Bakı şəhərində
“Demokratik islahatların həyata keçirilmə-sində dövlət və ictimai institutların rolu” mövzusunda
video-konfrans keçirib.
Video-konfransda Azərbaycan Respublikası Milli Məclisinin deputatları - Pərvin Kərimzadə,
Ülviyyə Ağayeva,
MDB PAA Şurası
Baş Katibinin müavini, Azərbaycan Respublikası Milli Məclisinin MDB PAA-da səlahiyyətli nümayən-dəsi
Aydın Cəfərov,
MDB PAA DİMBİ direktoru
İvan Muşket,
QHT, KİV və siyasi partiyaların nümayən-dələri, müxtəlif ictimaiyyət və elm xadimləri, professor-müəllim heyəti, ekspert və ziyalılar iştirak ediblər.
Videokonfransı
MDB PAA DİMBİ
Bakı filialının direktoru
Elman İmaməliyev açaraq pandemiya dövründə tədbirlərin onlayn təşkilinin çox aktual olduğunu bildirib.
O, həmçinin, onlayn tədbirə Bakı şəhəri və regionlardan, Rusiya Federasiyasından (Moskva, Sankt-Peterburq şəhərləri), Moldova (Kişinyov şəhəri) və Qırğız Respublikalarından (Bişkek şəhəri) qoşulan həmkarları salamlayaraq müzakirə olunan mövzunun böyük əhəmiyyətə malik olduğunu vurğulayıb:
“Demokratik dövlət quruculuğunun uğurla həyata keçirilməsi üçün yüksək siyasi və hüquqi mədəniyyətə malik olan, bacarıqlı, peşəkar kadrların, siyasi elitanın formalaşması xüsusi önəm kəsb edir.
Təcrübə də göstərir ki, rəhbər vəzifələrə sosial-iqtisadi vəziyyətindən asılı olmayaraq savadlı, bacarıqlı insanların seçilməsi prinsipi demokratiyanın əsasını təşkil edir.
Azərbaycan dövləti beynəlxalq birliyin layiqli üzvü olmaq, dünyada baş verən proseslərdə yaxından iştirak etmək, ümumbəşəri dəyərlərə, sivil dünyanın əldə etdiyi nailiyyətlərə öz töhfəsini vermək üçün ardıcıl siyasətini həyata keçirməyə başladı və demokratiya, vətəndaş cəmiyyəti quruculuğu dövlət siyasətinin prioritetinə çevrildi”.
Bundan əlavə
Elman İmaməliyev
öz çıxışında MDB PAA DİMBİ Bakı filialının əməkdaşları tərəfindən də belə bir mövzuda elmi-araşdırma işi aparıldığını və bu günkü videokonfransda səslənən çıxışların, fikirlərin, təklif və tövsiyələrin elmi-araşdırma işinə öz töhfəsini verəcəyini qeyd edib.
Çıxış edənlər –
Azərbaycan Respublikası Milli Məclisinin deputatları - Pərvin Kərimzadə, Ülviyyə Ağayeva,
DİMBİ eksperti, Sankt-Peterburq Dövlət Universitetinin beynəlxalq münasibətlər fakültəsinin professoru, i.e.n.,
(Rusiya Federasiyası)
Stanislav Tkaçenko,
DİMBİ eksperti, RF əməkdar elm xadimi,
h.e.d., professor
(Rusiya Federasiyası)
Roman Romaşov,
Azərbaycan Texniki Universitetinin prorektoru, t.e.d., professor
Sübhan Namazov,
Azərbaycan Texniki Universitetinin İctimai fənnlər kafedrasının müdiri, t.e.d., professor
Şikar Qasımov,
BAXCP sədrinin müavini Elçin Mirzəbəyli,
Qlobal Regional Təhlükəsizlik Problemləri Mərkəzinin rəhbəri, t.e.n., politoloq Qabil Hüseynov, Milli Qeyri-Hökumət Təşkilatları Forumunun vitse-prezidenti, Beynəlxalq Dialoq və İnkişaf Alyansının sədri Nüşabə Məmmədova və b. demokratik islahatların həyata keçirilməsində iştirak edən və bu işə öz təhfəsini verən qurumların müvafiq fəaliyyəti, görülən işlər, əldə edilən nəticələrlə bağlı maraqlı fikirlər səsləndiriblər.
Videokonfransın sonunda MDB PAA DİMBİ Bakı filialının 2 dildə hazırladığı əyani vəsaitlər
iştirakçılara elektron şəkildə təqdim edilib.
Videokonfrans qarşılıqlı diskussiya və fikir mübadiləsi formasında yekunlaşıb.
Videokonfransda "Ziya" qəzetinin və "ZiM.Az" saytının Baş redaktoru, filolofiya üzrə fəlsəfə doktoru Müşfiq Borçalı da iştirak edib.
ZiM.Az
.
Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.