- 1951-ci ildə Qəbələ rayonunun
Mirzəbəyli kəndində anadan olub.
1970-ci ildə Şəki Pedaqoji Texnikumunu,
1985-ci ildə isə Azərbaycan Dövlət Bədən Tərbiyəsi İnstitutunu (qiyabi) bitirib.
Uzun müddət Qəbələ rayonu Mirzəbəyli kənd orta məktəbində müəllim işləyib.
5 kitab müəllifidir.
Ailəlidir, 2 övladı və 5 nəvəsi var.
Hazırda təqaüdçüdür.
Şeirləri "Vətən", "Canım Azərbaycanım", "Qəbələnin səsi" və s. ədəbi məcmuələrdə, müxtəlif mətbuat orqanlarında dərc olunub.
Biz də çox hörmətli Mirhəsən müəllimə
yeni-yeni uğurlar arzulayır
və aşağıda onun bir neçə şeirini
dəyərli oxucularımıza təqdim edirik.
ZiM.Az
ATA
Ata evimizin möhkəm dirəyi,
Ata qəlbimizin vuran ürəyi,
Allah,bir də ata verər çörəyi,
Onun zəhmətini vallah bilərdim.
Atama Allahdan ömür dilərdim.
Nə qədər zəhmətlə böyütdü bizi,
Ona bildiririk öz sevgimizi,
Yarımçıq qoymazdıq söhbətimizi,
Dərdimi onunla hər an bölərdim.
Atama Allahdan ömür dilərdim.
Nələr etməmişdi,mənimçün nələr,
Mən güləndə o da ürəkdən gülər,
Bağçada əkmişdi gözəl çiçəklər,
Çox zaman onlara mən su çilərdim.
Atama Allahdan ömür dilərdim.
Həmişə çəkirdi mənim nazımı,
Arabir yoxlardı yazı-pozumu,
Alanda əlimə telli sazımı,
Şıltaqlıq eyləyib deyib-gülərdim.
Atama Allahdan ömür dilərdim.
Göz yaşlarım gözlərimdən axanda,
Yaman kövrəlirdi mənə baxanda,
Sağ ol deyib hər qapıdan çıxanda,
Ona baxıb göz yaşımı silərdim.
Atama Allahdan ömür dilərdim.
Qocalırdı yavaş-yavaş gözümdə,
Dolaşıq kəlmələr vardı sözündə,
Görsəydim qırışlar onun üzündə,
Halım pisləşərdi, sanki ölərdim.
Atama Allahda ömür dilərdim.
"Sən niyə bu qədər gözəlsən, axı?"
(Həmkarım, gözəl insan
Elza Gülməmmədovanın təklifi ilə)
Üzündən, gözündən gözəllik yağır,
Sevgi nəğməsini mənimçün oxu.
Səslə hər gün məni yanına çağır,
Heyrandır hüsnünə çoxları, çoxu.
Sən niyə bu qədər gözəlsən, axı?
Sənlə xoş keçirdi günlərim, ay qız,
Bir ömür yaşadıq qəmsiz, cəfasız,
Çıxmadın əhdinə heç vaxt vəfasız,
Sevgi çələngini mənimçün toxu.
Sən niyə bu qədər gözəlsən, axı?
Bir mələksən inan ki, yer üzündə,
Sanki bir dəryadır mavi gözün də,
Ürəkdən bağlıyam sənə özüm də,
Bu bir həqiqətdir, deyildir yuxu.
Sən niyə bu qədər gözəlsən, axı?
Sevinirəm şöhrətimə-şanıma,
O sevginin gücü düşür canıma,
Uzaqdan gələndə mənim yanıma,
Dəydi ürəyimə hicranın oxu
Sən niyə bu qədər gözəlsən, axı?
Sənə əvvəlkitək aşiqəm yenə,
"Sevirəm" söylədim mən dönə-dönə,
Mirhəsənəm, vallah deyirəm sənə,
Üstümdən getməyir o ətir, qoxu.
Sən niyə bu qədər gözəlsən, axı?
DÜZ DEMƏYƏ UTANIRAM
Ulduzlarda parıltıya,
Gecələrdə qaraltıya,
Kül içində qızartıya,
Köz deməyə utanıram.
Güclü gücsüz yarışanda,
Sönmüş çiraq alışanda,
Məmur yalan danışanda,
Söz deməyə utanıram.
Səni bənzədirlər aya,
Hər vaxt geyinirsən saya,
Üzə çəkirsənsə boya,
Üz deməyə utanıram.
Hər an gözləmişik yayı,
Yığışıblar əmi, dayı,
Mənə bir somavar çayı,
Süz deməyə utanıram.
Sözündən gözlərim dolur,
Yavaş yavaş çöhrəm solur,
İndi yaşim doxsan olur,
Yüz deməyə utanıram.
Bu gün səhvlər etdim yenə,
Çox qəribə gəlir mənə,
Şalvarina baxib sənə,
Qiz deməyə utanıram.
Əsir hər an xoş ruzigar,
Bütün torpaqlar oynayar,
Bahar vaxti yağırsa qar,
Yaz deməyə utanıram.
Dərdimiz, sərimiz yoxdur,
Inan gözümüz də toxdur,
Varim dövlətim də çoxdur,
Az deməyə utanıram.
Arxayın olma yaşına,
Çox işlər gələr başına,
Haqsizliği yaddaşına,
Yaz deməyə utanıram.
Qarşıladıq gözəl yazı,
Xoş bir musiqi avazı,
Naşı ələ alsa sazı,
Saz deməyə utanıram.
Artiq dən düşüb telimə,
Hazırlaşıram ölümə,
Sənə etdiyim zülümə,
Döz deməyə utanıram.
Çıxırıq dağlara-düzə,
Sənlə gəlirik üz-üzə,
Mirhəsənəm, çox vaxt düzə,
Düz deməyə utanıram.
YAXIB GEDİRSƏN
Coşqun bir çay kimi aşıb daşırsan,
Şıltaqlıq eyləyib baxıb gedirsən,
Çox yerlərdə həddini də aşırsan,
Nə üçün şimşəktək çaxıb gedirsən.
Adamı yandırıb, yaxıb gedirsən.
Ya qışın olmayır, ya da payızın,
Aşıq sinəsində kökləyir sazın,
Səni adam bilib sevən bir qızın,
Barmağına üzük taxıb gedirsən.
Adamı yandırıb yaxıb gedirsən.
Ya dinə gəlmirsən ya da imana,
Ehtiyac duyuruq indi zamana,
Bənzəyirsən suda gedən samana,
Bulanlıq sularda axıb gedirsən.
Adamı yandırıb yaxıb gedirsən.
Dayaq ol hamıya deyirəm sənə,
Niyə zülüm etdin sən Mirhəsənə,
Bir dəfə yaxşılıq eylədin mənə,
Onu da başıma qaxıb gedirsən.
Adamı yandırıb yaxıb gedirsən.
SƏNİ
Xəyalım günlərlə gəzir dolaşır,
Gəl birlikdə gəzək gözəl Vətəni.
Ürəyim od tutur yanır, alışır,
Yadına salmırsan olub keçəni.
Unutmaq olarmı sevgilim səni.
Çarəsizəm ümidimi qopartdın,
Təkcə bir otaqda sən necə yatdın?
İndi bilirəm ki, arzuna çatdın,
Gözlərin axtarır düşüb, itəni.
Unutmaq olarmı sevgilim səni.
İlahi yazırsa, qismət də olar,
Əbədi bir sevgi tarixdə qalar,
Sevdalı qəlblərə qəm-kədər dolar,
Gəzərəm onunla bütün qitəni.
Unutmaq olarmı sevgilim səni.
Sevgilim inan ki, dərd əhli oldum,
Həsrətdən elə bil saraldım, soldum,
Sənsizlikdən, inan ki, lap yoruldum,
Bir yerdə dolaşaq bağı, çəməni.
Unutmaq olarmı sevgilim səni.
İncitmə sən məni sevirsə ürək,
Qalan dərdlərimi birlikdə bölək,
Bir yerdə danışaq, bir yerdə gülək,
Bilirəm sevirsən sən Mirhəsəni.
Unutmaq olarmı sevgilim səni.
Qəbələ rayonu, Mirzəbəyli kəndi.
Qarabağ Azərbaycandır!
İlhamla biz zəfər çaldıq,
Torpaqları geri aldıq,
Yeni şəhər, kəndlər saldıq,
Bunlar bizə bir dərmandır.
Qarabağ Azərbaycandır!
Hamımızın dərdi-səri,
Qoru ərənləri, əri,
İgid azəri əsgəri,
Yandır ermənini yandır.
Qarabağ Azərbaycandır!
Dünyaya salmışdız çox səs,
Bilirəm ki, tərssiz siz, tərs,
Bu da oldu sizə bir dərs,
Kafir cındırısan, cındır.
Qarabağ Azərbaycandır!
Hər tərəfdə vardır yağı,
Təmizlədik solu-sağı,
Azad etdik Qarabağı,
Şəhidlər Vətəndir, candır.
Qarabağ Azərbaycandır!
Buludlar açdı yolları,
Qovduq torpaqdan onları,
Hər yerdə bilindi sonları,
Neçə ildir yerlər qandır.
Qarabağ Azərbaycandır!
Çox qüdrətli ordumuz var,
Haqq yoludur, yolumuz var,
İgid oğul, qızımız var,
Şəhidlər zirvədir, şandır.
Qarabağ Azərbaycandır!
Nə qədər dedik qanmadı,
Sözümüzə inanmadı,
İgid ordumuz yamandı,
Verməyin şans ay amandır.
Qarabağ Azərbaycandır!
Elimizdə, obamızda,
Belə gözəl yurdumuzda,
Bütün torpaqlarımızda,
Bayrağını dalğalandır.
Qarabağ Azərbaycandır!
CƏNAB GENERAL
Həmyerlimiz, igid zabit, general-mayor,
Milli Qəhrəman Polad Həşimovun əziz xatirəsinə
Bu gün təbiət də sizə ağladı,
O qara buludlar coşdu,çağladı,
Düşmən sinəmizi yaman dağladı,
Sənə rəhmət deyir cavan,ağsaqqal.
Qanın yerdə qalmaz, Cənab General.
Hünərlə aşardın dərəni,düzü,
İndi satqınlar da çoxalıb düzü,
Açılacaq bir vaxt tarixin üzü,
O zaman qəlblərə düşəcəkdir xal.
Qanın yerdə qalmaz, Cənab General.
Aprel döyüşündə zəfər çalmısan,
Hünərlə hər yerə haray salmısam,
Layiqli qiyməti xalqdan almısan,
Satqınlardan gəldi sizə bu zaval.
Qanın yerdə qalmaz, Cənab General.
Adın da Poladdır,özün də polad,
Sənə çox yaraşır bu şərəfli ad,
Sən bizə ruh verdin,həm də qol-qanad,
Halal olsun sənə yüz dəfə halal.
Qanın yerdə qalmaz, Cənab General.
SƏN DƏ BİR TÜRK,
MƏN DƏ BİR TÜRK
Bir millətik, iki dövlət,
Sən də bir türk, mən də bir türk.
Ayağa qalxanda millət,
Qatil, ora sən də bir türk.
Nə ucadan səs eyləyər,
Nə də bərkdən pəs eyləyər,
Döyüş günü bəs eyləyər,
Hər şəhərə, kəndə bir türk.
Harda gəldi köç əyləməz,
Boş yerə də söz söyləməz,
El yolunda uf eyləməz,
Ölsə də hər gündə, bir türk.
Heç bir zaman o ələnməz,
Kədərli olsa gülənməz,
Qaranliği çox bəyənməz ,
Hər gün durar gündə bir türk.
Uzaqlaşma sən vətəndən,
Sev vətəni lap ürəkdən,
Soruşuram indi səndən,
Varmi görək səndə,bir türk.
Qüvvət vardir dayağinda,
Güc toplanib ayağinda,
Düşmənlərin qabağinda,
Dönər o an bəndə bir türk.
Vətənçün canindan keçər,
Gözəlləri candan seçər,
Şadliğindan yeyər- içər,
Olur kefdə ,dəmdə bir türk.
Qoymaz səni heç vaxt yalqiz,
Türkə inan,dedim, ay qiz,
Əgər çixarsa vəfasiz,
Oia bilər mində bir türk.
Baxişlari can alandir,
Əməii yadda qalandir,
Deyirəm bir pəhləvandir,
Gəzər göydə,simdə bir türk.
Hər çətində yetər dada,
Rəhm eyləyər dosta, yada,
Vallah layiqdir hər ada,
Yaradibdir bəndə bir türk.
Uzatsa da haqqa qolun,
Daim gözlər sağin,solun,
Əgər azan olsa yolun,
Azmaz duman, çəndə bir türk.
Çox yerdən gəlir soraği,
Vardir hər şeyə maraği,
Dəyir çox yerə ayaği,
Yaşar uzaq çində bir türk.
Sevir ürəkdən vətəni,
Qonaq eyləyər yetəni,
Tapib gətirər itəni,
Vardir ondan məndə bir türk.
Sevir doğma sənətini,
Saxlayir öz hörmətini,
Qoruyur o vətənini,
Dayanir hər tində bir türk.
Qara saçi, qara gözü,
Yaraşiqdir elə özü,
Şirindir söhbəti,sözü,
Dönər bala,qəndə bir türk.
Vətən üçün tökər qanin,
Qədrin bilər o hər anin,
Dost yoiunda verər canin,
Dayanmayir gendə bir türk.
Oruc tutar namaz qilar,
Oturub xəyala dalar,
Din yolunda iman olar,
O islamda, dində bir türk.
Mirhəsənəm dönnəm yelə,
Sözüm çatsin eldən-elə,
Ölüm-itim olsa belə,
Gedər yenə öndə bir türk.
Tanımır məni
O mənsiz ya yeməz, ya da içməzdi,
Birdən-birə gəldi ayrılıq dəmi,
Bir vaxt aramızdan su da keçməzdi,
İtirdin ortada olan güvəni.
İndi elə bil ki tanımır məni.
Etibarsız oldun artıq bezmişdik,
Xeyrinə çox şeylər birgə çözmüşdük,
O gözəl dağlarda xeyli gəzmişdik,
Apardın özünlə dumanı, çəni.
İndi elə bil ki, tanımır məni.
Neyçün yaxşılığı sən gizlədirsən,
Əməlinlə ürəyimi üzürsən,
Artıq görürəm ki, kənar gəzirsən,
Görmək istəmirəm daha mən səni.
İndi elə bil ki, tanımır məni.
Keşikçitək qapınızda bitmişdim,
Səndən ötrü haralara getmişdim,
Dəfələrlə sənə kömək etmişdim,
Unutdun keçmişi, hətta dünəni.
İndi elə bil ki, tanımır məni.
Nələr etdiyini yaxşı bilirsən,
Artıq tənha qaldın vallah ölürsən,
Kimlərə qoşuldun özün görürsən,
Göynətdin heç nədən mənim sinəmi.
İndi elə bil ki, tanımır məni.
Həmişə bizlərə gəlmisən kələk,
Səni yandıracaq o zalım fələk,
Nə tez unutdun sən söylə bir görək,
Gəzdiyimiz bağı, çölü, çəməni.
İndi elə bil ki, tanımır məni.
Çox zaman gəzirdik birlikdə qoşa,
Qalmısan tək-tənha eləcə yaşa,
Tezliklə vurarsan ömrünü başa,
Nə qədər incitdin sən Mirhəsəni.
İndi elə bil ki, tanımır məni.
Ata bilmirəm
Od düşüb bağrıma alovlanıram,
Arzuya, istəyə çata bilmirəm.
Hər gün xəyalımda səni anıram,
Ya gecə, ya gündüz yata bilmirən,
Mən səni qəlbimdən ata bilmirəm.
Heç kəs inciməmiş dilimdən mənim,
Çoxdan xəbər yoxdur gülümdən mənim,
Artıq heç nə gəlmir əlimdən mənim,
Düşmüşəm dəryaya bata bilmirəm,
Mən səni qəlbimdən ata bilmirəm.
Neyçün ayrılmağa belə tələsdin?
Bahar çiçəyitək hər yana əsdin,
Anlaya bilmədim nə idi qəsdin,
Dərdini dərdimə qata bilmirəm,
Mən səni qəlbimdən ata bilmirəm.
Sevinc daşa dönüb fikrə dalmışam,
Sevgidə hər zaman öndə olmuşam,
Səni də həyatda razı salmışam,
Görəsən etdimmi xəta, bilmirəm,
Mən səni qəlbimdən ata bilmirəm.
Həsrət ürəyimi yandırıb yaxar,
Eşqin həyatımda əbədi yaşar,
Hicran üstümüzə ələyibdi qar,
Sevgi çələngtək tuta bilmirəm,
Mən səni qəlbimdən ata bilmirəm.
Qaçdı bu sevgi
Bu həyat mənə də sevmək öyrətdi,
Gözümə bir işıq saçdı bu sevgi.
Sonradan bağrımı yaman göynətdi,
Öz-özümə dedim çaşdı bu sevgi.
Məni yalqız qoyub qaçdı bu sevgi.
Can atırdım ona tərəf gəlirdim,
Vəfasız olduğun artıq bilirdim,
Bəzən kədərlənib, bəzən gülürdüm,
Hər yerə günəştək saçdı bu sevgi.
Məni yalqız qoyub qaçdı bu sevgi.
Çox zaman oturub xəyala dalar,
Heç nədən araya söz-söhbət salar,
Gözəlim ,nə qədər ağlamaq olar,
Gözlərimdən axan yaşdı bu sevgi.
Məni yalqız qoyub qaçdı bu sevgi.
Hər dəfə araya nifaq salırdı,
Bəlkə bilə-bilə qisas alırdı,
Dindirəndə vallah donub qalırdı,
Elə bil kəsəkdir, daşdı bu sevgi.
Məni yalqız qoyub qaçdı bu sevgi.
Nəhayət söylədi bağışla məni,
Vallah, çox incitdin sən Mirhəsəni,
Deyə bilmirdi ki, sevmirəm səni,
Axır ki qəlbini açdı bu sevgi,
Məni yalqız qoyub qaçdı bu sevgi.
Mirhəsən Ağayev,
ZiM.Az
.
Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.