Uşaqlıqdan musiqiyə, muğama böyük həvəsi olub.
Hələ kiçik yaşlarında el şənliklərində oxuyub.
1985-ci ildə Festifal laureatı olub.
Azərbaycan Dövlət İncəsənət Universitetini bitirib.
Ermənilərin torpaqlarımıza təcavüzü nəticəsində köçkün düşüb.
Abşeron rayonunun Masazır qəsəbəsində məskunlaşıb.
ANS də keçirilən "Toylar Kralı" yarışmasının qalibi olub.
Bir çox mükafatlara layiq görülüb.
Şeirləri, bir çox bəstələri var.
Ailələlidi. 1 oğlu, 4 qızı var.
Biz də Nail Laçına yeni-yeni uğurlar arzulayır
və aşağıda onun bir neçə şeirini dəyərli oxucularımıza təqdim edirik.
Rahilə QARALOVA,
ZiM.Az
LAÇINIM
Əriyir vicudum, qocalıram mən,
Əyilir qamətim, düşür saça dən.
Gözümə tor gəlir, fikirdən, qəmnən,
Tanrı ömür versin mənə Laçının,
Qovuşa biləydim sənə, Laçınım.
Talehin hökmünə, yazısına bax,
Olmuşam yurdumda bir qaçqın qonaq.
Yağılara qaldı müqəddəs torpaq,
Əzab verir təhniz, tənə Laçınım,
Qovuşa biləydim sənə, Laçınım.
Sənin üçün burnum ucu göynəyir,
Sənnən ayrılannan üzüm gülməyir.
Bu acı həsrətə ürək dözməyir.
Olmuşam dəli-divanə Laçınım,
Qovuşa biləydim sənə, Laçınım.
Nailəm həzinlik vardı səsimdə,
Hərdən qaysaqlayır yara köksümdə.
Hər il may ayının on yeddisində,
Çat verib qanayır yenə, Laçınım,
Qovuşa biləydim sənə, Laınım.
Bilmərsən
Qartal zirvələrdən enmə aşağı,
Qürbətdə dolaşıb, gəzə bilmərsən.
Olarsan qarğaya, sağsağana tay,
Xüfət eliyərsən, dözə bilmərsən.
Gəlmə zirvələrdən sığın elinə,
Aldanma namərdin fitnə-felinə.
Uyarsan şeytanın yağlı dilinə,
Aldanarsan şirin sözə, bilmərsən.
O vüqarlı adı itirəcəksən,
Təhnizi, töhməti götürəcəksəm.
Ömrü dərd içində bitirəcəksən,
Bu qəm dəryasında, üzə bilmərsən.
Dolan o dağlarda çisgində, çəndə,
Bir baş çək Nailin olduğu kəndə.
Gəlmə köçkün kimi ana vətəndə,
Düşərsən qızarmış közə, bilmərsən.
Bu cahana
Kimə deyək dərdimizi,
Həsrət öldürəcək bizi.
O səfalı kəndimizi,
Görüb gələm din-imana,
Vida deyəm bu cahana.
Vətənsiz üzüm gülməyir,
Dərdimi kumsə bilməyir,
Yurd yeri bizi gözləyir.
Bu həsrət kaş yetə sona,
Vida deyəm bu cahana.
Ay eloğlu dur ayağa,
Sahib çıxaq Qarabağa.
Təhnizdən can qutarmağa,
Orda boyanam al qana,
Vida deyəm bu cahana.
Girovluqda qalanım var,
İnildəyir hər bir məzar.
Nail, torpaqdan pay olar?
Yazdım bəlkə xalq oyana,
Vida deyəm bu cahana.
O dağlara apara
Yenə bizsiz keçir dağların yazı,
Bulaq şırıltısı, bülbül avazı.
Yaman kövrəlmişik ay dağlar qızı,
Tufan gələ bu həsrəti sovura,
Qismət bizi o dağlara apara.
Elin pərənini yaman pozdular,
Uşaq kimi başımızı yozdular,
Qəbrimizi diri ikən qazdılar.
Qüssədən qəlbimiz bağlayıb yara,
Qismət bizi o dağlara apara.
Barlı bərəkətli bağlarım hanı?
Laləli nərgizli dağlarım hanı?
O toylu busatlı çağlarım hanı?
Unbayla Ədalət haray qopara,
Qismət bizi o qağlara apara.
NOLAR
Vətən həsrətini, el təsivini,
Çəkən ay el qızı ağlama, nolar.
O göz yaşlarına çətindi dözmək,
Sınıq könülləri dağlama, nolar.
Gözlərdə nisgili görməmək, çətin,
Dərdə sinə gərib, ölməmək çətin.
Allah havalanıb,ölməmək çətin,
Vüsal qapısını bağlama, nolar.
Nail vətən yükü, yaman ağırdı,
Cavankən saçların dümağ ağardı.
Başına leysan tək, dərd qəm yağdırdı,
Ah-nalə eyləyib çağlama, nolar.
ZiM.Az
.
Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.