TAHİRƏ MƏMMƏDOVA (ŞUŞALI)

TAHİRƏ MƏMMƏDOVA (ŞUŞALI) Tahirə Məhi qızı Məmmədova - 27 iyun 1947-ci ildə
qədim Şuşa şəhərində anadan olub.
1965-ci ildə Şuşadakı Nəcəf bəy Vəzirov adına 2 nömrəli
rus orta məktəbini müvəffəqiyyətlə bitirib.
1965-1970-ci illərdə M.F.Axundov adına Azərbaycan Dövlət Rus dili və Ədəbiyyatı İnstitutunda (indiki Bakı Slavyan Uni­ver­sitetində) ali təhsil alıb.
1970-1972-də Beyləqan rayonundakı 1 nömrəli orta məktəbdə
rus dili və ədəbiyyatı müəllimi işləyib.
1972-1974-cü illərdə Azərbaycan Dövlət Pedaqoji İnsti­tu­tun­da
(indiki ADPU-da) baş laborant vəzifəsində çalışıb.
1974-1981-ci illərdə Sabirabad rayonundakı M.Müşfiq adına
4 nömrəli orta məktəbdə rus dili və ədəbiyyatı fənnlərini tədris edib.
1983-1988-ci illərdə Respublika Tikinti Komitəsində Həm­kar­lar Təşkilatının sədri vəzifəsində çalışıb.
1988-1997-ci illərdə Bakının Nəsimi rayonundakı 5 nömrəli or­ta məktəbdə baş müəllim, 1997-2007-ci illərdə M.F.Axundov adına Azərbaycan Dövlət Rus dili və Ədəbiyyatı İnstitutunda (indiki Bakı Slavyan Universitetində) yenə də baş müəllim işləyib.
2005-2007-ci illərdə “Vahid Azərbaycan” qəzetində Baş redaktorun I müavini vəzifəsində çalışıb.
2007-ci ildən Azərbaycan-İraq Mədəni Əlaqələr Cəmiyyətinin sədridir. Azərbaycan-İraq Mədəni Əlaqələrinin inkişafında böyük xidmətləri var. Fəal ictimai xadim kimi böyük hörmət və nüfuz sahibidir. 3 böyük layihəsi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası tərəfindən maliyyələşdirilib.

Şuşanın 270 illiyinə həsr olunmuş "Güllələnmiş və qətl edilmiş Qarabağ mədəniyyəti" adlı sənədli filmin ssenari müəllifi və layihə rəhbəridir.
"Qarabağ dünən və bu gün" adlı kitabı Azərbaycan, rus və inqilis dillırində çap olunub.
"Qızıl qələm" media mükafatı laureatıdır
Bir neçə dəfə Fəxri fərman və diplomlarla təltif olunub.
Tahirə xanım həm də bədii yaradıcılıqla da məşqul olur.
Poeziyaya həvəs onun qəlbində hələ uşaq yaşlarından baş qaldırıb, gənclik illərində isə daha da pərvazlanıb, qol-qanad açıb. Yaradıcılığında vətənpərvərlik mövzuları daha çox üstünlük təşkil edir.
Şeirləri "Zirvə", "Canım Azərbaycanım", "Sazil-sözlü Borçalı", "Ləlvər dağı", "Şah dağı" poeziya antologiyalarında, həmçinin, "Poeziya çələngi" və "Buta" ədəbi məcmuələrdə, "Yurd" jurnalında, "Şərqin səsi", "Ziya", "Həkəri" "Elm və təhsil" qəzetlərində, eləcə də, "ZiM.Az", "Zirve.info", "Borcali.org" saytlarında dərc olunub.
Biz də hörmətli Tahirə xanıma yeni-yeni uğurlar arzulayırıq
və aşağıda onun bir neşə şeirini dəyərli oxucularımıza təqdim edirik.

ZiM.Az



ŞUŞA TAHİRƏ MƏMMƏDOVA (ŞUŞALI)

Könlüm pıçıldayır bu sətirləri,
Qəm qoxur ömrümün sənsiz illəri,
Sinəndə üşüyən xatirələri,
İndi bircə-bircə yoxlaram Şuşa.

Duam can olubdu göyün üzündə,
Həniri qalırmış solmuş közündə,
Yenə seyrə çıxıb Cıdlr düzündə,
Səni çiçək-çiçək qoxlaram Şuşa.

Durub keşiyində ərən oğullar,
Qələbə nəğməsi oxuyur yollar,
Nə qədər ömrümün təravəti var,
İsa bulağı tək çağlaram Şuşa.

Sevinir qəlbimin harayı, ünü,
Şükür, gözlərimdə gördüm bu günü,
Üç rənğlı bayrağın təbəssününü,
Üzündə əbədi saxlaram Şuşa.


ƏSGƏRİM

Titrədi nərədən Şuşa dağları,
Əhsən bu hünərə, əhsən əsgərim,
Qovdunuz yurdumdan siz yağıları,
Vərən hayına yetən əsgərim.

Qalxdınız sıldırım gayalarla Siz,
Sizi qorxutmadı nə ölüm, nə gan,
Keçdiniz huçuma səssiz,səmirsiz.
Keçdi çanından neçə gəhraman.

Topxana meşəsi səngərə döndü,
Bir qala qurdunuz Çıdır düzündə,
Düşmənin beli gırıldı,oçağı söndü,
Təzə qünəş doğdu bu yer üzündə.

Yayıldı dünyaya şan-şöhrətiniz,
Bir dəstan yazdınız hünərinizlə,
Döndü bir tarıxə bu qeyrətiniz,
Boğdunuz düşməni öz əlinizlə.

Girdiniz döyüşə topsuz, tüfəngsiz,
Yarıldı yağının bağrı qorxudan,
Düşməni yerində oturtdunuz siz,
Dünya buhünərə olubdu heyran.

Alqış bu hünərə qəhramanlığa,
Aldınız Şuşamı düşməndən geri,
Siz sahib çıxdınız doğma torpağa,
Siz azad etdiniz doğma şəhəri.
10.12.2020


TƏNHA AĞAC

Salam tənha ağac sən bu çöllərə
Hardan gəlmisən, necə bitmisən?
Nədən ayrılmısan dostdan, tanışdan
Elindən, obandan niyə itkinsən?

Günəş yandıranda tənha köksünü,
Sənə kömək edən dostların hanı?
İstidə, soyuqda sən darılanda
Hanı yaxınların qoruya səni?

Arxa biləcəyin, dost biləcəyin
Sevib gözlədiyin şölə de varmı?
Ürək deyəcəyin, can deyəcəyin
Kimsəsiz bir bağban de sənə yarmı?

Gəlmışəm dostlaşaq iki dost kimi
Tənhalıq bilmirəm necə həyatdı.
Sazında olmayır axı bir simi
İnsana güc verən qoldu, qanatdı.

Gəlmışəm dərdinə şərik olmağa
Dayanaq yan-yana,verək əl ələ
Arxadı həmişə vallah dağ,dağa
Gəlmışəm dərdləşək indi səninlə.

ZiM.Az


.
Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Rəy yazın: