VALEH MİRZƏ: ÇOXDUR TÜRKÜN ÜSTÜNƏ SAĞDAN, SOLDAN HÜRƏNLƏR…

VALEH MİRZƏ: ÇOXDUR TÜRKÜN ÜSTÜNƏ SAĞDAN, SOLDAN HÜRƏNLƏR…
MÜSABİQƏ ÜÇÜN


BİR EV YOX, MƏMLƏKƏT
BAYRAM EDƏCƏK
İLHAM DAVAMÇISI
HEYDƏR OLANDA...


Bu xalqın ümidi qırılan deyil,
Bu xalqın nicatı Öndər olubdur.
Daxili düşmənlər cövlan edəndə,
Xilaskar atamız Heydər olubdur.
Çox ağrı-acılar çəksə də başı,
Üzü ağ çıxıbdır sınaqlardan o.
Qoymadı bölünə Vətən torpağı,
Qorudu milləti qınaqlardan o.
O,böyük işlərin müəllifiydi,
Qurub-yaradandı-Yaradan kimi-
Millətin yolunda, haqqın yolunda
Verdi o özünü bir qurban kimi.
Bir oğul böyütdü, öz sevgisiylə,
Vətəni sevməyi öyrətdi Ona-
İşıqlı yolların döngələrində
Ata nəsiəti örnəkdi ona.
Bir oğul böyütdü, Oğul deyirəm,
Millətin xöşbəxtlik açarı onda.
Bir ev sevinmədi, Bir El sevindi
Heydər davamçısı İlham olanda.
Bir ev yox, məmləkət bayram edəcək
İlham davamçısı Heydər olanda..

ÇOXDUR TÜRKÜN ÜSTÜNƏ SAĞDAN, SOLDAN HÜRƏNLƏR…

Tükənməz qüdrətimi Tanrı bəyan eylədi,
Bəli,Türk əqidəsi, Türk hikkəsi belədi!
Dilimiz, dinimiz bir, hədəfimiz bir olub,
Ən çətin məqamlarda Türk Türklə əlbir olub.
Çoxdur birliyimizi gözü götürməyənlər,
Çoxdur Türkün üstünə sağdan, soldan hürənlər.
Türk yaltaq ola bilməz, Türk qorxaq ola bilməz!
Türk Türkün dar günündə seyrçi qala bilməz!
Atatürkün məzarı atəşə dönər onda,
Heydərin ümidləri puç olar, sönər onda.
Düşmənə qan udduran Nuru Paşa qan ağlar,
Tək Türkiyə ağlamaz, Azərbaycan ağlar.
Devizə çevrilibdir sözü liderimizin,
Bunu sübut eylədi özü liderimizin.
Tarixi nişanədir “Bir millət, iki dövlət”,
Biz bir qazan içində - qaynayan iki nemət
Nə Şimaldan, nə Qərbdən qorxumuz-hürkümüz var,
Əyilməz iradəmiz, meydangir Türkümüz var.
Yolumuz haqqa doğru, Tanrı qorusun bizi,
Biz Türkük,basılmariq sevsək bir-birimizi.

VALEH MİRZƏ .
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Rəy yazın: