1981-1983-cü illərdə Sovet ordusu sıralarına tam hərbi xidmətdə olub.
1989-cü ildə Azərbaycan Dovlət Pedoqoji İnstitutunun coğrafiya fakültəsini bitirib.
Poeziyaya orta məktəbdə 6-7-ci siniflərdə oxuyandan başlayıb.
İlk şeirləri Lənkəran mətbu orqanı olan "Leninçi "qəzetində, hələ 9-cu sinifdə oxuyarkən dərc olunub.
Sonralar "Ulduz" jurnalında, "Ədəbiyyat və İncəsənət, "Azərbaycan gəncləri", "Sovet Kəndi", " Kommunist", "Yeni yol", "Zaman və cəmiyyət", "Azərbaycan müəllimləri" qəzetlərində mütəmadi dərc olunub.
20-dən çox şeirnə mahnı və muğamlar oxunur.
5 kitab müəllifidir.
Şeirləri həmçinin "Avrasiya şairləri antalogiyasında" və "Zərif beytlər" almanaxlarında çap olunub.
Hazırda “Qeyri–adi qayıdış” adlı roman, ”Mənim könül dünyam“ adlı şeirlər kitabları üzərində işləyir.
Evlidir. 4 qızı, bir oğlu, 8 nəvəsi var. Bakı şəhərində yaşayır və orta məktəbdə coğrafiya müəllimi işləyir.
BƏSTƏKAR OLSAYDIM...
Bəstəkar olsaydım hər an vəsfinə,
Ən gözəl nəğmələr qoşardım sənin.
Baxıb gözlərinə min bir həvəslə,
Dəniztək kükrəyib coşardım sənin.
Oxşardım telini ÇAHARGAH ilə,
HEYRATI gözündə gələrdi dilə.
MƏNSURİYYƏ qoynunda qalxardı zilə,
MAHUR tək qəlbində yaşardım sənin.
Sürahi boynunu RASTla gəzərdim,
ŞÜŞTƏR ilə baxışını bəzərdim.
KƏSMƏ-ŞİKƏSTƏYLƏ səni süzərdim,
Dövrəndə BƏRDAŞTla uçardım sənin.
RUHANİ bəslərdim yerişinə mən,
ŞUR səsi gələrdi şux gülüşündən.
Dönüb DİLQƏMİyə,MÜXƏMMƏSə mən,
QACARla yanına qaçardım sənin..
ZABUL yazacaqdım sevən qəlbinə,
SARITEL bəslərdim hər bir kəlmənə.
YANIQ KƏRƏMİylə mərmər sinənə,
Qəlbimdən gur işıq saçardım sənin.
* * *
Bilməzdim bunca qəza-qədəri var məhəbbətin,
Sevincdən,vüsaldan çox kədəri var məhəbbətin.
Yuxusuz gecələri,əzabları bitməz imiş,
Xəyallar aləminə səfəri var məhəbbətin.
Ruhuna hakim olar,alar səni öz əlindən,
Küsməyə,barışmağa hünəri var məhəbbətin.
Şəninə min bir dastan yazılsa da yoxdu sonu,
Hələ çox yazılmamış dəftəri var məhəbbətin.
Demə ki,əsil sevgi yalnız nağıllarda olur.
Hər yerdə,hər bir zaman təpəri var məhəbbətin.
Bəladır,əziyyətdir,min əzabdır sevənlərə,
Şipşirin balla birgə zəhəri var məhəbbətim.
Tab lazım.dözüm lazım, qəlbdə əgər sevgi varsa,
Tutacaq boğazını qəhəri var məhəbbətin.
Əliya,yazmaq ilə hasil olmaz ülvi sevgi,
Sevənlər yaxşı bilir nələri var məhəbbətin.
ETMƏ
Biri nadan olsa,dilbilməz olsa,
Ona el içində nəsihət etmə,
Bir səni doğma bilib sirr açsa,
Bunu sən o şəxsə qəbahət etmə.
Harada paxıllıq,yalan gördünsə,
Kökünü,əslini danan gördünsə,
Zatıqırıq gözəl,canan gördünsə,
Heç vaxt beləsinə məhəbbət etmə.
Sayılan yerlərə gedəcəksənsə,
Yardıma,köməyə yetəcəksənsə,
Birinə yaxşılıq edəcəksənsə,
Bunu başa qaxıb xəcalət etmə.
Gəl qulaq as sən Əlinin sözünə,
Yaxşılığı niqab eylə üzünə,
Ya Rəbb, səni and verirəm özünə,
Heç kəsə ehtiyac sən qismət etmə.
GÖRƏSƏN İNSANLAR NİYƏ DƏYİŞİB?
İndi çox gözlərdə həsəd gizlənir,
Paxıllıq “şah quşu” başlara enir.
Artıq ürəkləri qurdlar gəmirir,
Görəsən insanlar niyə dəyişib?
Sevinc, fərəh son plana çəkilib,
Ürəklərə kin,küdürət əkilib.
Yaxşılar bağa tək qına çəkilib,
Görəsən insanlar niyə dəyişib?
Heç kəs bəyənməyir biri-birini,
Ölü birin soydur, diri minini,
İnternet paylayır sənin sirrini,
Görəsən insanlar niyə dəyişib?
Təmənna minnətlər durub irəli,
Dahilər iblisə söyləyir “bəli”.
Nadanlar müdrikdir, müdriklər “dəli”.
Görəsən insanlar niyə dıyişib?
Dostluq təmənnaya çevrilib bu gün,
Dünya başdan-başa dəyişib bütün,
Bəlkə axirətdir qananlar üçün.
Görəsən insanlar niyə dəyişib?
Qırmızı yalanlar söylənir üzə,
Çirkabdan su içən soxulur gözə.
Artıq xor baxılır şeirə, sözə.
Görəsən insanlar niyə dəyişib?
Məhəbbət əyləncə, sevgi əyləncə.
Duz-çörək qiyməti düşübdür heçə,
“Kişilər” öpüşür tində gizlincə,
Görəsən insanlar niyə dəyişib?
Allah, yerə ədaləti tez göndər,
İnsaf, mürvət,mərhəməti tez göndər.
Söyləməsin bundan sonra qoy Əl Heydər,
Görəsən insanlar niyə dəyişib?
====Həkim olsaydım====
Mən həkim olsaydım hər bir ağrına,
Sevgimlə təsəlli, dərman olardım.
İpək əllərini tutub əlimə,
Sevdalı gözünə heyran olardım.
Hicrana,həsrətə son qoyacaqdım,
Şirin vüsalından doymayacaqdım.
Səni körpə kimi qoruyacadım,
Gündə on yol sənə qurban olardım.
Qoymazdım bir yerin incidə səni,
Qıymazdım göz yaşın didə qəlbini.
Səni sevəcəkdim ürəyim kimi,
Hər gecə yuxuna mehman olardım.
Səni xəyallarda oxşayacaqdım,
Sənə həyat kimi söz qoşacaqdım.
Arzu,muradıma qovuşacaqdım,
Eşqinə əhd,ilqar,peyman olardım.
Qoymazdım bircə an ağrıya başın ,
Qıymazdım çatıla qüssədən qaşın.
Görsəydim yanaqdan axır göz yaşın,
Hər ağrı,acına loğman olardım....
========Kasıb========
Dünyada baş verən hər bir olaya,
Ağlayan da kasıb,gülən də kasıb.
Vətəni özünə anası sayıb,
Dəyər,qiymətini bilən də kasıb.
Səhərdən axşama duz edən də,
Şəhid olmaq üçün əsgər gedən də,
Ah çəkib özünü yırtan ,didən də,
Acından günorta ölən də kasıb.
Aylarla dilinə ət dəyməyən də,
Heç zaman “mən” deyib öyünməyən də,
Ürəkdən bir dəfə sevinməyən də,
Göz yaşın gizlində silən də kasıb..
Evinə çörəyi nisyə gətirən,
Ah çəkib,doyunca köksün ötürən,
Özündən kasıba sədəqə verən,
Payını dostuyla bölən də kasıb...
Allah da bezikib deyəsən bezib ondan,
Əlində qabardır, gözlərində qan.
Ümidi üzməyən ən ali insan,
Pisliyi qəlbindən silən də kasıb,
Üzdə xoşbəxt kimi gülən də kasıb...
======QƏZƏL======
Açılır fəsli bahar, gülür üzü şən könlümün,
Qıymaram ki,bürüsün çöhrəsini qəm könlümün..
Daima qoy döyünsün min fərəh lə,sevinc ilə.
Çökməsin həyat boyu gül üzərinə dən könlümün...
Günəşin al şəfəqi bəxş eyləsin nur üzünə,
Sevgidir,məhəbbətdir ortaq payı,tən könlümün...
Çırpınır min şövq ilə dar köksümdə bəxtəvər tək,
Düşəndə şıltaqlığı yadına hərdən könlümün...
Verdiyi əzabı bilməm nədən şirin olur,
Əvəzi ola bilməz dünyayi aləm könlümün..
Əlini əzablara, məşəqqətə salsa belə,
Deyər ki,həmdəmiyəm ömrüm boyu mən könlümün.
==MƏNƏ BİR AZ YALAN DANIŞ==
Darıxmışam gülüm yenə,
Nolar bir az uyut məni.
De ki səni çox sevirəm,
Hiss edirəm hər an səni..
Nolar bir az yalan danış,
Yalanınla yatırt məni.
Qərq edib eşq dənizində,
Yalandan ver ürəyini…
Söylə mənim canımsan sən,
Sənsiz heçdir mənə həyat,
Qoy inanım yalanına,
Yuxulayım ala- babat…
Nolar bir az yalan söylə,
Mürgüləyim,uyuyum mən,
Dürüstlüyün sevəmmədim,
Yalanınla gözəlsən sən.
---------MÜƏLLİMLƏR----------
Həyataın qaranlıq, zülmət yolunda,
Dönərək işığa yanar müəllimlər.
Sinifə girəndə şagirdlərini,
Dost-doğma balası sanar müəllimlər.
Unudar hər əzab,əziyyətini,
Yaşayış tərzini, vəziyyətini,
Çiyninə yük olan dərd, möhnətini,
Hamının yanında danar müəllimlər.
Şam kimi əriyər,hiss etməz bunu,
Yaşadar inamın var olduğunu,
Doğma balalra həyat yolunu,
Əzabsız eyləyər hamar müəllimlər.
Sevinər uşaqtək yeirməsinə,
Dözməz zəhmətinin itirməsinə,
Əkdiyi ağacın bar verməsinə,
Fərhdən göylərə qonar müəllimlər.
==ÖLDÜRƏR ŞAİRİ===
Bir gözələ vurulmuşam xəlvəti,
Adın desəm el öldürər şairi.
Sərvi boylu,al yanaqlı, gül üzlü,
Nərmənazik bel öldürər şairi.
Yerişindən yerin özü titrəyir,
Sanki şimşək bulud üstə yeriyir.
Baxışından ruh məst olur ,əriyir.
Üzə düşmüş tel öldürər şairi.
Dili şəkər ,dodaqlar baldır,bal,
Sinə billur, gözlər süzgün, baxış lal,
Şeytan deyir,dur qadasın bunun al,
Şirin-şəkər dil öldürər şairi.
Gül nəfəsi bahar ətri qoxuyur,
Ürəyimə eşqdən ilmə toxuyur.
Zalim qızı mənə meydan oxuyur,
Tuşladığı mil öldürər şairi.
Yanar oddur, bir atəşdir bu zalım,
Gülüşündən donub qalır əhvalım.
Belə tutub,inanmıram mən qalım,
Əvvəl-axır, bil öldürər şairi.
.....QADINLAR......
Dünya yaranandan kişi qəlbinə,
Yaranıb hökmran, hakim Qadınlar.
Bəzən qəddar olar, bəzənsə həlim,
Hər dərdə,ağrıya həkim Qadınlar...
Sevdisə sevəcək tam varlığıyla,
Həyata baxacaq iti ağlıyla,
Eşqinə can verər, can sağlığıyla,
Deyəcək qayğını çəkim, Qadınlar.
Əsla bağışlamaz bir xəyanəti,
Daima gözləyər hissi, diqqəti,
Qoruyar əbədi saf məhəbbəti,
Alışar pərvanə təkin Qadınlar.
Nifrətə tuş gəlmə...dönəcək üzü,
Qurumaz, nəm olar o xumar gözü,
Yedirdər zəhərlə sənə hər sözü,
Bir ürək evinə sakin, Qadınlar.
Sözündə, gözündə olarlar sərraf,
Diqqət kəsilsə də onlara ətraf,
Qoy bütün kişilər etsin etiraf,
Biz sizsiz heç kimik, heç kim, Qadınlar !
----------QISQANCLIQ----------
Sağalmaz xəstəlik,bitməz yaradır,
Sevgiyə kəsilən qənim qısqanclıq.
Dağıdar ürəyi,məhv edər beyni,
Edər ayrılığı təmin qısqanclıq.
Atəşi çox olar,odu çox olar,
Qəlbinə sancılan iti ox olar,
Gözündə bir dünya ölər,yox olar,
Yaradar ölümə zəmin qısqanclıq.
Şübhələr beynini didər güvə tək,
İşləyər qanına sona,dibə tək.
Səndən üz döndərər əqidə,məslək,
Yandırar bədbəxtlik şəmin qısqanclıq.
Nə qədər istəsən yan qaçammazsan,
Sirrini boğarsan ..və açammazsan.
Olarsan ən bədbin,ən miskin insan,
Həmdəmin olacaq həmin qısqanclıq.
Sevənlər, çalışın yaşatmayın siz,
Qısqanclıq hissini səssiz,səmirsiz.
Qoruyun saf eşqi,müqəddəs,təmiz,
Olsun sevginizdən əmin qısqanclıq.
--------RƏSSAM OLSAYDIM...-----
Kaş rəssam olaydım...Sənin şəklini,
Bircə mən bilirəm necə çəkərdim.
Üzünün yerinə işıqlı gündüz,
Gözünün içində gecə çəkərdim.
Yerişin yerinə dəniz ləpəsi,
Sənin duruşuna bahar həvəsi,
Səsinin yerinə mən bulaq səsi,
Kipriyin,qışını incə çəkərdim.
Nazına,qəmzənə saf ürəyimdən ,
Min bəzək verərdim sevə-sevə mən.
Sevdalı qəlbini sən hiss etmədən,
Sevgim ilə mən gizlincə çəkərdim.
Gülüşün yerinə billur şəlalə,
Baxışın yerinə gül ustə jalə.
Sevdanla düşərək mən haldan-hala,
Səni öz dünyamdan öncə çəkərdim.
====SƏN ÇİÇƏK OLSAYDIN...====
Sən çiçək olsaydın, bağban olardım,
Dərmməzdim, sadəcə baxardım sənə,
Özüm əllərimlə qulluq eyləyib,
Min ətir,təravət yaxardım sənə.
Sən çiçək olsaydin mən şeh olardım,
Qonardım astaca ləçəklərinə,
Dönərək gunəşin şüalarına,
Mən bəzək, gözəlik verərdim sənə.
Sən çiçək olsaydın tikan olardım,
Qoymazdım bir kimsə toxuna sənə,
Dönub bəstəkara nəğmə yazardım ,
Ən gözəl nəğmələr oxuna sənə.
Sən çiçək olsaydın mən su olardım,
Qoymazdım heç zaman solasan, gülüm,
Bəslərdim gözümüm üstündə səni,
Ömürlük tək mənim olasan, gülüm.
~~~~~ VAR MƏNİM~~~~~
Mənə tərifləmə yad diyarları,
Cənnətə tay olan yurdum var mənim.
Daim keşiyimdə sayıq dayanan,
Şərəfli,qəhrəman ordum var mənim.
Vətən həsrətiylə alışan,yanan,
Vətəni özünə anası sayan,
Düşmənə baş əyib,tabe olmayan,
Nə qədər boz rəngli qurdum var mənim.
~~~~~ AZƏRBAYCAN ORDUSU~~~~~~
Keçib min bir alovdan,
Min atəşdən,min oddan,
Əyilməzdir heç zaman,
Mayası saf poladdan,
İgiddir,hünərlidir,
Azərbaycan ordusu.
Qorxubilməz ərdir o,
Nər övladı nərdir o.
Silahına sarılıb
Yada sinə gərdi o,
Qələbə zəfərlidir,
Azərbaycan ordusu.
Səsi sorağı gəlir,
Ucalara yüksəlir,
Nərə çəkib dağlara
Düşmınin bağrın dəlir,
Düşmənə sinirlidir,
Azərbaycan ordusu.
Daim irəli gedər,
Zəhməti getməz hədər,
Doğma, şanlı Vətənə
Canını qurban edər,
Ürəkdən təpərlidir,
Azərbaycan ordusu.
~~~~~VUR, ƏSGƏRİM, VUR !~~~~~
Bu gün sənin torpağın,
Düşmən tapdağındadır,
O tarpaqda minlərlə,
Günahsız insan yatır.
Qalx ayağa,Vətənin,
Keşiyində möhkəm dur,
Sənə yağı düşmənin,
Qulağını möhkəm bur,
Vur,əsgərim,vur !
Vətən o vaxt Vətəndir,
Yolunda can verən var,
Yaralı ürəyinə,
Canından qan verən var.
Sənin kimi mərd oğlu,
Yüz igid var, ərən var.
Şuşada,Xankəndində,
Qələbədən mağar qur,
Vur,əsgərim vur.
Göstər yağı düşmənə,
Gücünü,qüvvətini,
Doğma yurda,Vətənə,
Olan məhəbbətini,
Əsil övlad,oğul tək,
Andı,sədaqətini,
İrəli get,tankını,
İrəvana belə sür,
Vur,əsgərim,vur.
Nəslin qorxaq olmayıb,
Sən də qorxaq deyilsən,
Sən düşmənə heç zaman,
Əsir,tapdaq deyilsən.
Sən bu yurdun oğlusan,
Burda qonaq deyilsən,
Sən qoçaqsan,yurdunda,
Axı qaçaq deyilsən.
İrəli get,üzündən
Vətənə qoy yağsın nur,
Vur, əsgərim, vur,
Vur, əsgərim, vur !
---AZƏRBAYCAN ƏSGƏRİ---
Sən igidlər igidisən,
Topla əzmi,hünəri.
Geriyə yol qalmayıb,
Haydı,haydı irəli.
Azərbaycan əsgəri.
Bu əldən gedən sənin,
Vay-şivən edən sənin,
Anandır Vətən sənin.
Yar hasarı,səngəri,
Azərbaycan əsgəri..
Sən Kproğlu nəslisən.
Şah Xətai əslisən,
Qoru eli.nəsli sən,
Xalqa çatdır zəfəri,
Azərbaycan əsgəri..
Qorxma duman ya çəndən,
Qoy düşmən qorxsun səndən.
Al qisası düşməndən,
Ay qəlbimin təpəri,
Azərbaycan əsgəri..
Haydı,haydı irəli,
Azərbaycan əsgəri.
=====YENİDƏN DOĞULSAYDIM=====
Yenidən gəlsəydim bu dünyaya mən,
Etdiyim səhvlərə mən yol verməzdim.
Bir az yaxınlardan uzaq qaçardım,
Tikandan bir gülü belə dərməzdim.
Sakit dolanardım, sakit yaşardım,
Kədərdən ,qüssədən uzaq qaçardım.
Əngin fəzalara qanad açardım,
Kor olub bir gözəl belə görməzdim.
Düşünmə nahaqqa əl çalacaqdım,
Ya da kölə olub alçalacaqdım.
Könlümlə səmaya ucalacaqdım,
Ayrılıq,möhnəti qoşa hörməzdim.
Hərdən lal olardım, mən hərdənbir kar,
Görməzdim harada namərd,xəbis var.
Hərdənbir coşanda şirin arzular,
Boğardım, onlara mən yol sərməzdim.
Amma...doğulsaydım əgər yenidən,
Yenə də qəlbimdə sən olardın,sən.
Qapıb xoşbəxtliyi fələk cəngindən,
Səni heç bir zaman itirməz idim.
=======YAR=======
Gəl yanıma, sənə nağıl danışım,
Qoy başını sən sinəmə dinlə yar.
Baxım sənin gözlərinə alışım,
Xoşbəxt olum bir anlığa sənlə yar.
Leyli, Məcnun,ya Kərəmdən danışaq,
Aşıq Qərib,Şahsənəmdən danışaq.
Xosrov, Şirin,daha kimdən danışaq,
Susma,nolar, susma,danış mənlə yar.
Dik gözünü gözlərimə bir anlıq,
Qoy qalmasın aramızda qaranlıq.
Gəl söyləmə ötüb keçdi cavanlıq,
Nə işin var saçımdakı dənlə yar?
Mən Əliyəm,qəlbim hər an cavandır,
Elə bilmə hər düşüncəm gümandır,
Düşmə yaman fikirlərə amandır,
Gəl çiynimə sən eşqini çinlə yar.
======SEYRƏ ÇIXAQ ======
Gəl səni bənzədim tər bənövşəyə
Ömrün bahar çağı qonaq gəl bizə.
Səninlə gəl çıxaq sərin meşəyə,
Oturaq üz-üzə, baxaq göz-gözə.
Baxışlar toqquşsun, gözlər zillənsin,
Dodaqlar lal qalsın, qəlblər dillənsin,
Hisslərimiz yazsın sevgi kəlməsin,
Ehtiyac qalmasın söhbət-əsözə.
Külək qarışdırsın qoy bsaçımızı,
Unudaq ağrını, biz acımızı,
Birgə duyduğumuz ehtiyacımızı
Dağıdaq çəmənə, dağıdaq düzə.
Bicə gün qayğıdan azad olaq biz,
Bir yerdə döyünsün ürəklərimiz.
Sevgimiz bulaq tək dumduru, təmiz
Axaraq su səpsin qoy ömrümüzə.
Gedək uzaqlara, bir sən ol, bir mən,
Birdə şahidimiz yaşıl, göy çəmən.
Bu sevgi nəğməmi dinlədikcə sən.
Xəyalən gəlin köç sən evimizə.
-------QAYTAR ÖZÜMƏ-------
Əlimdən alaraq tam varlığımı,
Qapını bağlama nolar üzümə.
Hər nə apardınsa halalın olsun,
Mənə inamımı qaytar özümə..
Könlümü apardın..qoy sənin olsun,
Dilimi qopartdın...qoy sənin olsun..
Günümü qaraltdın...qoy sənin olsun,
Tək quru canımı qaytar özümə.
Acıya döndərdin söz-söhbətimi sən.
Əzdin,tapdaladın qüdrətimi sən.
Öldürdün yox etdin hörmətimi sən,
Adımı,sanımı qaytar özümə.
Güldürdün üstümə niyə hamını,
Özün də bilmədən aldın canımı.
Gözümdən gətirdin yaşla qanımı,
Tökülən qanımı qaytar özümə,
Mənə inamımı qaytar özümə...
===ÖYRƏT MƏNƏ===
Gəl dəyişək mövqemizi,
Qoy öyrədim sevmək sənə,
Sən də ki,öz adətinlə ,
Soyuqanlıq öyrət mənə.
Gəl öyrədim danışmağı,
Küsüb yenə barışmagı,
Eşq odunda alışmağı,
Sən yamanlıq öyrət mənə.
Qoy öyrədim nazı sənə,
Səsi,xoş avazı sənə,
Sən də susma dönə~dönə,
Unutqanlıq öyrət mənə....
Bir az həsrət,biz az hicran,
Bir az sevinc, bir az güman.
Mən sevgidən deyən zaman,
Bəd gümanlıq öyrət mənə.
De, öyrədim daha nəyi?
Əsirgəmə ta köməyi.
Biganəlik, laqeydliyi ,
Gəl bir anlıq öyrət nənə..
-Mən səni de,necə sevməyim axı?----
Sən bir röya kimi qarşıma çıxdın,
Ömrümün sərt qışa adlayan çağı.
Həzin baxışınla yandırıb yaxdın,
Mən səni de necə sevməyim axı?
Səmada bərq vuran aymısan,nəsən,
Çağlayan,gurlayan çaymısan,nəsən?
Tanrıdan sən mənə paymısan,nəsən?
Mən səni de,necə sevməyim axı?
Nədir gözündəki bu qüssə, kədər,
Baxışın könlümə eyləyir əsər.
Hamı qəlbindəkin sevirsə əgər,
Mən səni de,necə sevməyim axı?
Niyə qınayırsan bu qədər məni,
Yaxırsan qəlbimə kədəri,qəmi,
Əgər Tanrım özü sevirsə səni,
Mən səni de,necə sevməyim axı????
====O,HƏYAT YOLDAŞINDIR=====
Hər insanın sevgiyə,
Sözə ehtiyacı var.
Ürəyə fərəh verən,
Gözə ehtiyacı var.
Könlünü ovunduran,
Qulluğunda hey duran,
Gözlərində bərq vuran
Üzə ehtiyacı var.
Saydığım əlamətlər,
Bil,sənin yaddaşındır.
Dünyada baxsan əgər,
Ən ideal sevgili,
Öz həyat yoldaşındır.
Dözər əziyyətinə,
Sözünə-söhbətinə.
Özü də bir rəng qatar,
Sevgi,məhəbbətinə.
Övladlar verər sənə,
Etməz məzəmmət,tənə,
Min yol söysən,söz desən,
İnciməz səndən yenə.
Küskünlüyü az çəkər,
Gizlin göz yaşı tökər,
Sevgisinə çəkilən,
Bəndi,bərəni sökər.
Dostundur,sirdaşındır,
O,həyat yoldaşındır.
Varlığına sevinər,
Daim sənə güvənər.
Çağıranda onu sən,
Sənə uşaqtək dinər.
Paltarına yucacaq,
Sənə çay da qoaycaq.
Yorulsa,əldən düşsə,
Biruzə verməz ancaq.
Övladına şən ana,
Sənə qadın olacaq.
Ondan üzün dönərsə,
Xəzan kimi solacaq.
Bəzən özün görərsən,
Doğmaca “qardaşın”dır,
O, həyat yoldaşındır.
Təmənna güdməz səndən,
Baxmaz uzaqdan,gendən.
Sən azca dərd çəkəndə,
Ayrılmaz o da qəmdən.
Baxar ardınca sənin,
Onla itər dərd-qəmin.
Övladları böyüyər,
Azad ,xoşbəxt Vətənin.
Qeybətin qılmaz əsla,
Nə vaxt isə kimsənin.
O hüsnünün bəzəyi,
Kipriyindir, qaşındır,
O ,həyat yoldaşındır,
O, həyat yoladşındır.
QORXURAM.....
Bax bu gün yenə də xəyalımdasan,
Məni əridirsən sən qram-qram..
Dünyada heç nədən qorxmayan insan,
Səni itirməkdən yaman qorxuram..
Qorxuram gözümü qırpmağa belə,
Qorxuram əlini almağa ələ,
Qorxuram söz belə gətirmək dilə,
Səni itirməkdən yaman qorxuram..
Nə səndə ayrıla bilir ürəyim,
Nə sənsiz çağlayır arzu, diləyim.
Ay ahu baxışlı nazlı Mələyim,
Səni itirməkdən yaman qorxuram..
Nə olar,bir dəfə dön haqq yoluna,
Bir boylan sağına, bir bax soluna..
Bu qədər zülm etmə insan oğluna,
Səni itirməkdən yaman qorxuram...
MƏN BAĞBANAM...
Mən bağbanam,sən qızılgül,
Hər an səni qoruyuram,
Alaqlardan,tikanlardan,qanqallardan.
Suya təşnə olan zaman su verirəm
Sevə-sevə,gülə-gülə.
Su ilə bahəm öz sevgimi yeridirəm,
Qətrə-qətrə,gilə-gilə.
Köklərini yumşaldıram,
Qoy doyunca hava dəysin,
Nəfəs alsın.
Parlaq Günəş şəfəqini
Ləçəklərin üstünə qoy,
Min naz ilə şölə saçsın.
Ləçəklərin arasında,
qoy jalələr parldasın.
Sənsə böyü..
Qızıl,qızıl güllərini ,
Saçaqdakı tellərini
Min işvəylə,min naz ilə
Mənə bəxş et..
Qoy qoxuyum.. Qoy iyləyim..
Ətir saçan o qoxunu
Həsəd ilə ciyərimə çəkim sənin.
Tikanların qoy dalasın məni neynək..
Dözərəm mən..
Bu sevdanın həsrətinə,
Bu taleyin qismətinə dözərəm mən.
Fəqət heç an qoymaram ki,
Hər hansı bir alaq otu,
Bir sarmaşıq,ya bir qanqal,
Ətrafında bitə sənin.
Əllərimlə yolub onu,
Od vuraraq yandıraram.
Qirib hər cür budağını,
Lap kökündən sındıraram.
Təki ..təki sənə yaxın olum..
Bağbanın tək..
Qoy ətrinin qoxusuyla,
Çabalasın sinəmdəki sevən ürək..
Bu bağçada bircə sən ol,
Bir də ki,mən..
Bir də, bir də bu aləmdən,
Min zövq alan saf insanlar.
Çünki saf,pak məhəbbəti,
Duya bilər yalnız onlar..
=====İTİRMƏYƏCƏYƏM-----
Nə hicran,nə həsrət,nə də ayrılıq
Sözünü dilimə gətirməyəcəyəm.
Məni itirirsən...itir,çox sağ ol.
Sənə ayrılığı ötürməyəcəyəm,
Mən səni heç zaman itirməyəcəyəm...
Gəzməsin yanımda nə qüssə,nə qəm,
Yox olsun ayrılıq,kədər,dərd,sitəm,
Səninlə dünyada ,Vallah xoşbəxtəm,
Bu xoşbəxt günümü bitirməyəcəyəm.
Mən səni heç zaman itirməyəcəyəm.
Qoy pünhan yaşasın eşqimiz bizim,
Bir vursun qoy ürək köşkümüz bizim.
Qoşa atılıbdır püşkümüz bizim,
Sənsiz bircə günü götürməyəcəyəm,
Mən səni heç zaman itirməyəcəyəm
---------GECİKƏN MƏHƏBBƏT------------
Sən mənim qarşıma çox gec çıxmısan,
Sənmi günahkarsan,mənmi günahkarr?
Bəs niyə yandırıb məni yaxırsan,
İnsafsız,de, mənim nə günahım var?
Gecikən məhəbbət şirinmiş demə,
Yandıran,söndürən, sərinmiş demə,
Könlümdə boş qalan yerinmiş demə,
Gir mənim könlümə yerin tut,nolar?
Taleyin, həyatın gərdişinə bax,
Həyatın həyasız vərdişinə bax.
Mənim taleyimin tərs işinə bax,
Mən gedən qataram,sən gələn qatar.
Çıxa bilmirəm mən üzünə sənin,
Baxa bilmirəm mən gözünə sənin,
Bir dəfə baş qoysam dizinə sənin,
Ruhum təzələnər,ömrüm uzanar.
Bu sevgi ocaqsız kül edir məni,
Yaxır ürəyimə min cür sitəmi..
Kaş gənclik çağımda görəydim səni,
Sənlə bağlayaydım o vaxt əhd-ilqar..
Nə deyim, deməklə nə hasil olar?
Danışan göz olar, susan dil olar....
Mənə gileynimi,sevginmi qalar?
Mənlə mi köç edər yoxsa arzular??
====DODAQQAÇDI=====
Mənlə keçən bir gecənin xətrinə,
Məndən dövlət,var istəyən “sevgilim”.
Maşın, mənzil,qızıl,gümüş,pal-paltar,
Qarajla anbar istəyən “sevgilim”.
Balıq,kürü,bütöv quzu cəmdəyi,
Kənd çolpası,bir də ki,çöl ördəyi.
Süfrə üstə hazır olan yeməyi,
On beş kilo nar istəyən “sevgilim”.
Ən azından on beş dəst alt paltarı,
Dublyonkası..açılmamış qatları.
Seyr etməyə gəzsin bağça,bağları,
İsti yayda qar istəyən”sevgilim”.
Danışmağa mənə imkan verməyən,
Gözüm olsun heç bir kəsi görməyən.
Ondan başqa dünya nədir bilməyən,
Sevgi, düz ilqar istəyən “sevgilim”.
Özü bilsin neçəsiylə danışar,
Kimin həddi ki,işinə qarşıar?
Özü toppuş,gövdə yoğun,sinə şar,
Varyonka şalvar istəyən “sevgilim”.
Yazıq Əli,cəfasına döz bunun,
Çatdır ginən sözlərinə söz bunun.
Qızılları sinəsinə düz bunun,
Evdə kafe,” bar” istəyən sevgilim.
GƏL GİR KÖNLÜMƏ-KÖNLÜMƏ
Çağlayıram ,gülüm,yenə,
Yetmək üçün həsrətinə.
Baxma mənə gendən -genə,
Gəl gir könlümə -könlümə.
Qoy seyr edim asimanı,
Sənin kimi mələk hanı?
Ey qəlbimin pasibanı,
Gəl gir könlümə-kömlümə
Sən gözləri ürkək ceyran,
Baxışına mənəm heyran.
Gəl ürəyim sənə qurban,
Gəl,gir könlümə-könlümə.
Sevginə can vermək üçün,
Sevgi gülün dərmək üçün.
Öz-özünü görmək üçün,
Gəl gir könlümə-könlümə.
Gəl sənə bir nağıl deyim,
Mələyimsən qoy söyləyim.
Dur gəl sənin canın yeyim,
Gəl gir könlümə-könlümə.
Nolar mənə ver ilhamı,
Məni eşqin piri tanı.
Tut əlində gecə şamı,
Gəl gir könlümə-könlümə.
Qıyma məni fikrə dalım,
Dərdi-qəmi qəlbə salım.
Gəl səndən bir busə alım..
Sən gir könlümə-könlümə
Yanaqların dağ alması,
Kipriklərin qız qalası.
Sən ey zalımın balası,
Gəl gir könlümə-könlümə.
Sənsən imtahanım mənim,
Damardakı qanım mənim.
Sənə qurban canım mənim,
Gəl gir könlümə-könlümə.
Eşq ruhludur hər qəzəlim,
Sevgi ilə gəl gəzəlim.
İnsfa gəl ay gözəlim,
Gəl gir könlümə-könlümə.
Yurdumun gözəlləri
Günəştək işıq saçar,
Xoşbətliyə yol açar,
Pisliklərdən yan qaçar
Yurdumun gözəlləri.
Onlarsız həyat çətin,
Bilər sözün,söhbətin,
Hər qürurlu ,həm mətin,
Yurdumun gözəlləri.
Şirin dil,söhbətlidir,
Əzmli,qüdrətlidir,
Ülvi məhəbbətlidir
Yurdumun gözəlləri.
Dünyaya səs salırlar,
Xoş xəyala dalırlar,
Saf eşqdən güc alırlar,
Yurdumun gözəlləri.
Ədalıdır,nazlıdır,
Bənizi ay üzlüdür,
Söhbətlidir,sözlüdür,
Yurdumun gözəlləri.
==== SƏN VARSAN GÜLÜM====
Gəl məni müqayisə etmə özünlə,
Mən payız,sən isə baharsan gülüm.
Mən simi qırılmış,inləyən kaman,
Sən həzin çalınan bir tarsan gülüm.
Mən aşiq Vətənin torpaq,daşına,
Sən bulaq,bənzəyən pak göz yaşına,
Mən uca zirvəyəm,sən dağ başına,
Vədəsiz süzülən bir qarsan,gülüm.
Mən fikri dağınıq,baxışı dalğın,
Sən qəlbi sevdalı, ürəyi çılğın,
Mən qəddi əyilmiş, bənizi solğun,
Sən vəfa,əhd-peyman, ilqarsan, gülüm.
Mən sahil boyunda ovulmuş qaya,
Sən körpə tumurcuq,ürəyi saya,
Gəl, gəl sənin gözünlə baxıb dünyaya,
Deyimki, nə yaxşı sən varsan,gülüm..
* * *
Çox dolmuşam bulud kimi yetiş mənə,nolar, gülüm,
Sənsizlikdən qalan canım yanıb bir kül olar gülüm.
Gəl son qoyaq bu həsrətə, yetək eşqin vüaslına,
Eşq şərabın içən könül qana hopar, dolar .gülüm.
Yetər daha bu əzablar, gəl fələyə ram olmayaq,
Eşqsiz ürək çox yaşamaz,tənha qalıb solar,gülüm.
Tale bizi sərt sınağa çoxmu çəkər, biləmmirəm,
Düşmən buna sevinəcək, doğma saçın yolar gülüm.
Dözmür ürək.üsyan edir. göz zillənir bir nöqtəyə,
Bu vəfasız,fani dünya.söylə kimə qalar, gülüm?
Gəl sevilək. qəlbən sevək, zövq alaq bu sevgimizdən,
Vallah qəlbən sevən hər kəs bizdən ibrət alar,gülüm.
Gəl,Əlinin sözlərini sırğa eylə qulağında.
Biz olmarıq.tarix bizi bir gün yada salar,gülüm.
-----BİZ NİYƏ İTİRƏK BİR BİRİMİZİ?----
Bir ömrü bircə yol yaşayırıqsa.
Min kədər, min qüssə daşıyırıqsa,
Ağrını acını qaşıyırıqsa,
Yarımçıq qoyaraq səfərimizi,
Biz niyə itirək bir-birimizi?
Onsuz da ömrümüz bitir günbəgün,
Fərəh, sevincimiz itir günbəgün,
Fələk yolumuza vurubsa düyün,
Almayıb həyatdan bir dərsimizi,
De,niyə itirək bir-birimiz?
Saçlara dən düşür, bel büküləndə,
Çənə çırtıq çalır diş töküləndə,
Ömür sarayından daş söküləndə,
Dərə bilmiriksə nəfəsimizi,
De,niyə itirək bir-birimizi?
Bir gün ayılarıq, çox gec olacaq,
Bağçalar yox olar, güllər solacaq.
Bax onda “ bağışla” desək də,ancaq...
Faydası nə olar? Bilsək də düzü?
De niyə itirək bir-birimizi?
.
Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.