GENERALIM

GENERALIM Azərbaycan Respublikası Silahlı Qüvvələrinin
Baş Qərargah rəisinin müavini -
Döyüş Hazırlığı və Hərbi Təhsil Baş İdarəsinin rəisi,
General-leytenant Nizam Ramazan oğlu Osmanov


Yağı düşmən torpağımda,
İyrənclərin caynağında,
Tapdaqdadır namus-arım,
Əmr et mənə, generalım!

Təşkil elə alayını,
Quraq qeyrət halayını,
Qüvvətlidir solum-sağım,
Əmr et mənə, generalım!

Qığılcım vur duyğulara,
Cavab verək nadanlara,
Nifrətimlə alovlanım,
Əmr et mənə, generalım!

Zirvələrə bayraq sancım,
Saf suyunda namaz qılım,
Gerçəkləşsin xəyallarım,
Əmr et mənə, generalım!

Zəfərimiz qazanılsın,
Şəhid ruhu rahatlansın,
Qoy çin olsun azrularım,
Əmr et mənə, generalım!


Sahib ÖMƏROV,
ZiM.Az



.
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Rəy yazın: