Kürdəmir rayonunun Yenikənd kəndində
dünyaya göz açıb.
Müəllimədir.
Həm də istedadlı şairə kimi tanınır.
"Mən sənin ömründə payız fəsliyəm" və "Sən öyrətdin" adlı iki şerlər kitabı işıq üzü görüb.
Biz də aşağıda hörmətli Yadigar xanımın bir neçə şeirini dəyərli oxucularımıza ərmağan edir və ona
şəxsi həyatında, pedaqoji fəaliyyətində və
bədii yaradıcılığında yeni-yeni uğurlar arzulayırıq!..
ZiM.Az
Sevməyi öyrədən kəsim
Sevməyi öyrədən kəsim,
Sevən darıxar demədin.
Mən yanında olmayanda,
Qəlbin karıxar demədin.
Demədin sən məhəbbətin,
Müsibət adlı üzü var.
Günəş kimi yanar odu,
Qəlbinə düşən közü var.
Ay məni məndən edən kəs,
Dedin ki, sevgi nəfəsdir.
Nəfəsimi alıb getdin,
Can yerim quru qəfəsdir.
Öyrətdin özünə yaman,
Sevgi də qəm var demədin.
Baxışının alovunda,
Bir az da nəm var demədin.
Ay qəlbimi köz edənim,
Ətirlən külək gətirsin.
Könlümə dolsun nəfəsin,
Nolar həsrəti götürsün.
Adamı belə sevməzlər
Adamı belə sevməzlər,
Bu sevgi adam öldürür.
Dərdi könlünə cəm edir,
Başının üstə döndürür.
Bu nə xöşbəxtlik yuxusu,
Alır gözümü qorxusu,
Gəlməsə yarın qoxusu,
Adamı həsrət öldürür.
Bəzən külək də gətirməz,
Yar ətrin yara yetirmər ,
Hər eşqi vüsal bitirməz
Ruhu müsibət öldürür .
Tellərinə əlim çatmır,
Başımı şerin də qatmır,
Ürəyimə heç nə yatmır,
Bu yazı, qismət öldürür.
Adamı belə sevməzlər
Bu sevgi adam öldürür...
Yıxıldım
Bir baxışa əsir oldum nə vaxtdır,
Alovunun közü üstə yıxıldım.
Ümüdlərim tutduğun yer qırıldı,
Ürəyimin üzü üstə yıxıldım.
Bulud oldu hey könlümdə ağladı ,
Eşqin odu gözlərimi dağladı,
Ürəyimdə eşq qapısın bağladı,
Bircə kəlmə sözü üstə yıxıldım.
Baxışları yıxdı könül evimi,
Yandırdı köz etdi sevgi dilimi,
Hara əl atdım boş çıxardı əlimi,
Fələk vurdu dizi üstə yıxıldım.
Əvvəlindən gətirmədi olmadı
Yağış olub bir buluda dolmadı
Bir sevgi ki əllərimdə qalmadı
Mən də eşqin gözü üstə yıxıldım.
Eşq nağılı
Həsrət boğur deyənmirəm dərdimi,
Bu həsrətin hər gün əyir qəddimi,
Bacarmıram kecəm könül səddimi,
Bulud ağla, mən də sənə qarışım,
Eşq nağlımı yağışınla danışım.
Necə vaxtdır qonağıyam yuxunun,
Əsiriyəm mənə gələn qoxunun,
Diz çökürəm buludların çoxunun,
Bulud ağla yağışına qarışım,
Eşq nağlımı yağışınla danışım.
Uzadıram əllərimi çatmıram,
Həsrətindən gecələŕi yatmıram,
Əzabını ürəyimdən atmıram,
Bulud ağla yağışına qarışım,
Eşq nağlımı yağışınla danışım.
Sən ətirlən külək alıb gətirsin,
Bu həsrəti ürəyimdən götürsün,
De göylərə hicranımı bitirsin,
Bulud ağla yağışına qarışım,
Eşq nağlımı yağışınla danışım.
Kimsə duymaz ürək ağrımı,
Eşq odunun yandırdığı yanğımı,
Çəkə bilməz kimsə könül qayğını,
Bulud ağla yağışına qarışım,
Eşq nağlımı yağışınla danışım.
Baxışlarım gözlərinin əsridi,
Məhəbbətim eşq nağlımın kəsridi,
Yadigar da sənə tanrı nəzridi,
Bulud ağla yağışına qarışım,
Eşq nağlımı yağışınla danışım.
ZiM.Az
.
Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.