= = SƏMƏRQƏNDdən MƏKTUB: = = = "Səninçün darıxdım, ey Ana torpaq..."

= =  SƏMƏRQƏNDdən MƏKTUB: = = = "Səninçün darıxdım, ey Ana torpaq..."Müsabiqə üçün

Səxavət AZƏROĞLU (Ociyev),
Ə.Nəvai adına Səmərqənd Dövlət
Universitetinin professoru,
Özbəkistan Respublikası Turan Elmlər
Akademiyasının Akademiki,


saxi.bobo@mail.ru



Ana torpaq


Səninçün darıxdım, ey ana torpaq,
Səndən uzağlara getməsəm belə.
Şəhərdə yaşamaq olsa da asan,
Nəfəsinçün darıxdım, ey ana torpaq.

Arpada, buğdada bərəkətini,
Yaxşıya-pisə səbr-niyyətini,
Lalə-nərgiz tək o gül ətrini
Duymağa darıxdım, ey ana torpaq.

Uca dağlarını, bulaqlarını,
Baharda göyərən yarpaqlarını,
Barlı-bərəkətli budaqlarını
Görməyə darıxdım, ey ana torpaq.

Dağdakı daşların qızıldır mənə,
Ləlmi, cəvahirmi deyim mən sənə,
O gül-çiçəyini lap ürəkdən yenə
Öpməyə darıxdım , ey ana torpaq.

Göy gölləri, şəri-şərə çayları,
O günəşi, ulduzu, bol ayları,
Qoynunda keçirdiyim illəri
Düşündüm,darıxdım, ana torpaq.


Azərbaycanı o yaşatdı

Bilir bunu bütün el-oba,
Dünya şöhrətli Heydər baba.
Bəxş etdi bizə nurlu səba,
Tapdı dərdimizə min dəva.
Sözün deməyə cürət etdi.
Nə gecə, nə də gündüz yatdı.
Xalqın dərdini Moskvadan,
Bütün yer üzünə car etdi.
Üz tutub Naxçıvana getdi,
Xalq yolunda can fəda etdi.
“Müstəqil, vətən, xalq” sözünü,
Həqiqi mənada ucaltdı.
Vətən alovda bişdi-yandı,
Nəhayət, yatmış xalq oyandı,
Heydər baba gəlsin; -deyə
Bu xalq küçələrdə dayandı.
Bir gün Bakıya varid oldu,
Böyük siyasətçi, eloğlu,
Bax, buna bəziləri şad,
Bəziləri də məyus oldu.
Vətən deyib, döşünə döyən,
Hap-gop edib, özünü öyən,
Sabir buna deyib: -“millət ha!”
Xeyri dəyməz Azərbaycana.
Düşmən vətəni talan etdi,
Nəhayət, arzusuna yetdi.
Cənnət Qarabağ əldən getdi,
Hamı dedi bu iş bitdi.
Amma ki, təhnə yeyə-yeyə,
Vətənimdir, xalqımdır deyə
Ali kürsüyə Heydər yetdi
Azərbaycanı xoşbəxt etdi.
Sülh, əminamanlıq yaratdı
Sabitliyi də bərpa etdi.
Xalqını dünyaya tanıtdı,
Azərbaycanı o yaşatdı.
Bəxş etdi bizə hər cür sərvət,
Bərqərar oldu dini-mürvət.
Vətən oldu ən əziz nemətDeyirik
ruhuna min rəhmət.
Neçə-neçə gənclər yetirdi,
Qəlbimizə İlham gətirdi.
Azərbaycan əldən gedirdiBizə
öyüd-nəsihət verdi.
İlhamla çıxaq dağ başına,
Dayaq ol, qardaş, qardaşına
Baxaq düşmənlərin işinə
Qəhrəmanlar döysün döşünə.

Azəri əsgəri

(əsgər marşı mahnısı)


Səni sevirik, ey əziz Vətən,
Ana tək səni qoruyacağıq.
Düşmən ayağı dəysə köksünə,
Onun ayağını sındıracağıq.

Nəqarət:
Qalx ayağa Azəri əsgəri,
Sən qoru bu müqəddəs torpağı.
Yeri, düşmən üstə yeri,
Gəzdir başunda qeyrət papağı.

Bu torpaqda atan, baban yatır,
Bəlkə də anan, bacın yatır.
Sındır belini qeyrətsiz düşmənin,
Al qanını günahsız şəhidlərin.

Nəqarət:
Qalx ayağa Azəri əsgəri,
Sən qoru bu müqəddəs torpağı.
Yeri, düşmən üstə yeri,
Gəzdir başunda qeyrət papağı.

Sarsılmazdır Azəri torpağı,
Olmasın düşmənlərin oylağı,
Qaldır şərəflə qanlı bayrağı,
Qaytar o cənnət Qarabağı.

Nəqarət:
Qalx ayağa Azəri əsgəri,
Sən qoru bu müqəddəs torpağı.
Yeri, düşmən üstə yeri,
Gəzdir başunda qeyrət papağı.


Ana dilim

Sən gətirdin məni dilə,
Məşhur etdin bütün elə,
Bənzətdin həm ətir gülə,
Ana dilim, ana dilim.

Addımlar atdım sən ilə,
Hal-əhval tutdum sən ilə,
Məqsədə çatdım sən ilə,
Ana dilim, ana dilim.

Məktəbə getdim sən ilə,
Zirvəyə yetdim sən ilə,
Kitablar bitdim sən ilə,
An dilim, ana dilim.

Günəş tək çıxdım sən ilə,
Dünyaya baxdım sən ilə,
Rəqibi yıxdım sən ilə,
Ana dilim, ana dilim.

Dağları aşdım sən ilə,
Hər yerdə coşdum sən ilə,
Nəğmələr qoşdum sən ilə,
Ana dilim, ana dilim.

Dünyanı gəzdim sən ilə,
Hər şeyi sezdim sən ilə,
Gülləri üzdüm sən ilə,
Ana dilim, ana dilim.

Dostları tapdım sən ilə,
Ağızlar yapdım sən ilə,
Torpağın öpdün sən ilə,
Ana dilim, ana dilim.

Vətəni tutdum sən ilə,
Hər sözü uddum sən ilə,
Yuxuya getdim sən ilə,
Ana dilim, ana dilim.


Özbək elində

Azəri yaşayar özbək elində,
Cövlan edər, kürən at belində.
Kətmən ilə qələm tutar əlində
Arxa olar alovunda, selində.
Yaşar, yaradar bu qardaş elində,
Təskin tapar İslam aka qolunda.
Tər tökər, bişib yanar el uğrunda,
“Qeyrət” – deyər Heydər baba yolunda.
Füzuli qəzəlindən sən bir öyrən,
Milyon illərdən də uzağı görən
Ustaddır Gəncəvi, nəsihət verən
Nəvai icadından bunu öyrən.
Sözə uyub, ara vurub, yoldan azan,
Üzə gülüb, dostluğa quyu qazan,
Deyir Səxavət Azəroğlu bəzən
Bil, xar olmaz, dostluqdan deyib-yazan.


Qaytar, dünya

Qədirləyin, bu günü, qədirləyin,
Ötən günlər heç zaman qayıtmayıb
Qədirləyin, balam, ata-ananı
Qaytaran dünyadır, anla sən bunu.
Bu dünya genişdir, hamıya çatar,
Yaxşılıq qalar, yamanlıq gedər.
Yaxşı ol pisə, bax, bu gəlsə əlindən,
Xuda xəbər tutar, inan, halından.
Qədriyyətdən söylərik yana-yana,
Gücü övlada verər ata-ana.
Gücdən gedib, çarəsiz xəstə ola,
Vəfasız övladdan nə qayğı ala.
Mərd övladlar əsla qəmə batmayıb,
Düşmən onu heç vaxtı sarsıtmayıb,
Vicdanını mal-dövlətə satmayıb,
Anlar ki, gedən heç də qayıtmayıb.


Qarışqa arzusu

Ərəb dünyasının vardır tərifi,
Belə söyləyir onun maarifi.
Bir gün qarışqa qibləyə yol alır,
Yol boyu çox insanlarla rastlaşır.
Hamının fikrin özünə cəlb edir,
Kiçik addımlarla gedir, hey gedir.
Ürəyində nələri zikr edir,
Yenədə yolunu o davam edir.
Şeytan fitnəsilə xəyala dalır,
Bəlkə bir günahım var, deyib qalır.
Halallıq almaq qaydasını bilir,
Ətrafdakılardan halallıq alır.
Xəyalı göylərlə Məkkəyə gedir,
İsti səhralarla yol davam edir.
Göz önündə müqəddəs Kəbə durur,
İradə möhkəmliyində zərb vurur.
Həqiqətən, hamı heyrətdə qalır,
Bir qarışqa zarafatıdır sanır.
Qarışqa isə yola davam edir,
Hamı bilir qarışqa haca gedir.
Qarışqa öz iradəsində qalır,
Bunu görüb, çoxları qıcıqlanır.
Maraqlıdır, nə edir bu sağır,
Dörd tərəfdən ona suallar yağır.
Hac səfəri hər kəsə sözsüz, - gərək,
Ay qarışqa, sən bizə söylə görək.
Bu addımlarla addımlarsan əgər,
Məkkəyə gedib yetərmisən, - məgər?
Qarışqa məharətlə verdi cavab,
Zəhmətlə gərək qazanasan savab.
Əgər mədətkar olsa o bir Allah,
Allah evinə yetərəm inşaallah.
Qarışqa bilirdi bu bir miş-mişdir,
Bu səbəbdən o car çəkib demişdir, -
Savab işlər etmək çox müşkül işdir,
Günah etmək bu zəmanədə vərdişdir.
Tanrı mərhəməti bilinki, çoxdur,
Həqiqətən öz ümidim də yoxdur.
Bu addımla çatarammı mənzilə,
Allah yaradanam, nə qalxım zilə.
Cavabı oldu qarışqanın sadə,
Əgər həlak olsam yolda, nəbadə.
Onda bütün dünya gərçi biləcək,
Qarışqa hac yolunda oldu həlak.

= =  SƏMƏRQƏNDdən MƏKTUB: = = = "Səninçün darıxdım, ey Ana torpaq..."








.
Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Rəy yazın: