Tofiq BƏXTİYAR (1964)

Tofiq BƏXTİYAR (1964)Tofiq Bəxtiyar (İsmayılov) - 7 dekabr 1964-cü ildə
qədim Borcalı mahalınının Başkecid rayonundakı
(indiki Gürcüstanın Dmanisi rayonundakı)
Az-Gəyliyən kəndində dünyaya göz açıb.
1981-ci ildə Az Gəyliyən orta məktəbini bitirdikdən sonra
bir müddət Qazaxstanda yaşayıb.
Dağlıq Qarabağda döyüşlər başlayan zaman
Azərbaycana gəlib və torpaqlarımızın bütövlüyü uğurunda
şiddətli döyüşlərdə fəal iştirak edib.
1991-ci ildən atəşkəs olana kimi döyüşüb.
Hazırda təqaütdədir. Qarabağ qazisidir.
Tofiq Bəxtiyar həm də poeziya poeziya vurğunudur.
O, hələ uşaqlıq vaxtından saz-söz aşiqi olub,
saznan-söznən yaşayıb.
Gənclik illərindən özü də gözəl şeirlər yazır.
Şeirləri müxtəlif mətbuat orqanlarında, qəzet və jurnallarda, saytlarda, ədəbi-bədii toplularda,
o cümlədən, "Zirvə", "Poeziya çələngi", "Şah dağı", "Ləlvər dağı" poeziya antalogiyalarında,
"Vətən", "Canım Azərbaycanım", "Sazlı-sözlü Borçalı", "Sazlı-sözlü Başkeçid", "Rəvan"
və s. ədəbi-bədii məcmuələrdə çap olunub.


Biz də istedadlı qələm dostumuz Tofiq Bəxtiyara yeni-yeni yaradıcılıq uğurları arzulayırıq
və aşağıda onun bir neçə şeirini dəyərli oxucularımıza təqdim edir edirik.


ZiM.Az



DAĞLAR

Səfər yolu uzaq yoldur,
Zirvələri aşa dağlar.
Həsrət odu yaman oldu,
Dözə-dözə qışa dağlar.

Yağan qarın ərimədi.
Karvan ğəldi yerimədi.
El-obalar kirimədi,
İzin düşüb daşa dağlar.

Başkeçitdən başlar yolum,
Meşəlikdir sağım-solum.
Varlığına qurban olum,
Ömrü vuraq başa dağlar.

Ah çəkirəm ağlayırsan.
Çeşmə kimi çağlayırsan.
Ömrü-ömrə bağlayırsan,
Tofiq deyər yaşa dağlar.


Tofiq BƏXTİYAR (1964) OLAYDI
Deyirəm ay ellər eldən uzağam,
Bir ömür mənalı ğünlər olaydı.
Kəndim Ğəyliyənin öz qucağında,
Şeirli-nəğməli anlar olaydı.

Həyat əldən ğedir ömür köçəri,
Alnımda bir ömr zəhmətin təri.
Xəyal çözələyir xatirələri,
Atalı-analı ğünlər olaydı.

Hölələ bulağın suyundan içib,
Dərəyə yol alıb cığırdan keçib.
Küskün bənövşəni ğözündən seçib,
Vüsala yetişən yollar olaydı.

Tofiqəm yurdumuz məhəbbətlidi.
Vətənin hər qarşı çox qiymətlidi.
Yenilməz-vüqarlı dəyanətlidi,
Ömrümü uzadan illər olaydı.


VƏKİL

Vəkil balanın əziz xatirəsinə...
Allah rəhmət eləsin...


Ötüb keçən hər ayından,
Dağ titrədi harayından.
Ömrünün şah sarayından,
Fəryad etdi dağlar Vəkil.

Bu dərdinə yanan ağlar,
Ağı deyən anan ağlar.
Bacıların qara bağlar,
Saralıbdır tağlar Vəkil.

Ğöz yaşında selə baxdım.
Daşa çaxdı qara baxtın.
İzin düşən yola baxdım,
Xatirəni saxlar Vəkil.

Qan töküləndə yollara,
Alov düşdü o qollara.
Mən nə deyim zalımlara,
El yığılıb ağlar Vəkil.

Yaqub atan ğözləri qan,
Kəc ğətirib devran-zaman.
Xalqımızdan qisas alan,
Öz yolunu bağlar Vəkil.

Nə ağırdır bu dərdlərin,
Çənnət olsun yurdun-yerin.
Tofiq deyər yaran dərin,
Haqq yerini haqlar Vəkil.


YOXDU

Məndən əllərini çəkib ğizləmə,
Köməksiz ürəyin imdadı yoxdu.
Bu dünya beləcə ötüşüb keçir,
Haqqı ğöstərməyə bir adı yoxdu.

Ğünəşə üz tutub çiçəkli çəmən
Yazda öz ətrini səpir yasəmən.
Torpaqda zəminin sünbülü dən-dən,
Tükənməz nemətin sərhədi yoxdu.

Ğözümdə canlanar qayğılar yaşar.
Çağlayar çeşmələr-qaynayar daşar.
O hansı qəlbdiki duyğusuz yaşar,
O hansı ürəkdi fəryadı yoxdu.

Tofiqəm şeirimin öz butası var.
Hər ilin öz eşqi-öz ədası var.
Bu ğündən sabaha bir sədası var.
Kim deyir yuxumun qanadı yoxdu.

Tofiq BƏXTİYAR (1964) Ay ƏMİOĞLU

Dəyişdi devranın hökmünü zaman,
Ömrə-yaşamağa vermədi aman.
Daha həkimlərə qalıbdı ğüman,
Dərdin dağdan ağır, ay əmioğlu.

Qazandın hər yerdə öz hörmətini,
Qorudun dostluğun sədaqətini.
Xalqımız unutmaz məhəbbətini,
Sülhü haqqa çağır, ay əmioğlu.

Bu dünya mərdləri çəkdirir dara,
Qəm məni kökləykib aparır hara?
Ğünəş ğözləyirdim nurlu bahara.
Nə soyuq qar yağıb, ay əmioğlu.

Onsuz bu dünyanın boşdu təməli.
Ğöydən Allah baxır Məhəmmədəli.
Sınağa çəkdirir fələyin əli,
Dərdlərdən-dərd doğur, ay əmioğlu.

Tofiqəm ğün-ğündən dərdim çoxalıb,
Dözüm dara çəkib qəlbim yuxalıb.
Zalım fələk səni dərdlərə salıb,
Ürəyim darıxır, ay əmioğlu.


BAX

Üz çevirmə bu dünyada,
o,qadiri Sübhana bax.
Yaxşılığı vermə bada,
insan ol, insana bax.

Zamananın ğərdişi ağır,
kəc ğətirib zəmanə.
Mərdi-namərdə qul edən,
bu hökmü devrana bax.

Qovar sənnən hər bəlanı,
əlinlə verdiyiin nan.
Bu fani ömür yoludu,
bunu bilir hər insan.

Ğah dolar-ğahda boşalar,
ğördüyün dünya cahan.
Haqq yoluna meylini sal,
Allaha ğümana bax.

Tofiq dərdə dözər olub,
dözümlükdə mətindi.
Ömür yolu keçmə-keçli,
dolayıbdı çətindi.

Yaradanın məhəbbəti,
eşqim sədaqətimdi.
Ürəyimdə lövbər salan,
çağlıyan ümmana bax.


Ay GÖZƏL

Yağış kimi yağa-yağa sel oldum,
Bulud kimi dolanın var ay gözəl.
Zirvələrdən çəkilməyən yol oldum
Sənə həsrət qalanln var ay gözəl.

Ayrılmaram bu sevdadan mən daha,
Saçlarıma düşür-düşsün dən daha.
Çəkilməzdi duman-çiskin çən daha,
Dağa dönüb qalanın var, ay gözəl.

İşıq saçan ay camalın xoş gördüm.
Hər nə ğörsəm bu dünyada boş gördüm.
Ğözlərində kədər ğördüm-yaş gördüm,
Sorağını alanln var, ay gözəl.

Mən Tofiqəm tükü-tükdən sezərəm,
Haqqı sevib həqiqəti yazaram.
Şeirimi sətir-sətir düzərəm,
Könül sazın çalanın var, ay gözəl.


GÖZƏL

Gəl ğülüm bülbülünəm, yetiş bu bahara gözəl,
Yayılıb gözəlliyin vəsvi bu diyara gözəl.

Sənə mən canu dildən, eşqimi izhar elədim,
Ürəkdən könül verdim sənin tək dildara gözəl.

Baxışın canlar alır,abu-həyat çeşməsidir,
Gülüşündən alıram dərdlərimə çarə gözəl.

Mən sənin aşiqinəm,aşiq olan gör nə çəkir,
Gedişinlə salma gəlbimi zinharə gözəl.

Necə şəndir bu könül,nəğmələşib dillənəcək,
Çəkəcək sehrinə səsin çatacaq yarə gözəl.

Tofiqi vüsalına qovuşdur, salama yetir,
Bölünməz sevən ürək iki yerə parə gözəl.

ZiM.Az

.
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Rəy yazın: