin inkişafına, eləcə də oxşar sahədə əməkdaşlıq imkanlarının genişlənməsinə yol aça biləcəyini tədbir iştirakçıların diqqətinə çatdırıb.

Həmçinin, MDB PAA DİMBİ Bakı filialı direktoru Elman İmaməliyev Azərbaycan Respublikasında ictimai birliklərin fəaliyyətini tənzimləyən normativ baza; Azərbaycan Respublikasında qeyri-hökumət təşkilatlarına dövlət dəstəyi; Fondların cəmiyyətin həyatında rolu; Həmkarlar ittifaqlarının cəmiyyətin həyatında rolu; Peşə birliklərinin cəmiyyətin həyatında rolu; Siyasi partiyaların cəmiyyətin həyatında rolu kimi fəsilləri əks etdirən elmi-araşdırma işinin hazırlandığını və onun qısa xülasəsi əsasında iki dildə nəşr edilən bu əyani vəsaitlərin iştirakçılara paylanacağını bildirib.

Çıxış edənlər – Azərbaycan Respublikası Milli Məclisinin deputatları Hikmət Məmmədov, Şahin İsmayılov, Beynəlxalq Avrasiya Mətbuat Fondunun sədri Umud Mirzəyev, “İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə, “Konstitusiya” Araşdırmalar Fondunun sədri Əliməmməd Nuriyev, Milli Qeyri-Hökumət Təşkilatları Forumunun vitse-prezidenti Nüşabə Məmmədova, AzTU İctimai fənlər kafedrasının müdiri, professor Şikar Qasımov, Azərbaycan Mətbuat Şurasının İdarə Heyətinin üzvü Azər Həsrət, Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının (NAYORA) sədri Məryəm Məcidova, AHİK-in Təşkilat işləri və məlumat şöbəsinin müdir müavini Əli Cəfərov, YAP Yasamal rayon təşkilatının Qadınlar Şurasının büro üzvü Sədaqət Əbdürəhmanova, Azərbaycan Demokratik Tələbə Gənclər Təşkilatının sədri Asif Əsgərli, Milli Qeyri-Hökumət Təşkilatları Forumunun Prezidentinin müşaviri Əhməd Qəşəmoğlu Azərbaycan Respublikasının ictimai-siyasi həyatında QHT-lərin roluyla bağlı maraqlı fikirlər səsləndiriblər, şəxsi təcrübələrindən bəhs ediblər.

"ZiM.Az" saytının və "ZİYA" qəzetinin Baş redaktoru Dr. Müşfiq Borçalı da dəyirmi masada iştirak edib.

Pərixanım MİKAYILQIZI,
"ELM və TƏHSİL" qəzetinin Baş redaktoru

ZiM.Az


.
Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Rəy yazın: