anadan olub.
1980-ci ildən Sumqayıt şəhərində yaşayır.
1989-cu ildə orta məktəbi bitirib və elə həmin ildə də Azərbaycan Politexnik İnstitutunun (indiki Azərbaycan Texniki Universitetinin - AzTU-nun)
Maşınqayırmanın texnalogiyası fakultəsinə qəbul olub.
1990-1992-ci ildə hərbi xidmət borcunu
şərəflə yerinə yetirib.
Sonra ali təhsilini davam etdirib.
1995-ci ildə AzTU-nu müvəffəqiyyətlə bitirib.
Hazırda bizneslə məşqul olur.
Ailəlidir. İki övlad atasıdır.
Müşviq Bayramov Vətəninə, elinə çox baglı bir insandır.
Hələ uşaq yaşlarından saza-sözə, şeirə böyük maraq göstərib.
Məktəbdə oxuduğu illərdən özü də şeirlər yazmağa başlayıb.
Şeirləri müxtəlif mətbuat orqanlarında, o cümlədən, "Zirvə",
"Sazlı-sözlü Başkeçid", "Sazlı-sözlü Borçalı", "Canım Azərbaycanım" adlı poeziya antalogiyalarında və ədəbi məcmuələrdə çap olunur.
Bir neçə dəfə fəxri fərman və mükafatlarla təltif olunub.
Biz də aşağıda Müşviq Rafael oğlunun bir neçə şeirini ZiM.Az-ın dəyərli oxucularına təqdim edir,
ona uzun ömür, möhkəm cansağlığı, şəxsi həyatında, biznes fəaliyyətində və yaradıcılıq işlərində
yeni-yeni uğurlar arzulayırıq!..
ZiM.Az
Bülbülümün
Çöhrəsində min rəng çalan,
Naxışı var bülbülümün.
Ahəngiylə canlar alan,
Var sədası bülbülümün.
Şux duruşlu süzməyi var,
Oğrun-oğrun güdməyi var.
Tər ətirli olsada yar,
Var ədası bülbülümün!
Hər çiçəyə nəğmə deməz,
Sevgilisin heç vaxt üzməz.
Laləsinə ar gətirməz,
Var vəfası bülbülümün!
Titrək səalə haylar yarı,
Etməz heç vaxt ahu-zarı.
Lalə pozsa etibarı,
Var cəfası bülbülümün!
Sevgi
Hər adam sevməyi bacara bilməz,
Sevənin dağ boyda ürəyi olur.
Gecəni sübhədək yata da bilməz,
Xəyalı gözündə canlanmış olur.
Hər sözü qəlbində nəğməyə dönər,
Zümzümə etdikcə qəlbin sevinər.
Ruhunu görməsən xəyalın ölər,
Aləm gözlərində zülmətə çönər.
Tutarkən məşuqin incə əlini,
Duyarsan ürəyin titrək səsini.
Hiss etsən bədənin hərarətini,
Unuda bilməzsən təravətini.
Ulduza bənzədib, ayım deyərsən,
Səmanı özünə məkan seçərsən!
Hərdən oğrun-oğrun gülümsəyərsən,
Xəyallar içində itkin düşərsən!
Birdə görərsən ki açılıb səhər,
Başın dumanlıdır, özün birtəhər.
Yuxusuz gecəni sən sübhə qədər,
Dolub boşalarsan gözündə qəhər.
Sevginin qüdrətin hiss elədikcə,
Ürəyin çırpınar sakit-səssizcə.
Vüsala çatmaqçün bir gün, bir gecə,
Arzular qurarsan incədən-incə!
Beləcə həyatın nağıla dönər,
Orda cüt aşiqlər yaşayar təkcə.
Sevgiyə bələnən sevinsdən gülər,
Ən ülvü duyğudur sevilmək məncə.
Ümid daş altdakı başlarda qalıb
Nahaq dünyasında ədalət gəzən,
Nura həsrət qalar, gözü kor olar.
Açılan sabahlar toranlıq bəzən,
Bəzən də açılmaz qaranlıq olar.
Ədalət axtarıb düşmə izinə,
Zülmətli tuneldir bu yolun sonu.
Bilmirdim deyərsən döyüb dizinə,
Zülmət dediyimdə bir ömrün sonu!
Sındırıb bu həyat mərd oğulları,
Bəy edib qeyrəti bil sınmışları.
Aslana tay tutub boz çaqqalları,
Bəhməz tək yedirib cod yalanları!
Papağı qoymağa başlar azalıb,
Düşünən başlar da daş altda qalıb.
Ümid daş altdaki başlarda qalıb.
Daşı da bir namərd əlinə alıb.
Kişilik gözləmə həna qoyandan,
Üzünü boyayıb kişi olandan.
Müşviq narazısan doğulan andan,
Haqqın tapdalanıb boğulan andan.
Dost zərbəsi
Nə qədər zərbələr düşməndən aldım,
Qəlbimdə bir ağrı, acı duymadım.
Hər oxdan yaramı sağalmış sandım,
Naqis zərbəsinə heç sarsılmadım,
Önündə heç kəsin bir an sınmadım!
Dostumdan ilk zərbə aldığım zaman,
Həyat gözlərimdə qaranlıq oldu.
Baxdım ürəyim də sızlayır yaman,
İnam, gümanlarım viranlıq oldu,
Yüz illik etibar bir anlıq oldu.
Çox cəhdlər etsədə düşmənim mənim,
Qəlbimi nişanə ala bilmirdi.
Atdığı oxlarda özünə qənim.
Sıyrılıb keçirdi çox vaxt dəymirdi.
Qəddimi yarası inan əymirdi!
Dostum zərbəsini düz tuşlamışdı,
Kürəkdən qəlbimi nişan almişdı.
Tiyəsin insafsız elə sancmışdı,
Əyilməz dizlərim titrədi o an,
Belimi sındlrdı bu zərbə yaman!
O yara sağalmaz irin olurmuş,
Nədən duymadı ki, dərin oyurmuş.
Qəlbimdə öz yerin o, boş qoyurmuş.
Sarsıldl illərə bağlanan güman.
Gümanla birlikdə ağladı zaman!
Bacımız
Biz üç qardaş artıq böyümüşdük.
Atam qohumlardan kiminsə yas mərasiminə getmişdi.
Orada mərhumun qızının atasına necə dil deyib ağlamağını görüb və bu atama çox təsir edib.
Bu zaman qərara alıb ki, mənim də qızım olacaq...
Üç qardaşın ürəyinin bir simi,
Şirin dilli bir bacımız var bizim.
Gec də olsa atam qırmış tilsimi,
On üç ildir aramızda fərq bizim.
Çox ərköyün böyütmüşük əzəldən,
Qorumuşuq bəd əməldən, nəzərdən.
Fərqi yoxdur heç huridən, mələkdən
Göz oxşayan lalə, nərgiz çiçəkdən.
Qoyulubdur nəzir, niyaz yolunda,
Hara getsə həm sağında, solunda.
Can güdəni biz olmuşuq yanında,
Sipər olduq bacımızın yolunda.
İndi həmən o yeganə bacımız,
Saçın yolar olsa bizim acımız,
Şirin olub Allah verən payımız.
Çoxda olsa aramızda fərq bizim,
Hurimələk bir bacımız var bizim.
Arzu
Mənim bir arzum var, o da ki sənsən,
Sevincə boyanar ömrümə gəlsən.
Arzum da gül açar üzümə gülsən,
Bircə kəs sevirəm sözünü desən.
Səndən ayrılmaq heç mümkün deyil
Ayrılıq kəlməsin dilə gətirmə
Ruhum da qəlbini tərk edən deyil
Vüsala gəl yetir, belə öldürmə.
Dumanı çəni də ötürmək olar
Sevgimə bələnsə, o qəlbin sənin.
Rəhmini bol eylə sevgilim nolar
Ümüdim qalmasın röyana sənin.
Çəkilmiş olsam da min bir sınağa
Hicranından acı sınaq görmədim
Bəlkə onun üçün gəldim qınağa
Həsrətindən yandı canım inlədim.
Yaralı qəlbini gülşən edərəm
Rənglərə boyaram əlvan edərəm
İstəsən ömrümü qurban edərəm
Sənsiz yaşamaram yəqin ölərəm.
Arzular gecələr üzümə gülür
Yenə xəyal kimi gəlib önümə,
Çılğın gülüşüylə üzümə baxır.
Vicudu elə bil hopub gözümə,
Gözümdən süzülüb qəlbimə axır.
Nələr oxunmur ki, göz aynasında,
Yandırıb yaxmağı var baxışlnda.
Vuruldum bir qaşla göz arasında,
Bu eşqin sehri var hər naxışında.
Gecələr mələk tək girib qəlbimə,
Şirin bir laylayla ovudur məni.
Beləcə çıraqdır ölməz eşqimə,
İllərdir bu sevgi yaşadlr məni.
Bircə gün röyama gəlməz olarsa,
Sanaram o gecə yatmamışam mən.
Bircə an könlümdə rəsmi solarsa,
Sanaram heç sevgi dadmamışam mən.
Bax belə qovuruq illəri bir-bir,
Nə röyam tükənir, nə sevgim ölür.
Düzgün qılmadıq ki, bu eşqə tədbir,
Arzular gecələr üzümə gülür.
Müşviq Rafaeloğlu.
20.06.2020
Eşqə dönəndə
Əziz və dəyərli qardaşım,
Müşviq Rafaeloğlunun
"Arzular gecələr üzümə gülür" şeirinə nəzirə
Həyat başdan başa röya ya bənzər,
Elə bil üstümə səpələnib zər,
Bəzən dalğalanan o, mavi Xəzər,
Bizə yuxu kimi gəlir görsək də.
Öyünən eşqin də sınar qanadı,
Ölməzdir qəlblərdə yaşadır adı,
Gör neçə aşiqi həyat sınadı,
Acısı göynədir eşqi öysək də.
Çıxmayır acısı dərd qəlbimizdə,
Yollar haçalıdır kor eşqimizdə,
Axtarır arayır, qəm gözümüzdə,
Nə fayda xəyalən yar görüşsək də.
Röyada nar verdim yarın əlinə,
Eşqin nişanəsi düşdü könlünə,
Sanki bülbül qondu qızıl gülünə,
Sadə röya idi vəcdə gəlsək də.
Bir röya görmüşəm yar otağımda,
Aşiqlər görüşər eşqin bağında,
Mənə həyat verən o xoş çağında,
Yuxuya dönürmüş sevib sevsək də,
Şəhlayam nə fayda eşqə dönsək də.
Şəhla Xəlilqızı (Bayramova)
21.06.2020
ZiM.Az
.
Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.