“Keşikçidağ” abidəsi tarix boyu Azərbaycanın ərazisi olub!.." - Millət vəkili QƏNİRƏ PAŞAYEVA

“Keşikçidağ” abidəsi tarix boyu Azərbaycanın ərazisi olub!.." - Millət vəkili QƏNİRƏ PAŞAYEVA “Keşikçidağ” abidəsi tarix boyu Azərbaycanın ərazisi olub.
Bu istər Çar Rusiyası,
istər Sovetlər dönəmində
Azərbaycanın tərkibində olub”.


ZiM.Az xəbər verir ki,
bunu Millət vəkili Qənirə Paşayeva
Parlamentdə çıxışı zamanı deyib.

Onun sözlərinə görə, gürcülər bu məsələyə necə həssas yanaşırsa, bizim üçün də Borçalı, Tiflisdəki tarixi abidələr də
o qədər də həssasdır.


“Ona görə də ilk növbədə gürcü ziyalıları, mediası, deputatları bu məsələ ilə bağlı gürcü cəmiyyətini başa salmalıdır. Bu məsələ gürcü həmkarlarımızla müzakirə olunan zaman onlar dedilər ki, biz bu məsələ ilə bağlı bu fikri səsləndirənlərə təsir edə bilmərik. O baxımdan biz də öz mövqeyimizi ortaya qoymalıyıq və səsimizi gürcü cəmiyyətinə çatdırmalıyıq!..” -
deputat bildirib.

Millət vəkili Qənirə Paşayeva onu da əlavə edib ki, biz Gürcüstanla dostluq münasibətlərinə önəm verib, belə məsələlərə həssaslıqla yanaşdığımız kimi onlar da belə məsələlərə həssaslıqla yanaşmalıdırlar.

ZiM.Az


.
Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Rəy yazın: