Azərbaycan güclü dövlətdir və Azərbaycanın güclü ordusu var!

Azərbaycan güclü dövlətdir və Azərbaycanın güclü ordusu var! Bu gün beynəlxalq müstəvidə Azərbaycan adı çəkiləndə qalib ölkə, qələbə yada düşür. Qazandığımız Tarixi Qələbənin sayəsində Beynəlxalq güclər də Qafqazda yürüdülən siyasətə görə Azərbaycan Respublikası ilə hesablaşmağın vacibliyini dərk etdi. Azərbaycanın uğurları günü-gündən dünyanın diqqətini çəkməkdədir. Ölkəmiz iqtisadi inkişaf göstəricilərinə görə qabaqcıl sıralarda yer alır və bu da hər il ardıcıl olaraq Beynəlxalq iqtisadi forumda öz əksini tapır. Prezident İlham Əliyevin öz çıxışlarında qeyd etdiyi Azərbaycan güclü dövlətdir və Azərbaycanın güclü ordusu var! reallığı 44 günlük Vətən müharibəsində də özünü təsdiq etdi. Dövlət başçısının apardığı məqsədyönlü xarici siyasət nəticəsində ölkəmizin dünyanın güclü dövlətləri sırasında öz yeri vardır.

Azərbaycan güclü dövlətdir və Azərbaycanın güclü ordusu var! Azərbaycan Prezidenti xalqımızın mənafeyini, milli maraqlarını uğurla müdafiə edir.

Ulu öndər Heydər Əliyevin müdrik siyasəti Prezident İlham Əliyev tərəfindən mükəmməl şəkildə davam etdirilir və bunun nəticəsidir ki, Azərbaycan regionda liderliyini qoruyub saxlayır. Ölkəmizin sosial-iqtisadi sahədə dayanıqlı inkişafı bütün istiqamətlərdə güclü dövlət dəstəyinin bariz nümunəsidir. Prezident yerli və xarici media nümayəndələri üçün keçirdiyi mətbuat konfransında Vətən müharibəsindən qalib çıxan Azərbaycanın yaratdığı yeni reallıqları dünya ictimaiyyətinə bəyan etdi. 2020-ci il sentyabrın 27-də Ermənistan silahlı qüvvələrinin ölkəmizə qarşı növbəti hərbi təcavüzünə cavab olaraq ordumuzun əks-hücum əməliyyatlarına başlaması, Azərbaycan Ordusunun doğma torpaqlarımızı işğaldan azad etməsi zamanı dövlətimizin hərbi və siyasi gücünü bütün dünya gördü. Prezident İlham Əliyev 17 ildə həyata keçirdiyi siyasətin nəticəsində Azərbaycanı 30 ilə yaxın davam edən münaqişədə qalib tərəfə çevirdi. Ərazi bütövlüyümüzü birmənalı olaraq təsdiq etdi. Müzəffər Azərbaycan Ordusu cəmi 44 günə hərbi yolla 28 il düşmən torpağında qalmış qədim Türk torpaqlarını düşməndən azad etdi.

Dövlətimizin başçısının qətiyyətli addımları, milli maraqlara xidmət edən müstəqil siyasəti, xalqın rifahının yüksəldilməsi istiqamətində həyata keçirilən tədbirlər, ölkədə yaşayış səviyyəsinin yaxşılaşdırılmasına və Azərbaycanda sarsılmaz xalq-prezident birliyinə səbəb olan əsas amillərdir. Xalqımız ölkə başçısının ətrafında sıx birləşməklə dəmir yumruq oldu və bu Dəmir Yumruq düşmənin başını əzdi.

Bizi daha sıx birləşdirən və daha da güclü edən ifadə - Qarabağ Azərbaycandır!

Möhtərəm cənab prtezidentin Qarabağ Azərbaycandır! şüarı xalqımızın milli dilinin əzbəri və əsas şüarı oldu. Qarabağımızı Azadlığına qovuşduran, Azərbaycanımızı Tarixi Qələbəyə aparan da məhz elə bu dəqiq cümlə, qətiyyətli siyasət oldu. 44 günlük Vətən müharibəsində, haqqı döyüşümüzdə qazandığımız tarixi qələbə Haqqın, ədalətin təkcə mənfur erməni vandalları deyil, bütün dünyada olan qara qüvvələr üzərində qələbəsi idi.

Ölkə rəhbərinin həyata keçirdiyi islahatlar və uzaqgörən, məqsədyönlü xarici siyasət sayəsində Azərbaycan dünyanın ən qabaqcıl dövlətləri sırasında yer almışdır və xalqımız cənab İlham Əliyevin rəhbərliyi altında çox yaxın zamanlarda Zərəf tariximizin yazılacağından, ölkəmizin suverenliyi və ərazi bütövlüyünün bərpa ediləcəyindən tam əmin idi. Çünki Dövlət başçısının hər bir çıxışı, hər bir sözü tarixi reallığı əks etdirir və son dərəcə qətiyyətlidir. Tarixi qələbəni xalqımıza bəxş edən Prezident İlham Əliyevin çıxışlarında da qeyd etdiyi kimi, bizim sözümüz imzamız qədər keçərlidir. Hər kəs bu qətiyyəti görür və yaxşı bilir ki, Azərbaycan bütün öhdəliklərini qətiyyətlə yerinə yetirir, əməkdaşlıq etdiyi ölkələrdə rəğbətlə qarşılanır, etibar qazanır, bərabərhüquqlu tərəfdaş kimi qəbul edilir.

Bu İlahi ədalətin zəfər çalması idi

Ölkənin birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti, UNESCO və İSESCO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın öz çıxışlarında da qeyd etdiyi kimi "Azərbaycan xalqı işğalla heç vaxt barışmayacaq! Bizim torpağımız, Vətən uğrunda mübarizəmiz müqəddəsdir!
Bizim işimiz haqq işidir və Allah bizimlədir! Həqiqətən də Azərbaycan Əsgəri, Türk oğulları dünyada ədaləti bərpa etdi.
Bununla da Dövlətimizin başçısı, cənab İlham Əliyev ilə, həmçinin Ali Baş Komandanın əmrlərini son dərəcə məsuliyyətlə yerinə yetirən Azərbaycan əsgəri ilə qürur duyuruq, minnətdarlığımızı bildiririk.

Azərbaycan güclü dövlətdir və Azərbaycanın güclü ordusu var!Biz Dövlətimiz və dövlət başçımmız ilə qürur duyuruq. Çox yaxşı bilirik ki, Azərbayacının məqsədi bölgədə sülhün, sabitliyin bərqərar olmasıdır.
Bu yolda Allah hər daim yar və yardımçımız olsun.

Ziba Məmmədova
Ağsu rayon Kəndoba kənd tam orta məktəbinin
biologiya müəllimi


ZiM.AZ


.
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Rəy yazın: