Heyran Bünyadzadə: "Haydı, irəli!.."

Heyran Bünyadzadə: "Haydı, irəli!.." Heyran Bünyadzadə əslən Bakılıdır.
Orta məktəbi də elə Bakıda bitirib.
2019-cu ildə Azərbaycanda keçirilən Bələdiyyə seçkilərində namizədliyi irəli sürülmüş və iştirak etmişdir.
Rəssam, karikaturaçı, esse, hekayə və şerlərini müəllifidir.
Alpinizmlə idman növüylə, aikido ilə məşğul olub.
Ərəb və fars dilində Quran oxuyur.
Vətənpərvərdir. Xeyirxahdır.
Xeyriyyə işlərində fəal iştirak edir.
Gənc olmasına baxmayaraq xəstələrə, əlillərə, imkansızlara dəstək olur.
Biz də Heyran xanıma yeni-yeni uğurlar arzulaylr və aşağıda onun bir neçə şeirini ZiM.Az-ın dəyərli oxucularına təqdim edirik.

ZiM.Az


Haydı, irəli, AZƏRBAYCAN!

Tovuz rayonu dilə gəldi,
İgidimiz mərd, hünərli,
Şəhidliyi bilə gəldi.
Azərbaycan, Tovuz rayonu
Düşmənlərə sinə gərdi.
Gen qaçmayıb haydı irəli,
Qırdı düşmən əsgərlərin.
Haydı, irəli, Azərbaycan!
Səsləyər zilə gəldi.
Düşmənə nifrət, intiqam,
Bəsləyərək dilə gəldi.
Şəhidlərin qalmaz qanı,
Hücum vaxtı, axan qanı
Haydı, irəli, Azərbaycan!


ADI ŞƏRƏFLİ ŞƏHİD

Vətən üçun ölməyə,
Haqq yolunu getməyə,
Şanlı şərəfdi şəhid,
Adı şərəfli şəhid.
İki sevgi var yenə,
Biri ana, biri vətən.
Bu sevgini bölməyə,
Adi şərəfli şəhid.
Urəkdə Fərəh şəhid,
Xalqa gərəkdir şəhid,
Qolda bilməkdir şəhid,
Adı şərəfli şəhid.

***

Torpaq... vətən olur
şəhid qanıyla,
Şəhidlik zirvədir
uca adıyla,
Millətin tarixə
qəhrəman yaddaşıyla,
Həkk edir adını elə
şəhidlər.

***

Getdi igid cavanlar,
Qurda, quşa yem oldu.
Qaldı ayaqlar altda,
Parçalanan torpaqlar.
Torpaq səndən nə istər,
Ürək istər, can istər.
Yolunda qurban gedən,
İgid qəhrəman istər.
Ağla, millətim, ağla,
Yas tutub qara bağla.
Kədəri qəm üstünə,
Dərdi qəm, sinə dağlar.
Gözü yaşlı analar,
Yetim qalıb balalar.
Ogulsuzdur atalar,
Balaların itirib.
Ahıl yaşlı babalar,
Ürək dözmür qanağlar.
Əsrlərlə kin saxlar,
Ağla, millətim, ağla.
Minlərlə şəhid verən,
İgid ərənlərimiz.
Yeriniz cənnət sizin,
Vətən fədailərimiz.

ŞƏHİD ANASI

Şəhid anası,
Qeyrət qalası,
Şirin balası,
Ata balası,
Şəhiddir bu gün.

Döyüşdə mərddir,
Qorxmaz cömərddir,
Hünərdir, Ərdir,
Şəhiddir bu gün.

Son qətrə qanın,
Qürur vicdanın,
Bayrağın andın,
Sonuna qaldı
Şəhidlik aldın.


Şəhiddir atam mənim !

Qələnfíllər düzülmüş,
Atamın qəbri üstə.
Ağlama anam mənim,
Göz yaşını sil, bacım,
Şəhiddir atam mənim.

Haqqı nahaqqdan seçən,
Oddan, alovdan keçən,
Xeyiri şərdən seçən,
Bayrağına and içən,
Şəhiddir atam mənim.


Türk qalxsın bayrağın uca zirvəyə!..

Türk, qalxsın bayrağın uca zirvəyə,
Ucal yüksəklərə dağa, zirvəyə.
Qardaş, can bir sirdaş ölkəyə,
Səslənsin ucadan dilindən Sənin,
Azərbaycan...can deyən dilindən Sənin.
Türk qalxsın bayrağın uca zirvəyə!..

***

Yazılarımla toxundum qəlbə,
Sözlərdən toxudum dairə həlqə,
Dünya müsəlmanları verin ələ-ələ,
Torpağı almağa düzülün cərgə.
Həlqənin mənası birlik yaratmaq,
Ölübsə yenidən dirilik yaratmaq,
Düşmənin niyyəti bircə şər atmaq,
Bizimsə borcumuz: qəddar düşmənin
Dilini boğazından dartıb çıxartmaq!...


ZiM.Az

.
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Rəy yazın: