1975-ci ildə Ostair kənd 8 illik məktəbi bitirib.
1975-1977 -ci ildə Yardımlı rayonundakı
M.F.Axundov adina 1 saylı məktəbin
9-10-cu sinfini bitirib.
Elə o vaxtdan da ömrünü Sumqayıt şəhərinə bağlayıb.
1979-1982-ci illərdə Sovet ordusu sıralarında Qara dəniz hərbi dəniz donanmasında xidmət edib, 1-ci dərəcəli serjant kimi hərbi qulluqdan geri dönüb.
1984-1987-ci illərdə Sumqayıt şəhərindəki
Politexnik Texnikumunu Energetik ixtisasıüzrə bitirib.
2012-ci ilə kimi Sumqayıt şəhər "Qırmızı Əmək Bayrağı ordenlli" sənaye-tikinti testində Sumqayıt şəhərinin tikintisində çalışmışdır.
Müxtəlif mətbu orqanlarında şeirləri dərc olunmuşdur.
2004-cü ildə "Yolum o yerlərə düşmür haçandır",
2006-ci ildə "Yollarıma baxa-baxa qocaldın",
2009-cu ildə Aşıq Ğulağa Bayramov (Bayriyev)-in keçdiyi həyat yoluna həsr olunmuş "Telli sazın vurğunu" adlı kitabları çap olunub.
2010-cu ildə isə 50 illik yubileyi ilə bağli tanınmış tənqidçi, filologiya elmlər doktoru Vaqif Yusiflinin rəyi ilə "TANI KƏRAMƏTİ" adlı kitabı nəşr edilib.
Biz də Kəramət Əmirova yeni-yeni yaradıcılıq uğurları arzulayır və aşağıda onun bir neçə şeirini dəyərli oxucularımıza ərmağan edirik.
Zemfira AYVAZOVA,
ZiM.Az
SÖZƏ QİYMƏT VERƏN YOXDUR
Hissə-hissə əldən gedən
Ay başı bəlalı vətən.
Dilim gəlmir necə deyim
İgid yoxdur, ərən yoxdur,
Sözə qiymət verən yoxdur.
Tanrıdan ömür payımı,
Fələk sökür sarayımı.
Daşlar dələn harayımı
Bir eşidib bilən yoxdur,
Sözə qiymət verən yoxdur.
Hər gün dara çəkilirəm,
Kərpic-kərpic sökülürəm.
Sökülürəm, tökülürəm,
Daş üstə daş qoyan yoxdur,
Sözə qiymət verən yoxdur.
Biləmmirəm niyəsini,
Tanımır it yiyəsini.
Dost bağının meyvəsini
Dostcasına dərən yoxdur.
Sözə qiymət verən yoxdur.
Bağ bəslərəm baharacan,
Gözləyərəm bəhərəcən.
Söz deyərəm səhərəcən,
Söznən ömrün yoran çoxdur,
Sözə qiymət verən yoxdu.
SEVƏ-SEVƏ O İLLƏRİ YAŞADIM
(1975-1985-ci illər nəzərdə tutulur)
Gənc yaşımdan itirmədim vqaxtımı,
Sevib qurdum xəyalımda taxtımı.
Gözəl allah gözəl verdi baxtımı,
Sev-sevə o illəri yaşadım.
Lazımınca oxumadım dərsimi,
Öyrənmədim avandımı, tərsimi.
Zilə çəkib tər sinəmin tər simin,
Sevə-sevə o illəri yaşadım.
İllər öncə söhbət oldu, soz oldu,
Üstümüzdə nəzər oldu, göz oldu.
Mənim qəlbim allahımla düz oldu,
Sevə-sevə o illəri yaşadım.
Əl çəkmədim öz taxtımdan, tacımdan,
Çox çəksəm də bu sevdamın ucundan.
İncisəm də qardaşımdan, bacımdan,
Sevə-sevə o illəri yaşadım.
Sidq ürəklə sevdim bir el qızını,
Hər an çəkdim işvəsini, nazını.
Gül-çiçəkli baharını, yazını.
Sevə-sevə o illəri yaşadım.
Xəlbirlədim neçə-neçə naşını,
Oda çatdım qurusunu, yaşını.
El yanında uca tutub başımı,
Sevə-sevə o illəri yaşadım.
Həsrət məni yandırsa da qor kimi,
Sevdim onu gözü bağlı, kor kimi.
Gecə-gündüz gözlərimdə nur kimi,
Sevə-sevə o illəri yaşadım.
Aya, ilə bölünsə də həyatım,
Təzə idi mənə köhnəm, boyatım.
Xoşbəxt olmaq istəyiydi niyyətim,
Sevə- sevə o illəri yaşadım.
İkicə il görmüş idim doyunca,
Unutmadım ötən illər boyunca.
Həsrət dolu günlərimi sayınca,
Sevə-sevə o illəri yaşadım.
*
Mayisə Əsədullaqızının
AY GÖZƏLLƏR GÖZƏLİ
şeirinə nəzirə
Lap istərsən bu axşam
elə bu yay gecəsi
Gəl oxşayım ruhunu,
Ay könlümün incisi,
Dinlə sənə yazdığım
gözəl şeiri, qəzəli,
Ay gözəllər gözəli.
Lap istəsən bu axşam
yatmayaq sabahacan.
Bir yerdə eyləyək şam,
Verməyək zərrə qədər
amana can, aha can.
Qadasını aldığım.
Biz bakı bağlarının
pozmayaq sükutunu.
Sən danış şirin-şirin
birazca da məzəli,
Ay gözəllər dözəli
Seyr edək Abşeronun
ulduzlu səmasını.
Vəsv eyləyim sənin tək
xəzərin sonasını.
Olmaya bu gecənin
nə sonu, nə əzəli.
Ay gözəllər gözəli
Məst olub bu sevginin
ətrindən, havasından.
Ayılmayaq gecənin
nağıllar dünyaslndan.
Deyənlər qoy desinlər
oğlan dəli, qız dəli.
Ay gözəllər gözəli.
DƏYMİSƏN GÜLÜN XƏTRİNƏ
Sevgilim, bənövşə payımı saxla,
Gələcəm yanına güllər xətrinə.
(Mayisə Əsədullaqızı)
Demişdin dağlarda əriyəndə qar,
Seyrinə dalmağın ayrı yeri var.
Bəs niyə gəlmədin, a bietibar?
Dəymisən şütüyən selin xətrinə.
İndi əl eyləyir dərə, dağ, meşə,
Həsrətdən çıxıblar lalələr döşə.
Yığıb saxlamışdım sənə bənövşə,
Dəymisən boş qalan əlin xətrinə.
Vaxtından tez gəldi sanki bu yaz da,
Çiçəklər boylandı çəməndə, düzdə.
Gözlədi yolunu qulağı səsdə,
Dəymisən, çiçəyin, gülün xətrinə.
Soldu bənövşələr, incidi kollar,
Küsgündü çəmənlər, küskündü çöllər.
Sonasız qalıbdır sonalı göllər,
Dəymisən sonalı gölün xətrinə.
Xəbər gətirmədi əsən külək də,
Dinib danışmadı arzu-dilək də.
Bir deyib gülmədi sevən ürək də,
Dəymisən nəğməli dilin xətrinə.
Dəymədi üzünə səhərin mehi,
Düşmədi əlinə çiçəyin şehi.
Burda Kəramətin nəydi günahi,
Sən allah dəyməyin, gəlin xətrinə.
ZiM.Az
.
Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.