Səhnəyə çıxmaq üçün mənə söz verilən zaman, məni sazda müşayiət edən əziz dostum Xanəndə-şair Ziba xanımın, qədim Ozan sənəti olan saz sənətinə necə ürəkdən bağlanmasının şahidi oldum!
Ziba xanım elə sənətkar xanımlardandır ki, səsi ilə, könül oxşayan avazı ilə, onu dinləyən tamaşaçıların, poeziya nümunələrini sevə-sevə oxuyan oxucularının ürəyini ovsunlaya bilən yaradıcı xanımlarımızdandır.
Bu gün əziz dostum Ziba xanımın dünyaya göz açdlğı gündür.
Ad günü münasibəti ilə əziz dostumu səmimi qəlbdən təbrik edir, ona gözəl, mənalı, sazlı-sözlü xoş nəğməli günlər arzulayıram!
Onu da qeyd edim ki, Ziba xanımın ad günü - Azərbaycan Silahlı Qüvvələrinin bayramı günü ilə eyni vaxta təsadüf edir.
Fürsətdən istifadə edib, Cənab Ali Baş Komandan başda olmaqla, Azərbaycan Silahlı Qüvvələrini qələbə ətirli möhtəşəm bayram münasibəti ilə təbrik edirəm!
Xalqımıza sülh, əmin-amanlıq arzulaylram!
Təbrikə gəlmişəm...
Ecazkar səsiylə könlümüzü, ruhumuzu oxşayan
əziz xanəndə dostum xanım Ziba Hüseynovanın
şəninə ən xoş arzularımla...
Ömrün güllər açır yaz işığında,
Könüllər coşduran saz işığında.
Sizi salamlayıb söz işığında,
Təbrikə gəlmişəm səni, ay Ziba!
Gözəllər içində ən gözəl pəri,
Üzündə bərq vurur günəşin zəri.
Unudub hər dərdi, qəmi, kədəri,
Təbrikə gəlmişəm səni, ay Ziba!
Səsinə heyrandır bütün dağ, aran,
Səsinlə olmusan zülməti yaran.
Sevincli günlərin bol olsun hər an,
Təbrikə gəlmişəm səni, ay Ziba!
Bu şad gündə sevincimdən çağladım,
Hər nəğməndən gül ətrini qoxladım.
Şəninə güllərdən dəstə bağladım,
Təbrikə gəlmişəm səni, ay Ziba!
İstərəm, səsindən min ilham alam,
"Rast"ın, "Çahargah"ın seyrinə dalam.
Lerik dağlarından gətirib salam,
Təbrikə gəlmişəm səni, ay Ziba!
Mais Təmkin
ZiM.Az
.
Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.