Musiqi və şeir həvəskarı olan Mahir Musanın şeirləri “Bir ocağın şöləsiyik”, “Bənövşə”, “Dahi Heydər babanın davamçıları”, “Ziyalı”, “Mən Azərbaycanliyam”, “Vətənpərvərlər” və s. qəzet və jurnallarinda dərc olunub.
Mahir Musa “Poetik düşüncələr” adlı bir kitab müəllifidir.
O, Mingəçevir Yazarlar Birliyinin üzvüdür.
Biz də Mahir Musaya yeni-yeni yaradıcılıq uğurları arzulayır və aşağıda şairin bir neçə şeirini dəyərli oxuculaımıza təqdim edirik.
Ənvər Durucalı Əlifov,
“Qızıl Qələm” media mükafatı laureatı
ZiM.Az
Azərbaycan-Türkiyə
Bir millət iki dövlət,
Tanrı vermişdi möhlət.
Arzumuz-diləyimiz,
Sönmədi ürəyimiz...
Döndü vahid ölkəyə
Azərbaycan–Türkiyə...
Qara tikanlar soldu,
Arzumuz da çin oldu,
Gözümüz yaşla doldu,
Biz sağıq, o sol qoldu.
Güc verdilər körpüyə,
Azərbaycan-Türkiyə.
Qatar yolu, el yolu,
Hər gün sevinclə dolu.
İndi gedib gəlirik,
Görüşüb dincəlirik.
Qorxu yoxdu heç nəyə,
Nə soyuğa, bürküyə
Azərbaycan-Türkiyə.
Qardaş olmuş ordumuz,
Gül çiçəkli yurdumuz,
Baxmırıq haya-küyə,
Azərbaycan-Türkiyə.
Polad kimi dayağıq
Geri dönməz ayığıq.
Yer üzünə mayaqdır.......
Gecə-gündüz oyağıq,
Suda batmaz qayığıq,
Hər an ayıq sayığıq.
Qorxu yoxdu heç nəyə,
Nə soyuğa bürküyə.
Bölünməzik ikiyə.
Azərbaycan–Türkiyə.
İlham ilə Ərdoğan,
Günəşdir hər gün doğan.
Nizami Gəncəvi
Nizami dünyanın taxtı-tacıdı,
Tanrımız göndərmiş Şeyxdi-tacıdır.
Onun yazdıqlari nəyin ki, bizə,
Sərvətdir müqəddəs yer kürəmizə.
Firdovsi olsa da Farsın şahı, bil;
“Bizim Nizaminin bir qolu deyil”
Təkcə yazdığı “söz“ az danışın, az din
Hər kəlmə sözünə siz səcdə edin.
Qızıla bənzətmiş kəlamlı sözü,
Az dinib, danışmış şairin özü.
Yersiz danısanlar, çixartma yaddan,
Başını qoru sən xəta, bəladan.
Saray həyatını sevməmiş əlbət.
Orda höküm sürmüş, xəyanət-qeybət.
Ömrünü Gəncədə yazmış, yaratmiş
Onu da adına soy adı atmış.
Hər zaman yanında olmuş rəyyətin,
Onlardan görürdü şanı- şöhrəti.
Qoymamış insanı oğurluq etsin,
Haram ruzi ilə evinə getsin.
Ağsaqqal qocaya kərpic kəsdirmiş,
Kamil sənətkara qiymətlər vermiş.
Onun yazdıqları qurandı-dindi,
Biz onu oxuyub görürük indi.
Yazmaq istəməmiş “Leyli-Məcnun”u,
Oğlu xahiş etmiş yazdırmış onu .
Dərbənd şahından o hədiyyə almış,
Onunla ailədə sədaqət tapmış,
Xəmsəsi ürəkdə əritmiş daşlar.
Neçəsi sag qalmış günahsız başlar,
Düyünlər açmış “Sirlər xəzinəsi”.
Boyük dərya imiş onun sinəsi,
Elm sənət yaradır bax əbədiyyət,
Ona yüksək ad vermiş bəşəriyyət .
Nizami dünyanın tacı qalacaq,
O ad da əbədi onda olacaq.
Gəlin gedək yurd yerlərə
Gəlin gedək o ellərə,
Dədə-baba yurd yerlərə.
Həyat verək biz çöllərə,
Yol çəkəyin dağ-cellərə...
Lazım deyil sorğu-sual,
Şəhidləri yadına sal.
45 gündən ibrət dərs al,
Hər birinə olsun halal...
Bəsdi baxdıq bucaqlardan,
Uşaq düşsün qucaqlardan.
Ev isinsin ocaqlardan,
Tüstü qalxsın bucaqlardan...
Qədrini bilək torpağın,
Qoy çalışsın əl-ayağın.
Həyət olsun meyvə-bağın,
Oğul-nəvən solun-sağın...
Hər yerində Qarabağın,
Xariqələr yaradağın.
Zirvəsində hər bir bağın,
Şəhidləri ucaldağın...
Mənim Füzulim
Qarabağım, ürəyim, gözəl Füzulim,
Lap az qalıb, qoynuna qayıdar elim.
Deməyə də utanmır, bəlkədə dilim,
Mən də dözə bilmirəm tükənib səbrim.
Ölsəm də gedəcəkdi oraya qəbrim.
Hər gün yuxuma girir gözəl çağların,
Ayaqyalın gəzdiyim yaşıl dağlarım.
Qoynunda o saldığım meyvə bağlarım,
Saf suyundan içdiyim göy bulaqlarım.
Hər yadıma düşəndə partlayır bağrım...
Sevinirəm Horadız şəhər olubdu,
Alınmış kəndlərimiz bəzi dolubdu.
Bizsiz çiçəklər də quruyub solubdu.
Fizulimi düşmənlər viran qoyubdu,
Nankorlar qəbirləri deşib oyubdu...
Darıxma: vaxt yetişib çatıbdı anlar,
Səs calacaq dünyaya ölməz ad-sanlar.
Koroğludu-Nigardı qızlar oğlanlar...
Ayaqyalın qaçanda görəcək onlar,
Belə övladlar doğub bizim analar....
Yolumuz Allah ilə haqqın yoludu,
Ordumuz hazır durub hər yan doludu.
Tanklarımız-maşınlar bollu-bolludu.
Var olsun İlhamımız, xalqın oğludu.
Qazilərlə-əsgərlər sağı-soludu...
Qocalar bağı
Kim yer tutur ayağı,
Əldə əsir dayağı.
Hər gün poçtun qabağı,
Olur qocalar bağı...
Vərdişdi hər gün səhər,
Addım-addım bir təhər,
Gələrlər əyləşərlər...
Burda dərdləşərlər...
Var qaşı ağarmışlar,
Doxsanı haqlamışlar,
Əlləri qabarmışlar...
Şəhəri yaratmışlar.
Taqətsiz dizlərində,
Qırışmış üzlərində,
Tükənmiş gözlərində
Nələr var sözlərində.
Göydə qartal sayağı,
Olmuş xalqın mayağı.
Ömrünün aslan çağı,
Yol çəkmiş yarıb dağı...
Kimdə var evdə qoca,
Başın olacaq uca.
Evində boı-bolluca,
Bərəkətin boyunca.
Heç vaxt düşməzsən borca.
Tanrı vermiş yolunca
Ruzin olar doyunca.
Onu yerdə qoyunca...
Korona yetdi sona
Lap az qalıb korona,
Girib görünməz dona.
Çarə taparıq ona,
Yetərlər bir gün sona.
Var bizdə qızıl əllər,
Loğman kimi həkimlər.
Görünməmiş əməllər,
Yox olar qara günlər.
Millətə neçə vaxtdır,
Çəkmisən umam dağlar.
Yox olmuş gözəl çağlar,
Ağzımız qalıb bağlar...
Hər şey yoluna düşər
İnsan axar yürüşər.
Ölkəmizdə xeyir-şər,
Qardaş kimi görüşər.
Elşi-nişan başlayar,
Aşbaz qazan aşlayar.
Qızlar kirpik qaşlayar,
Oğlan damı daşlayar.
Nişanlıar barışar
Bir-birinə sarışar.
Körpələr əlində şar
Sevinci aşar-daşar...
Küçələrdə qaçışar.
Götürər kəndi səsi,
Qarabağ şikəstəsi.
Bəyi dövrəyə alar
Qarmon-zurna dəstəsi...
Sevinclə deyər ana,
Qurban olum boyuna.
Korona yetib sona...
Hamı girsin oyuna.
Səpilər konfet noğul...
Gözümüz aydın oğul...
Mingəçevir şəhəri.
ZiM.Az
.
.
Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.