1956-cı il iyunun 5-də qədim Borçalı mahalında
- indiki Gürcüstan Respublikasının
Marneuli rayonundakı Təzəkənd kəndində anadan olub.
1973-cü ildə Təzəkənd orta məktəbini əla qiymətlərlə bitirib.
14.11.1974-cü ildən 18.11.1976-cı ilə qədər
hərbi xidmət borcunu yerinə yetirib.
1978-ci ildə AzKTİ-nun kənd təsərrüfatının elektirikləşdirilməsi fakultəsinin qiyabi şöbəsinə qəbul olub.
1984-cü ildə AzKİ-nu bitirib.
Marneuli rayonunun İmir kəndindəki DSZ-da
Baş mühəndisin müavini, Baş energetik işləyib.
1990-cı ildə Borçalıda baş vermiş məlum olayalrdan sonra,
o da doğma Borçalıdan köçmək məcburiyyətində qalıb.
Uzaq Rusiyaya üz tutub. Çelyabiniski vilayətinin
Troitski rayonunda idarə rəhbəri, direktor,
baş direktor və Bələdiyyənin sədri vəzifələrində işləyib.
R.Gəncəli, eyni zamanda, təhsilini də davam etdirib.
1998-ci ildə Çelyabinsk Dövlət Universitetinin
hüquq fakültəsini bitirib.
2013-cu ildən Bakıda yaşayıb-yaradır.
Rövşən Gəncəli həm də güclü qələm sahibidir.
İstedadlı şair və savadlı yazıçı kimi tanınır.
"Elə yaşa sən ömrünü”, "Yaşamağa nə var ki” və "Yalan Dünyadı" adlı 3 kitab müəllifidir.
Kitabların hər biri 300 səhifədən çoxdur.
Hərəsi üç yüz əlli səhvədən artıq olan ”Yaxşılığı unutma”, “Şərəfsiz adam”, ”Qalan Dünyadı”,
"Hikmətli sözlər və Bayatılar” adlı dörd kitabı isə çapdadır.
Şeirləri müxtəlif mətbuat orqanlarında, internet saytlarında,
"Zirvə", "Sazlı-sözlü Borçalı" və "Canım Azərbaycanım" adlı poeziya antologiyalarında dərc olunub.
Biz də hörmətli soydaşımız, istedadlı, müdrik şair və yazıçı Rövşən Gəncəliyə
yeni-yeni yaradıcılıq uğurları arzulayır və aşağıda onun bir neçə şeirini
ZiM.az-ın dəyərli oxucularına təqdim edirik.
yeni-yeni yaradıcılıq uğurları arzulayır və aşağıda onun bir neçə şeirini
ZiM.az-ın dəyərli oxucularına təqdim edirik.
Müşfiq BORÇALI,
ZiM.Az
DÜNYANIN
İnsan oğlu, fərəhlənib danışma,
Söz deyəndə gəl odlanıb, alışma.
Ev yıxmağa nə tələsmə, çalışma.
Bil gələrsən qəzəbinə, dünyanın.
Dövlətli olsan da,döşünə döymə.
Yazığın, yoxsulun qəlbinə dəymə.
Pislikdən uzaq ol,bəxtini əymə.
Dözəmməzsən əzabına, dünyanın.
Elinə,obana yaxşılıq eylə.
Çətinə düşsən də,düzünü söylə.
Hər zaman,hər kəsə mərhəmət eylə.
Qalacaqsan nəzərində,dünyanın.
Rövşən deyər köç edərsən əbədi.
Aparmağa icazə yox sərvəti.
Qəbrin üstə qurdursan da məbədi.
Çürüyərsən qucağında, dünyanın.
YOXDUR
Bir ağac ki,quruyubsa kökündən,
Min calaq eyləsən,faydası yoxdur.
Qanacaq insanın zatından gəlir.
Tərbiyə etməyin qaydası,yoxdur.
Zəhmət çəkib,min əzabdan çıxsa da.
Ömür boyu cah-cəlalı yığsa da.
Xəsisliklə var,dövləti sıxsa da.
Bir zaman deyərlər mayası,yoxdur.
Nadanlar söz deyər həddini aşar.
Könlüm qübarlanar hövsələm daşar.
Gözlərim qaralar ağılım çaşar.
Deyəndə qardaşla arası,yoxdur.
Mən qəlbimi qardaşıma bağladım.
Görməyəndə ürəyimi dağladım.
Dərdlər çəkdim gecə,gündüz ağladım.
Dedilər,gözünün qarası,yoxdur.
Tənhalıq gözümdən qanlı yaş tökür.
Könlüm kədərlənir,ömrümü sökür.
Qəm,qüssə yığılır qəlbimə çökür.
Deyirlər,ürəyin yarası,yoxdur.
Rövşənəm,elə ki,gün oldu tamam.
Əzrail qapını döydüyü zaman.
Yalvarıb,ağlama eyləmə aman
Köçüb ketməlisən çarəsi,yoxdur.
AŞIQ
Yığışmışıq Borçalının elində,
Gözəl bir nəsilin toy məclisində.
Götür sazı aşıqların dilində.
Bala-bala ustadnamə çal,aşıq.
Elə hava çal ki,əllər oynasın.
Mizrabı vur,sazda tellər oynasın.
Sevinsin gözəllər,ellər oynasın.
Bu məclisin yaddaşında qal,aşıq.
Çal sazını,aləm nura boyansın.
Yolnan keçən,axan çaylar dayansın.
Dərdlər çəkən,xəstə könlüm oyansın.
Ustadları,sən yadına sal, aşıq.
Rövşənin nahaqdan dönməz ürəyi.
Unutmaz,kəsdiyi duzu,çörəyi.
Telli sazdır bircə arzu,diləyi.
Elə çal ki, ürəyini al, aşıq.
YOXDUR
Varlanan yoxsula verməyir aman,
Dəyişib insanlar,çevrilib zaman.
Nadanlar könlümə dəyiblər yaman.
Yaxşının qədrini bilən də yoxdur.
Başının üstünü duman alanda.
Düşəndə çətinə,fikirə dalanda.
Elində,obanda dalda qalanda.
Baxıb sifətinə,gülən də yoxdur.
Ömür bağçasında güllər solanda.
Bu zalım dövrandan qəlbin yananda.
Ağlayıb gözlərin yaşla dolanda.
Bir nəfər gözünü silən də yoxdur.
Rövşən bu dünyanı görüb,qocalıb.
Yaltaqlıq,alçaqlıq göyə ucalıb.
Biləndə var,dövlət,imkan azalıb.
İnanın,qapıya gələn də yoxdur.
GEDİR
Başına döndüyüm ay ömrüm,günüm,
Ömrümüz,günümüz ha yana gedir?
İnsanlar dəyişib,hörmət azalıb.
Söylə,bu zəmanə ha yana gedir?
Nanəcibdən heç vaxt adam olmayıb.
Açılıb pərdələr,namus qalmayıb.
Süfrə yalamaqla qarın doymayıb.
Dərk edib qanmayır,ha yana gedir?
Həqiqət dillərə yatmayır nədən?
Dövlətin olmasa,keçməyir hədən.
Abırmız,həyamız gedibdir əldən.
Bu dünya baş alıb ha yana gedir?
Dəyişib el,oba,itib ləyaqət.
Qalmayıbdır insanlarda sədaqət.
Unudublar,yaddan çıxıb səxavət.
Bu dövran çevrilib,ha yana gedir?
Yazıq Rövşən,alan yoxdur məsləhət.
Axtarıb heç yanda gəzmə mərhəmət.
Bir-birinə quyu qazır bu millət.
Azıb yollarını,ha yana gedir?
EYLƏYƏCƏK
Sevgi atəşinə yananlar bilər.
Dərdini,qəmini ürəkdən silər.
Deyəndə sevənlər danışar,gülər.
Götürüb sözünü söz,eyləyəcək.
Ala gözlü,şirin dilli o,göyçək.
Yanağı qönçədir,əlində çiçək.
Deyəndə:-toy edək evmizə köçək.
Yandırıb qəlbini köz,eyləyəcək.
Hər çiçəkdən,bircə dənə üzərəm.
Gəldiyi yollara güllər düzərəm.
Qızıl alıb,brilyanta bəzərəm.
Yenə də dinməyib göz,eyləyəcək.
Ləli,cavahiri alıb taxasan.
Mirvarini yaxasından asasan.
Verib imarəti,sonra baxasan.
Bu zalım qızına az,eyləyəcək.
Səhər tezdən o,gözünü siləcək.
Süfrə üstə nazu-nemət düzəcək.
Gözünün altından baxıb güləcək.
Süzdüyü çayı da buz,eyləyəcək.
Rövşənin,dərdindən gözləri dolsa,
Yolumda can verib,divanə olsa,
Hicrandan sifəti saralıb,solsa,
Yenə də keçəndə naz,eyləyəcək.
ORDADI
Aman aşıq,götür sazı çal görüm,
Ömrüm,günüm ruh,nəfəsim ordadı.
Sədəfli sazınla dərdimi bölüm.
Minbir dərdin bir dərmanı ordadı.
İncimə,başına dolanım,gəlim.
Mizrabı vur,pərdələri say görüm.
Çalanda yanımdan yan keçir ölüm.
Taciriyəm,var,dövlətim ordadır.
Sevinirəm,Borçalıya gələndə.
Vüqarımdır el danışıb,güləndə.
Saz ilə məclisə aşıq girəndə.
Gözləyirəm,din,imanım ordadır.
Bilin:-heyranıyam çiçəkli yazın.
Bulaqlar üstündə gözəl avazın.
Rövşənəm, əzəldən bu telli sazın.
Vurğunuyam, ləl, gövhərim ordadır.
ZiM.Az
.
Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.