Asəf QAYA: ULAMAĞIN ÇAĞIDIR, ULA BOZ QURDUM, ULA!..

Asəf QAYA: ULAMAĞIN ÇAĞIDIR, ULA BOZ QURDUM, ULA!.. Asəf Oruc oğlu Əliyev (QAYA)
1967-ci ildə Daşkəsən şəhərində anadan olub. 1984-cü ildə C.C.Naxçıvanski adına Hərbi Liseyi bitirib.
1985-1987-ci illərdə Sovet Ordusu sıralarında hərbi xidmətdə olub.
1996-cı ildə M.Ə.Rəsulzadə adına Bakı Dövlət Universitetinin Beynəlxalq hüquq və beynəlxalq əlaqələr fakültəsini
Fərqlənmə Diplomu ilə bitirib.
Asəf Orucoğlu “Millət” qəzetində jurnalist və Baş redaktor, AMİP-də mətbuat katibi, mətbuat və təbliğat məsələləri üzrə katib, “Araşdırma və proqnoz şöbəsi”nin müdiri, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın mətbuat katibi işləmişdir.
2003-2005-ci illərdə Mərkəzi Seçki Komissiyasının üzvü olmuşdur.
Asəf Qaya imzası ilə şeirlər yazır.
300-ə yaxın şeirin müəllifidir.



ULAMAĞIN ÇAĞIDIR, ULA BOZ QURDUM, ULA!

Törənişdən bu günə ayaq üstə dik durduq,
Ərgənəkondan çıxıb tarixə damğa vurduq,
Gündoğandan batana böyük Turanı qurduq,
Qarşımızda baş əyən büründü qızıl çula
Ulamağın çağıdır, ula Boz Qurdum, ula!

Bir zaman Yer üzünə qural, qurul gətirdik,
Ulusları kamına, muradına yetirdik,
Harda olduq o yerdə yoxsulluğu bitirdik
Satılmaz Türk bodunu nə daş-qaşa, nə pula
Ulamağın çağıdır, ula Boz Qurdum, ula!

Əzəldən Tanrıçıydıq ayırmazdı din bizi,
Gəlincə yad elçilər parçaladı kin bizi,
Sonra İslam içində böldü şeytan, cin bizi
Üz tutub Göy Tanrıya, çək bizi doğru yola,
Ulamağın çağıdır, ula Boz Qurdum, ula!

Türk olmasa dünyada düzən, düzüm dağılar,
Türkün adı gələndə tir-tir əsər yağılar,
Türk Dili Tanrı Dili, ona uymur ağılar
Ula ki, ağılardan Dilimi qurtum , ula!
Ulamağın çağıdır, ula Boz Qurdum, ula!

Türklər sevər savaşı, Türk yaraqla doğular,
Türkdən torpaq istəyən öz qanında boğular,
Türkün Tuğunu görən hər dəliyə soxular
Döyüş üçün düzülüb yenilməz Ordum, ula!
Ulamağın çağıdır, ula Boz Qurdum, ula!

Gəl çıxaq Tanrıdağa, Göyün sonuna çataq,
Orda bütün Turançün özgürlük odu çataq,
Sonra mənim nərəmə sənin səsini qataq
Qıy vursun qızılquşum, kişnəsin atım, ula!
Ulamağın çağıdır, ula Boz Qurdum, ula!

Andımızla yarandıq, andımızla ölərik,
Söz verdiksə, sözü biz addan uca bilərik,
Ən böyük sevgimizi Yurdumuzla bölərik
Fəğan deyib ağlamaq yaraşır miskin qula,
Ulamağın çağıdır, ula Boz Qurdum, ula!


GÖZƏLLƏRİ GÖZÜMDƏN SALDI SÜZGÜN BAXIŞIN

Gözəlləri gözümdən saldı süzgün baxışın,
Gülüm, məni özümdən aldı süzgün baxışın,
Elə bilmə danışmır, laldı süzgün baxışın
Dilin gizlətdiyini gözlərin deyir mənə,
Baxışın könlüm oxşar, sözlərin dəyir mənə.

Sənlə hər görüşümdən çiçək аçаr, yаz olаr,
Sınıq qəlbim gözəlim, cuşа gələr sаz olаr,
Sənə nə qurban verim? Canım belə az olar
Qurbanlıq nə istəsən olaram ona qayil,
Bir sevgim, bir armanım, bil ki, qurbanlıq deyil.

Sənsiz ötən hər аnım mənə ağıdan bеtər,
Gəl son qoy bu özləmə, еtdiyin zülüm yеtər,
Аyrılıq аmаnsızdır, аrаmızdа dаğ bitər
Sonra bu dağı nə sən, nə mən aşa bilərik,
Sevinci biz itirib, ömrü qəmlə bölərik.

Loğmanım ol yаrаmа özgə loğman duz bаğlаr,
Sənsiz mənim gözümdə hər nə varsa buz bаğlаr,
Sən gülməsən Ay itər, Günəş Yerə üz bağlar
Mən dözərəm, sən Yeri Aysız, Günəşsiz qoyma,
Mənə qıysanda olar, gəl insanlığa qıyma.

Nə Fərhadam, nə Məcnun, Asəfdir mənim adım,
İçin, için yansam da? dilə gəlməz fəryadım,
Onsuz da öləcəyəm, təki sən ol cəlladım
Qılıncını kəskin et, incitməsin qoy məni,
Yaşamaq istəmirəm itirəcəmsə səni.

ZiM.Az

.
Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Rəy yazın: