Ümmü SÜLEYMANOVA: "Səninlə yüksəlir köksümdə qürur..."

Ümmü SÜLEYMANOVA: "Səninlə yüksəlir köksümdə qürur..." Ümmü İsmayıl qızı Süleymanova
- 1965-ci ilin aprelin 1-də
qədim Şəki rayonunun
Baş Göynük kəndində
ziyalı ailəsində anadan olub.
1983-cu ildə Azərbaycan Dövlət Pedaqoji İnstitutunun
(indiki Azərbaycan Dövlət Pedaqoji Universitetininin)
riyaziyyat fakültəsinə qəbul olub.
1988-ci ildə ali məktəbi müvəffəqiyyətlə bitirib.
Doğma Bas Göynuk kəndindəki
2 nomrəli tam orta məktəbdə
pedaqoji fəaliyyətə başlayıb.

1996-ci ildən Şəki şəhərindəki 14 nömrəli
tam orta məktəbində riyaziyyat müəllimi işləyir.
Ailəlidir, 4 övladı var.
Ümmü İsmayıl qızı hələ gənc yaşlarından həm də
fəal ictimaiyyətçi kimi tanınır və eyni zamanda,
bədii yaradıcılıqla məşqul olur.
Şeirləri, hekayələri və esseləri həmişə oxucular tərəfindən
böyük maraqla qarşılanır.

Biz də hörmətli Ümmü xanıma həm pedaqoji, həm də ictimai fəaliyyətində, eləcə də, bədii yaradıcılığında yeni-yeni uğurlar arzulayırıq!.. Fürsətdən istifadə edərək, onu həm də qarşıdan gələn doğum günü münasibətilə ürəkdən təbrik edirik və aşağıda Ümmü xanımın bir neçə şeirini dəyərli oxucularımıza təqdim edirik!
ZiM.Az


Ümmü SÜLEYMANOVA: "Səninlə yüksəlir köksümdə qürur..." BAYRAĞIM

Qurban üç rənginə, ay-ulduzuna,
Dalğalan, od sal düşmənin canına.
Müstəqillik bəxş etdin oğul qızıına,
Dalğalan Bayrağım, Qarabağımda!

Səninlə yüksəlir köksümdə qürur,
Üç rəngli modelin sinəmdə durur.
Möhtəşəm görüntün düşmənı vurur,
Dalğalan bayrağım, Qarabağımda!

Vətənim, torpağım səninlə yaşar,
Sığmaz hüdudıara, dünyaya daşar.
Xainlər, düşmənlər heyrətdən kaşar,
Dalğalan bayrağım, Qarabağımda!

Qarabağdan irəli qaçarcasına,
Şəhidin qanı ilə coşarcasına,
Sonsuzluğa qədər yaşarcasına,
Dalgalan Bayrağım Qarabağımda!!!


ZAFƏR MARŞI

Zor günlər yaşadıq, acılar gördük.
Savaş meydanında, dözümü ördük.
Əyiilmədik bir an, zulmün önündə,
Arxadan vuran düşmənlər gördük!

Biz meydan oxuduq, yağmura, selə,
Sahib çıxdıq, əsir torpağa-elə.
Yerini göstərdik pis-yadelliyə.
Al rəngin üstündə, ay-ulduz gördük.

Qanla yazılırkən, zəfər marşımız,
Yanağı islatdı, sevinc yaşımız.
Birləşdik, alınmaz oldu qarşımız,
Sonunda ən şanlı, zəfəri gördük.

İndi torpağında, yatan qəhrəman!
Zəfəri qanıyla, yazan qəhrəman!
Vətənın nəbzındə, atan qəhrəman!
Sayənizdə, qəti qələbə gördük.


Ümmü SÜLEYMANOVA: "Səninlə yüksəlir köksümdə qürur..."Ay XUDAYAR!

Anadan, qardaşdan, evindən kecdin,
Mūqəddəs torpağı, Vətəni secdin,
Şəhidlik şərbətin bal deyib icdin,
Ömrūn baharında yağdı boran-qar,
Can qurban, canına ay Xudayar.

Döyūşə gedəndə gūldū ūzūnūz,
Dūşməni qılınctək, böldū sözūnūz,
Bu Vətəncūn,torpaq ūçūn öldūnūz,
Etdiniz dūşməni bu dūnyada xar,
Dillərdə döndūn dastana, ay Xudayar.

Bahar növrağını soldurdun qışda,
Əks oldun əbədi ,hər bir baxışda,
Zəfər yūrūşūndə bu cavan yaşda,
Verdi arzuların necə gözəl bar,
Ucaldın ucalığa, ay Xudayar.

Yastığın daş idi, yorğanın yarpaq,
Qeyrət sinvoluydu başında papaq,
Qanınla paklandı, bu ana torpaq,
Zəfər tarixində imzan-adın var,
Elimin qūrurusan, ay Xudayar.

Yandırsan da alovunda, közūndə,
Dağa döndūn el-obanın gözūndə,
Cənnət nuru təcəllahdır ūzūndə,
Etsək də nə qədər fəqan,ahu-zar,
İgidliyin təsəlli, ay Xudayar.

Sanıramki aşikar yox, yuxuydun,
Varlığınla min yağıdan çox idin,
Son nəğməni Qu quşutək oxudun,
Vətənə sevgini sən eylədin car,
Ūrəklər dağladın, ay Xudayar.

ELNURUM! Ümmü SÜLEYMANOVA: "Səninlə yüksəlir köksümdə qürur..."

(Qazi Elnur Rəsulovun anasının dilindən)


Ətrini duyuram burnumda hər an,
Dilimdə dualar, əlimdə quran,
Yaralandın, yuxumda oldu əyan,
Döyūşdə Aslanım, nərim Elnurum!

Canımı canına, qurban dedim mən,
Səninlə döyūndū,odlandı sinəm,
Əlim də catmayır, başına dönəm,
İgidim, ərənim, ərim Elnurum!

Qūrurum, ümidim, vūqarım mənim,
Aldığım nəfəsim, ruhum, bədənim,
Hər addım yağıya kəsildin qənim,
Döyūşdə Tərlanım, tərim Elnurum!

Ağ etdin obanın-elin ūzūnū,
Döyūş meydanında qoydun izini,
Anam deyib qurban verdin özūnū,
Oğullar içində fərim Elnurum!


KAŞ Kİ....

Dünyaya gəlməyən, gələndən xoşbəxt,
Nə xoşbəxt oldum, nə də ki bədbəxt!
Keçir ömrümdən, qara-qalın xətt!
Fələk qüssə-kədərimə, tökübdür dən,
Kaş ki, bu dünyaya gəlməyəydim mən!

Asiman yatağa ömürlük dustaq,
Günahı nə idi, budur, ədalət-haqq?
Allah köməyi olsun, dursun dayaq!
Həyat gözlərində duman, çiskin, çən!
Kaş ki, bu dünyaya gəlməyəydim mən!

Yarı yolda qaldı, taleyim-bəxtim,
Qaraldı ocağım, yıxıldı təxtim.
Beynimdə dolaşır, canıma qəsdim,
Çox uzaq olsa da, Qurandan-dindən!
Kaş ki, dünyaya gəlməyəydim mən!

Yarsız-yoldaşsız, yaşamaq deyil ki...
Sanki yetim uşaq, onu bilin ki...
Arzum, kimsə mən kimi deməsin ki;
Kam ala bilmədim, yardan-sevgidən,
Kaş ki, bu dünyaya gəlməyəydim mən!

Bu qədər, imtahan, sınaqmı olar?
Məgər yaratdığını tanımır Allah?
Alın yazımda, çox qara rəng, çalar;
Qışqırmaq istərəm, ən uca səsdən,
Kaş ki, bu dünyaya gəlməyəydim mən!

Nankor deyiləm, şükür Allahıma,
Dünən, bu gün, açılan sabahıma.
Tanrı kömək olsun, balalarıma,
Həyat çox gözəldir, hər şeyə rəğmən,
Yaxşı ki, bu dünyaya gəlmişəm mən!


ƏLLƏRİN ÜŞÜYƏR Ümmü SÜLEYMANOVA: "Səninlə yüksəlir köksümdə qürur..."

Bir gecə vaxtıydı dayandı zaman,
Dilsizdi hərşey, elə tək qaldım o an!
Sanki ulduzlar getdi səmadan,
Ay gizləndi buludların arxasında,
Qaçdılar məndən, soruşum nədən deyə?
Mən ağlamadım, yox ağlamadım.
Qaranlıqlar ağladı mənim yerimə,
İki damla yağmur damlasıydı,
Yanağımdan sızıb; ürəyimə axan;
Ruhum idi yüksək-yüksək bağıran...
Qədərmi? Yox qədər demə mənə.
Allah qədər yazır; pozandı insan!
Gecələr ortaq oldu dərin kədərimə,
Üşüyər əlin, bir toxunsan ürəyimə.

Ümmü SÜLEYMANOVA,
Şəki şəhəri
14 nömrəli tam orta məktəbin
riyaziyyat müəllimi


ZiM.Az


.
Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Rəy yazın: