Atası Həşim Əlikərim oğlu cəmi 22 il yaşasa da, həm Kəsəməndə, həm də ətraf kəndlərdə böyük hörmət sahibi olub.
Təsadüfi deyil ki, onun ölümündən sonra uzun müddət həm Kəsəməndə, həm də ətraf kəndlərdə toy-düyün məclisləri qurulmayıb.
Həşim Əlikərim oğlu vəfat etdikdən sonra onun övladlarının tərbiyəsi ilə babaları Əlikərim, nənələri Sona, əmiləri Musa və İsa məşğul olmuşlar.
Oruc Həşim oğlu orta məktəbi Kəsəməndə bitirdikdən sonra 3 il hərbi xidmətdə olmuşdur. O, 1962-ci ildə İrəvan Kənd Təsərrüfatı Texnikumunu, 1975-ci ildə isə Odessa İqtisadiyyat İnstitutunu bitirmişdir. Oruc Həşim oğlu 1958-ci ildə yeni salınan Daşkəsənə gəlmiş və təqaüdə çıxana kimi burada dağ-mədən sahəsində işləmiş, Azərbaycan Dağ-Mədən Filizsaflaşdırma Kombinatında və Zəylik Alunit Mədən İdarəsində fəhlə, ekskovatorçu-maşinist, iqtisadçı, sex rəisi, aparıcı mühəndis vəzifələrində çalışmışdır. 1983-cü ildən 1996-cı ilədək Zəylik Alunit Mədən İdarəsində “Əməyin təşkili və əmək haqqı şöbəsi”nin müdiri vəzifəsində işləmişdir. Bacarığı, istedadı, səmimiliyi və işə münasibəti sayəsində o, həmişə işlədiyi kollektivin hörmətini qazanmışdır.
Oruc Həşim oğlu 1961-ci ildə Göyçə mahalının Kəsəmən kənd sakini Sarıtel Həmid qızı ilə evlənmişdir.
Onlar bir qız və dörd oğul övladlarını Vətənə, Millətə və Torpağa sevgi və sədaqət ruhunda tərbiyə etmişlər.
Azərbaycan tarixini və ədəbiyyatını dərindən bilən Oruc Həşim oğlu vətənpərvərlik mövzusunda çoxsaylı şeirlərin müəllifidir.
Şeirləri müxtəlif mətbu orqanlarında çap olunmuşdur.
Oruc Həşim oğluna həm də bir çox şairlər şeirlər həsr etmişlər.
Görkəmli şair Eldar İsmayıl Oruc Həşim oğluna həsr etdiyi “Deyərsən” şeirində yazır:
Söz müqəddəs, söz əbədi, söz ulu,
İsa keçib, Musa keçib bu yolu,
Kərimlinin söz kisəsi dop-dolu,
Məndən ötrü söz nədir ki, deyərsən.
Tanınmış söz ustadı Nəsib Qaramanlı isə Oruc Həşim oğluna həsr etdiyi “Dağlardan ağır kişi” şerində onu “Mərdlər mərdi”, “Ağır, ləngərli kişi” adlandıraraq yazır:
Sağ ol, öz ömrünlə tən yaşadırsan,
Əsiri olduğum o keçmişi sən.
Bilirəm, inciməz dağlar heç zaman,
Desəm ki, dağlardan ağır kişisən.
Oruc Həşim oğlu hazırda təqaüddədir və Bakı şəhərində yaşayıb-yaradır.
Aşağıda Oruc Həşim oğlunun bir neçə şeirini dərc edir və ona yeni-yeni yaradıcılıq uğurları arzulayırıq!..
Sona ABBASƏLİ QIZI,
ZiM.Az
BU, KİMDİR BELƏ
Bir maral duruşlu, ceyran yerişli,
Dönüb mənə baxdı, bu kimdir belə.
Könül hökm eylədi kefin soruşum
İldırımtək çaxdı, bu kimdir belə.
Çəkilib göylərə buludtək doldu,
Elə bil leysana, tufana döndü,
Süzgün baxışlarla o məni gördü
Dağ selitək axdı, bu kimdir belə.
Qəlbimin səsini çatdırdım ona,
Əksinə düşündü cilvəli sona,
Məni heç saymayıb üz tutdu yana
Yandırıban yaxdı, bu kimdir belə.
Gördüm nazlı afət məndən gizləndi,
O da çox sevirmiş, hərləndi, gəldi,
Şirin təbəssümlə nazlandı, güldü
Müşkü ənbər qoxdu, bu kimdir belə.
Oruc, Sarıteldir şəst ilə gəlir,
Durub pərvanətək oduma yanır,
Məni ərən oğlu ər kişi sanır
Daha deyən yoxdu, bu kimdir belə.
Daşkəsən, 1961
DALĞALAN BAYRAĞIM, UCAL BAYRAĞIM!
“Bir kərə yüksələn bir daha enməz!”
Dalğalan bayrağım, ucal bayrağım!
Səninlə fəxr edir türkün birliyi,
Bu böyük birlikdən güc al, bayrağım!
Dalğalan bayrağım, ucal bayrağım!
Ucal Qarabağda, Qərbdə, Cənubda!
Yumruq tək birləşsin Azərbaycan da!
Şənliklər başlasın eldə-obada
Gəl bu şənliklərdən bac al, bayrağım!
Dalğalan bayrağım, ucal bayrağım!
Yenilməz dövləti təmsil edirsən,
İgid ərənlərlə öndə gedirsən,
Düşmənin gözünü oyur, tökürsən
Onlara verməyək macal bayrağım!
Dalğalan bayrağım, ucal bayrağım!
Bakı, May, 2012-ci il.
XOCALI SOYQIRIMI, VƏHŞİLİYİN SON HƏDDİ
22 dekabr 2011-ci il tarixdə Fransa parlamentinin aşağı palatası
uydurma erməni soyqırımını dananlara qarşı cinayət işinin
açılması ilə bağlı gülünc qanun qəbul etdi.
Bu qanun əslində tarixin üzərinə qara kölgə salmaq, söz, fikir və
vicdan azadlıqları kimi insan və vətəndaş azadlıqlarını tapdamaq deməkdir.
Uydurma soyqırımın tanınması, lakin Xocalı soyqırımına göz yumulması ilə bağlı
yazılan şeiri oxucuların diqqətinə verirəm.
Hörmətlə: Oruc Həşimoğlu
Böyük dövlətlərdən alaraq dayaq,
Soyqırım başladı erməni sayaq.
Gözlər çıxartdılar, başlar kəsdilər,
Analar sağikən döşlər kəsdilər.
Qocalar, uşaqlar dara çəkildi,
Hamının əl-qolu, dili kəsildi.
Sağ qalan kim varsa oda atdılar,
İnsan bədənindən tonqal çatdılar.
Dünya görməmişdir belə cinayət,
Erməni məkiri baş tutdu heyhat!
Xocalı edildi yer ilə yeksan,
Qırdılar hamını qalmadı insan.
İşgəncə, əzablar baş alıb gedir,
Bunları şərəfsiz erməni edir.
Belə işlər görməz əsl insanlar,
Onlar insan deyil ermənidirlər.
Dinmədi, susdular böyük dövlətlər,
Axı bu işləri onlar qurublar.
Hüqonu, Dümanı yetirən bir xalq,
Erməni əlində olub oyuncaq.
Ermənipərəstlər rəhbərlik edir,
Görəsən Fransa haraya gedir?
“Soyqırım olmuşuq”, - deyib bağıran,
Hiylə işlədərək, böhtan yağdıran.
Aldadıb dolayan bütün dünyanı,
Belə işlər görər yalnız erməni.
Getdikcə paxırın açılır üzü,
Dahilər deyiblər müdrik bir sözü:
“Bilin ermənilər varsa harada,
Kələklər işlənər mütləq orada.”
Dayanın, əl çəkin şərdən, böhtandan!
Dünya tələb edir bunları sizdən!
Cığallıq etdiniz, dayanın bəsdir,
Sizə göstərilən hörmət əbəsdir.
Arxivlər açılsın onda görərsən,
Aravuran yaltaq sən ermənisən.
ZiM.Az
.
Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.