Vətən sevdalısı, eşqin var olsun!

Vətən sevdalısı, eşqin var olsun!Sən ey qüdrətiylə tarixlər yazan,
Şərin, xəyanətin qəbrini qazan,
Zalımın üstünə şir kimi gedən,
Zülmün yuvasını yerlə bir edən,
Şanlı sərkərdəmiz, ey böyük hünər!
Ölməz qəhrəmanlıq, ölməz igidlər!

Axsın Qarabağın gur bulaqları,
Günəşdən tac qoysun Şuşa dağları,
Dönsün gülüstana Vətən torpağı,
Ucaltdın göylərə şanlı bayrağı!
Vətən sevdalısı, eşqin var olsun!-
Gələn nəsillərə yadigar olsun!

Qoy Ruhu şad olsun Ata Heydərin,
Dünyaya səs saldı böyük hünərin!
Ey şanlı sərkərdəm! Gün gələcəkdir
Heykəlin Şuşada yüksələcəkdir!
Polad yumruğunu qaldırıb göyə:
"Yaşasın bu millət, bu Vətən!"-deyə
Zəhərli ilanın əzdin başını,
Dünyaya göstərdin haqq savaşını!
Yaşa, Heydər oğlu İlham, min yaşa
Hünərlə baş-başa, xalqla baş-başa!

Cavidan
AYB üzvü, Prezident mükafatçısı

ZiM.Az


.
Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Rəy yazın: