Cəvahir QARAQIZI: "TURANA DOĞRU!.."

Cəvahir QARAQIZI: "TURANA DOĞRU!.." TURANA DOĞRU

Nə baxırsan dərdli-dərdli
Yolum uzaq qəm-kədərli
Keçdim Tunadan qəhərli
Dedilər yas tutub ellər
Hanı, hanı Turan ellər?!
Nerdə qaldı şirin dillər?!.

Sordum səni bəylər bəyim
Atillamı, həm Metemi
Tarix alıb hər gələni
Qoynunda bax qeyibmi etdi
Turan ellər nerə getdi
Şirin dillər nerə getdi?!

İtil boyunca dolaşdım
Şubaşkarda sabah açdım
Mən ağladım, o danışdı
Qoca Başqurd yaman dedi
Turan ellər aman dedi
Şirin diller aman dedi.

Kərkükdən türkmən qardaşım
Danışdı Balkan savaşın
Bu yurdun hər dağın, daşın
Qoca Türkdən qalan dedi
Turan ellər aman dedi
Şirin dillər aman dedi.

Kaşgardan Akyara vardım
Şah babamdan xəbər aldım.
Turan nerdə ora vardım
İzim tozum Turan dedi
O, ən böyük dövran dedi.

Yağdı yağış, axan çaylar
Ötən illər, ötən aylar
Dili söz tutan haraylar
Nerde Turan?! Turan dedi.
Keçdimi o dövran dedi?!

Çıxdım ucasına seyran eylədim
Dost ilə gəzdiyim çöllər pərişan
Tək başıma olsam qəm çəkməz idim
Bir mən deyil, cümlə ellər pərişan

İdil boyunca yaylalar
Turan deyib bizi haylar
Tarixə sığmaz saraylar
Bir gün dönər dövran dedi
Dönər Turan, Turan dedi
Qalxar gülər, Türk elləri
Turan səndən, məndən diri
Turan səndən, məndən biri
Nerdə, Turan deyən dillər ?!
Burda, burda deyər ellər .

Sənlə çıxıb Altaylara
Teleuta, kumanlara
Uzaqda yatan çağlara
Varan Turanı soraqlar....
Nerdə ötən illər, aylar?!

Turan haylar qazax-qırğız
Çıxsın başa Dədəm oğuz
Məclisə paylansın kımız
Turan eşqinə bu məclis
Zaman eşqinə bu məclis.

Əlimiz qalmasın boşda
Karvanımız qoşha- qoşda
Bu qaçha- qaç , bu savaşda
Turan olsun iqbalımız
Turan olsun amalımız.

Yağacaq şirin yağışlar
Güləcək dalğın baxışlar
Yer göy səni hey alqışlar
Turan deyən igid ərlər
Savaşlarda hünərvərlər.

Zaman bizi səsləməkdə
Şirin- şirin bəkləməkdə
Gedənləri əkləməkdə
Turan bizə qədər oldu
Biz Turan gedər olduq

Bir də yazaq yazıları
Düşsün yola qaziləri
Çatılsın zəfər odları
Turan bizə qədər oldu
Bir Turana gedər olduq.

Cisimlərlə getsələr də
Ruhlarıyla qalanlarım
Doğulan nəsillərilə
Yenidən doğulanlarım.
İsmi cana şərəf verən
Turanlarım, Metelərim
Şah babam, Şah İsmayılım
Oğuz atam, Nayman anam
Noqay Ordum, Kuman yurdum
Altayların düz başnda.
Elim vətən savaşında.
Altun-qızıl arayanlar
Ac qarnına sarıyanlar
Bizə acı qədər oldu
Atımıza yəhər oldu.

Çap atını, çap türk oğlu!
Bu, qədəri başından at!
Özünü yenidən yarat!
Özünü yenidən yarat!
Ruhundakı o qüvvəti
İgidliyi, cəsarəti
Dünyamzı yıxanlara
göstər bir də!
Ədalət var,
bəşər dərddə.
Ədalətlə bu dünyanı
bərpa etdə.
Məzlumlar ayaq altda
Zalımları yalan haqda
Talan olur olur, dünya talan
Viran olur, dünya viran.

Sən xanlar xanı Bayandurun
İç Oğuzun, Dış Oğuzun,
Əmir Teymur, Bilgəxaqan
Göylə yerin birləşdiyi
Xanədanlar övladısan
Qızıl Alma diyarından
qəhramansan.

Salam olsun Uca Bəylər
Sizdən güc almaq istədik !
Salam olsun qoca Bəylər
Siztək ucalmaq isdədik!

Boy boylasın Dədəm Qorqud
Qurtarıb bu dərd, ələmdən
bəd qələmdən
Yurdumda qalmasın yağı!
Alacağıq Qarabağı!.

Turan yolu Qarabağdı
Zəfərə burdan başlayaq
Kərkükdən, Ərkdən başlayaq
Təbrizin gözü yolda
dəmir barmaqlıq qolda

Yatıb illərin yaddaşı
Oyadaq dostu qardaşı
Bir simə vursun yazılar
Bir dizdən qalıxsın qazilər.

Cəvahir bu ağrı bu sitəm nədir?
Dünya beş gün deyən bir bəhanədi
Bizə Turan gərək Turan xanədir
Yolumuz Turana, Qurana doğru
Yolumuz imana, inama doğru.

ZiM.Az


.
Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Rəy yazın: