Milli Məclisin
30 sentyabr 2019-cu il tarixli
plenar iclasında
AZƏRBAYCAN MƏTBUAT ŞURASININ SƏDRİ, MİLLƏT VƏKİLİ,
ƏFLATUN AMAŞOV
Milli Məclisin payız sessiyasının qanunvericilik planının müzakirəsi zamanı çıxış etmişdir.
Aşağıda həmin çıxışın mətnini ZiM.Az-ın dəyərli oxucularına təqdim edirik:
30 sentyabr 2019-cu il tarixli
plenar iclasında
AZƏRBAYCAN MƏTBUAT ŞURASININ SƏDRİ, MİLLƏT VƏKİLİ,
ƏFLATUN AMAŞOV
Milli Məclisin payız sessiyasının qanunvericilik planının müzakirəsi zamanı çıxış etmişdir.
Aşağıda həmin çıxışın mətnini ZiM.Az-ın dəyərli oxucularına təqdim edirik:
"-Hər birinizi payız sessiyasının başlanması münasibətilə təbrik edirəm. İnanıram ki, bu sessiyamız da əvvəlkilər kimi məhsuldar keçəcək.
Hər zamankıtək, bu dəfə də qanunvericilik planımız zənginliyi ilə diqqət çəkir. Müzakirəsi zəruri bilinən layihələrin hər biri vacibdir, günümüzlə səsləşir.
Mən də öz növbəmdə bəzi təkliflər irəli sürmək istərdim.
İlk növbədə istərdim ki, Azərbaycanda diffamasiya dekriminallaşsın. Təbii ki, bu, əsasən ayrıca qanunun qəbulu ilə mümkün ola bilər. Diqqətinizə çatdırım ki, belə bir qanun yanlız təhqir və böhtana görə cinayət məsuliyyətinin aradan qaldırılmasını nəzərdə tutmur. Əgər, diffamasiya qanunumuz olacaqsa, biz tamamilə yeni məsuliyyət mühitinə qədəm qoymuş olacağıq. Təbii ki, məsuliyyət artacaq.
Daha bir təklifim internet media ilə bağlıdır. Baxın, bu gün internet media orqanlarının sayı çoxalır. Bu vəziyyətdə onların kütləvi informasiya vasitəsi kimi hüquqi statusu müəyyənləşməlidir. Yəni qanun müəyyən etməlidir ki, qəzet, jurnal, informasiya agentliyi ilə yanaşı, internet media orqanı da kütləvi informasiya vasitəsidir. Bu bizə gələcəkdə imkan verəcək ki, internet media orqanları ilə əlaqədar məsuliyyət kateqoriyalarını dəqiqləşdirək. Üstəlik müəyyən texniki məsələlər var. Tutalım, bir qəzetin KİV sayılması üçün onun tirajı, yayımı və sair məsələlər əsas götürülür. İnternet media ilə bağlı biz hansı parametrləri nəzərə alaq? Hesab edirəm ki, qanun bu sayaq məsələlərə də aydınlıq gətirəcək.
Onu da nəzərə alaq ki, bu gün ictimai rəy əsasən internet media orqanları üzərindən formalaşır. Belə olduğu təqdirdə bu KİV-lər nə üçün dövlət dəstəyindən faydalanmamalıdır? Əlbəttə, onların potensialı cəmiyyət üçün maraq kəsb edən məsələlərə yönləndirilməlidir. Hesab edirəm ki, internet medianın hüquqi statusunun müəyyənləşdirilməsi bu sayaq məsələlərə də aydınlıq gətirəcək.
Nəhayət, mən informasiya təhlükəsizliyi ilə bağlı da ayrıca dövlət sənədinin qəbulunu vacib sayıram. Düzdür, Milli Təhlükəsizlik Konsepsiyamızda informasiya təhlükəsizliyinə diqqət yetirilir. Ancaq bu diqqət epizodikdir, mahiyyəti tam açmır. Hesab edirəm ki, informasiya təhlükəsizliyinin özü kifayət qədər geniş anlayışdır. Burada bir çox məqamlara aydınlıq gətirilməlidir. Nəzərə alaq ki, qloballaşan dünyada dövlətlərin milli təhlükəsizliyi dedikdə, daha çox informasiya təhlükəsizliyinin üzərində dayanılır. Təklif edirəm ki, biz də bu amilli ciddi şəkildə nəzərdən keçirək".
ZiM.Az
.
Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.