Könül İSLAMQIZI: Söylə görüm hardasan?

Könül İSLAMQIZI: Söylə görüm hardasan? Könül İslamqızı - 22 Fevral 1995-ci ildə Bakı şəhərindəki Mərdəkan qəsəbəsində anadan olub.

İlk təhsilini 11 saylı xüsusi təhsil məktəbində alıb. Və ondan sonra heç bir yerdə təhsil almayıb.

O, şeir yaradıcılığına 2011-ci ildə başlayıb.
İlk yazdığı şeir "Bakım mənim" (2011), ilk kitabı isə "Bir gözəlin tarixçəsi" (2015) adlanıb.
Daha sonra isə "Qaytar ömrümü" (2016) adlı ikinci kitabı işıqüzü görüb.

Biz də Könül İslamqızına yeni-yeni yaradıcılıq uğurları arzulayır və aşağıda onun bir neçə şeirini oxucularımıza təqdim edirik!..

ZiM.Az



Könül İSLAMQIZI: Söylə görüm hardasan? Könül İSLAMQIZI: Söylə görüm hardasan?Hər səhər

Yel əsdikcə hər səhər
Günəş qalxır yerindən,
Quşlar uçur səmada,
Cəh-cəh vurur hər səhər.

Ağaclar tir-tir əsir
Quşların səsi gəlir,
Nəğmə deyər hər səhər
İnsanlar da seyr edər.

Quşların şən nəğməsi,
Sevindirir hər kəsi.
Nəğmə desin bizlərə
Biz də çıxaq seyrinə.


Hardasan?

Heç bilmirəm hardasan,
Yaxındasan uzaqdasan,
Bəlkə buralardasan
Söylə görüm hardasan?

Tənhalıq üzür məni
Hər gün ağrıdır ürəyimi
Unutmaram heç vaxt səni
Sənin kimi bir gözəli.

Haçandır gözləyirəm
Zamandır gözləyirəm
Səni mən çox istəyirəm
Söylə görüm hardasan?


Mənim

Tənha bir otağda durduğum zaman,
Yadıma düşürsən gecələr mənim
Elə ki, uzanıb yatmaq istərəm
Gözümə yuxu getməyir mənim.

Yadımdan çıxmırsam hər gün hər gecə
Sənsiz darıxıram bir bilsən necə
Səni düşünürəm hər gün hər gecə
Gözümə yuxu getməyir mənim.

Elə ki, yadıma sən düşən zaman
Bir anlığ yanında olmaq istədim
Kaş sənin yanında olaydım indi
Ömürlük səninlə qalmaq istədim.


Asta asta

Gedirsən asta-asta,
Maşın yoxsa trasda
Xodda maşını bas qaza
Biraz sür asta-asta.

Maşın yoxdu görürsən
Nə üçün xod sürürsən
Maşın qalsın bir yana
Özünü düşünmürsən

Düşsə axır bir qəza
Polis sənə versə cəza
Salar səni türməyə
Onda birlərsən nədir cəza.


.
Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Rəy yazın: