Doğum gününüz mübarək, hörmətli Hökümə ARZUQIZI!..

Doğum gününüz mübarək, hörmətli Hökümə ARZUQIZI!.. TƏBRİK EDİRİK!..

Bu gün - iyinun 8-i "Borçalı" nəşriyyatının şöbə müdiri,
eyni zamanda, "ZiM.Az" və "Zirve.info" saytlarının,
eləcə də, "Şərqin səsi" qəzetinin xüsusi müxbiri,
istedadlı qələm dostumuz,
dəyərli həmkarımız,
səmimi və mehriban iş yoldaşımız,
tanınmış şairə-jurnalist,
"Abdulla Şaiq", "Qızıl qələm"
və "Zirvə" mükafatları laureatı,
hörmətli Hökümə Arzunun doğum günüdür.

Çox hörmətli Hökümə xanımı
doğum günü münasibətilə
ürəkdən təbrik edir, ona uzun ömür,
möhkəm cansağlığı, şəxsi həyatında, eləcə də,
şərəfli əmək və aktiv ictimai fəaliyyətində,
həmçinin, ədəbi-bədii yaradıclığında
yeni-yeni uğurlar arzulayırıq!..


Hökümə Arzu qızı Bayramova -
08 iyun 1996-ci ildə Bakı şəhərində
dünyaya göz açıb.
2003-cü ildə Bakının Binəqədi rayonundakı
Qorxmaz Baxşıyev adına 179 sayli
tam orta məktəbə daxil olub.
2012-ci ildə həmin məktəbi müvəffəqiyyətlə bitirib
və elə həmin ildə də Bakı Humanitar Kollecinə -
bədii yaradıcılıq ixtisasına qəbul olub.
2016-ci ildə isə həmin Kolleci uğurla bitirib.
2016-2017-ci illərdə Qaravəlli xalq teatrında
rejissor işləyib.
Sonra başqa sahələrdə çalışıb.
2021-ci ilin martından "Borçalı" nəşriyyatında çalışır.
Hazırda şöbə müdiridir.

Hökümə Arzu qızı hələ orta məktəbdə oxuduğu illərdən
həm də bədii yaradıcılıqla da məşqul olur.
Şeirləri və publisistik məqalələri
"ZiM.Az", "Zirve.info", "Borcali.org" saytlarında
"Şərqin səsi", "Ziya", "Elm vəTəhsil" qəzetlərində,
"Buta", "Rəvan", "Canım Azərbaycanım",
"Sazlı-sözlü Borçalı"
ədəbi məcmulərində,
"Zirvə" "Poeziya çələngi" antologiyalarında
dərc olunub.
"Abdulla Şaiq", "Qızıl qələm""Zirvə" mükafatları laureatıdır.

Biz də bir daha Hökümə Arzuqızına yeni-yeni uğurlar arzulayır və aşağıda
onun bir neşə şeirini dəyərli oxucularımıza təqdim edirik.


Müşfiq BORÇALI,
ZiM.Az



Doğum gününüz mübarək, hörmətli Hökümə ARZUQIZI!.. İlLK GÖRÜŞÜMÜZ

Sanki dünən idi tanışlığımız,
Bir şübhə qorxuyla biz tanış olduq.
Göydən bir cəzaydi ayriligimiz,
Həsrətlə hicranla biz qarşılaşdıq.

Görən kim atacaq bu ilk addımı?!
Sən məni gözlədin mən isə səni.
Unutduq genc ikən eşqin dadını
Beləcə dəfn etdik qəlbdə sevgini.

Nece ki sən məni tez unutmusan
Mənədə azacıq vaxt ver unudum.
Başqa bir sevdanın yolun tutmusan
Qoy alt-üst eyləyən eşqi unudum.

Unudum deyirəm unudammiram
Hələdə sevirəm eşqi danmıram.
Bir şeyi başımdan heç qovammiram
Mənə vaxt versende necə unudum?!


SEVMİRƏM DAHA

Əlimdə qələmim öndə kağızım
Heç biri tab etməz məndəki aha!
Qəlbi anlatmaq üçün daha nə yazım?
Bircə söz verdim ki sevmerem daha.

Verdim ürəyimi sən insafsiza,
Eşqindən donenə bir vəfasiza,
Sevgisiz yasamaram lap rahatsizsa,
Sevmərəm heç zaman sevmərəm daha.

Səadət axtardım bu sevdede mən
Gör nələr çəkmişəm nece ildə mən
Sən demə sevmişem sevilmeden mən
Sevmərəm heç zaman sevmərəm daha.

Günah səndə deyil günah məndədir
Dünyanı tərs görən aşiq ureyimdedi
Oturub durmaram daha sözünlə
Səvmərəm heç zaman sevmərəm daha.

İstərdim sevilmək sevincim duyum,
Bu şirin nağılda uyuyum,
Gərək innən belə qəlbi qoruyum,
Sevmərəm heç zaman sevmərəm daha.


Doğum gününüz mübarək, hörmətli Hökümə ARZUQIZI!..Bu SEVDA

Səni düşünmədən günlərim bitməz,
Artıq xəyallarda dadıma yetməz.
Nə qədər qovsam da qəlbimdən getməz,
Köç salıb qəlbimdə yatıb bu sevda.

Gör nə qədər zülmə dözdüm yolunda,
Sevərkən adətdir yaş göz islada.
Göz yaşım sonunda döndü dəryaya,
Dəryada inci tək batıb bu sevda.

Görürəm ki, artıq mənə soyuqsan,
Nə vaxtacan məndən gen duracaqsan,
Daha yaxın deyil çox çox uzaqsan,
Məni başqasına satıb bu sevda.

Sanma nə zamansa özgə sevgiylə,
Yaralı qəlbimi ovuda billəm
Yaddaşım ömürlük pozulsa belə
Çətinki mən səni unuda billəm.


HƏYAT

Həyatın özündə sınadın məni,
Demə bahar idim indisə qişam.
Yaxşı ki sonradan tanıdım səni,
Yaxşı ki ömürlük aldanmamisam.

Ürəyim ağlayır gözüm gulməyir
Ürəyim qəm kədər qəlbim sevməyir
Nə üçün insanları qəlbim seçmeyir
Nəyimə gərəkdir artıq yaşamaq.

Sən getdin gözlərim heçde gulmeyir
Başqa gözəllər qəlbim sevmeyir
Xatirən gözümden bir an getmeyir
Nə edimki gülüm sevmədin məni.


SEVİRƏM DEDİM

Fikirli olanda dalğın olanda
Məni ozunden de tez anlayırsan
Gözlərim güləndə qəlbim güləndə
Özünü dünyada xoşbəxt sayırsan.

Bilirəm gözlərin nə deyir mənə
Qəlbindən keçəni oxuyuram mən
Haqqın var güləsən düşdüyüm günə
Şirin sözlərinə çox uyuram mən.

Gözüm gördü səni könlümsə sevdi
Kaş ki bu gözlərim görməz olaydı
Dilim qurumadi sevirəm dedim
Kaş ki bu dilim dinməz olaydı.


Doğum gününüz mübarək, hörmətli Hökümə ARZUQIZI!.. GET

Sənli günlərimə əlvida dedim
Qəlbim üzüldü sənə get dedim
Axı niyə mən bunu etdim?
Özüm öz əlimlə bizi yox etdim.

İndi nə edim bilmirəm özüm
Qəlbim ağlayır gülməyir üzüm
Səndən qeyrisini görməyir gözüm
Sənə get dedim deməz olaydım.

Sevgimi qəlbimdə gizləmişəm mən
Sənli xəyallar çox qurmuşam mən
Səninlə qəlbimi incitmişəm mən
Sənə get dedim deməz olaydım.

Sevgi nədir səndə bilmişəm
Səninlə ağlayıb sənlə gülmüşəm
Sevgimizi ayrılığa mən gətirmişəm
Sənə get dedim deməz olaydım.


ƏLVİDA

(Şəhid Şahmar Soltanlının adına həsr etdiyim şeirim.)


Ş-eirlər yazılır igidlər haqqda
A-lıbdır canımı torpaq bu yolda
H-ər zaman yaşaram mən xəyallarda
M-ən unudulmaram, qalaram yadda
A-llahın rəhməti olar onlarda
R-uhumuz şad olsun sizə əlvida...

ZiM.Az

.
Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Rəy yazın: