Səadət Buta: "İYİLİK HEKAYƏLƏRİ" (Poema)

Səadət Buta: "İYİLİK HEKAYƏLƏRİ" (Poema) İYİLİK HEKAYƏLƏRİ

"Göstərəcək əşyalarım
yox mənim,
Anlatacaq hekayələrim var"

M. ŞAŞMAZ


İyilik eylə Adəm oğlu,
Bu dünyada iyilik qalar.
Güvənmə var-dövlətinə,
Fələk bir gün əldən alar.

İyilik edən qalmaz naçar,
İyiliklər qapı açar.
Kötü olma, iyilik bacar,
Daş atanlar, daş aparar.

İyilik əksən, gül bitirər,
Mətləblər yernə yetirər.
Səni Meraca götürər,
Şu cənnətdə yerin olar.
* * *
Gəl oxucum könül açan,
Söhbətdən, sözdən danışaq.
İyilik qəhrəmanı olan,
Muhsin Şaşmazdan danışaq.

Bir nəsilin karvanınnan,
O nəsilin Sarvanınnan,
Könüllərin Sultanınnan,
Doğrudan, düzdən danışaq.

Vətən himnini oxuyaq,
Çiçək dərək, gül qoxuyaq.
Sevgidən xalı toxuyaq,
Bahardan, yazdan danışaq.

Borçalı boru çalası,
Bozqurdların öz yuvası.
Dərmandı suyu, havası,
Ocaqdan, közdən danışaq.

Qızılhacılı Nərimannan,
Emin ağa meydanınnan,
Səməd bəyin dastanınnan,
Şenlikdən, sazdan danışaq.

Qoçlu Ömər, kor İsmayıl,
Faxralıda Nəbi şair,
Öz yurdunda qərib sayıl,
Bir az da bizdən danışaq.
* * *
Sınıq Körpü həsrət dolu yol çəkib,
Parçalanıb, paralanıb Borçalı.
Lənət gəlsin kim fərmana qol çəkib,
Öz yurdundan aralanıb Borçalı.

Torpağında min bir nemət bitirib,
Öz yükünü ləli-gövhər götürüb.
Neçə-neçə Mehralı bəy yetirib,
Qüdrətinnən cilalanıb Borçalı.

Sovet gəlib, gəl gör, bizə neyləyib,
Türkü, öz yurdundan sürgün eyləyib.
Bəyi-xanı saqqız kimi çeynəyib,
Dönə-dönə uralanıb Borçalı.

Vətənsiz gün ötər, ömür sayılmaz,
Sellər axar dağın daşı oyulmaz.
Can qıyılar, torpaq yada qıyılmaz.
Ürəyinnən yaralanıb Borçalı.
Səadət Buta: "İYİLİK HEKAYƏLƏRİ" (Poema) * * *
Gəl, oxucum əl çəkək,
Dedi-qodu, deyimnən.
Şirin bir söhbət açaq,
Qızılhacılı köyünnən.

Bu köyün dövranınnan,
Sultanınnan, xanınnan.
Hüseyin oğulları,
Yazlası dastanınnan.

Bu köyün özü gözəl,
Oğlu ər, qızı gözəl.
Toyda qara zurnası,
Mağarda sazı gözəl.

Burda yalan deyilməz,
Burda haram yeyilməz.
İgidlər dəli qanlı,
Ölər, yada əyilməz.

Hüseyin oğulları,
Bəlliydi öz adınnan.
Dar gündə arxa-haray,
Quş uçar qanadınnan.

Sovetin gəlişiylə,
Zaman tərsə dönmüşdü.
Bu nəslin Qara bəyi,
Təzəcə evlənmişdi.

Qızın adı Fatimə,
Özü sular sonası.
Getməmişdi əlinnən,
Hələ toyun xınası.

Ruslar at oynadırdı,
Türkün öz torpağında.
Camilər bağlayırdı,
Ərənlər oylağında.

Əlimizdən almışdı,
Quranı həm dinmizi.
Allahsız dünya qurub,
Bağlamışdı dilmizi.

Qara lələ heç zaman,
Ağa qara deməzdi.
Quran əhli, din əhli,
Haram tikə yeməzdi.

Bil su kimi içərdi,
Oxuyardı quranı.
O, haqqın aşiqiydi,
Heç sevməzdi yalanı.

Camidə dərs keçərdi,
Cocuklara Qurannan.
Qara yaman qorxurdu,
Tərsə dönən zamannan.

Xoş amalı var idi,
Dosta sirdaş, yar idi.
Hələ cavan yaşınnan,
Ustad ixtiyar idi.

Lələ bir səhər durub,
Yenə Camiyə vardı.
Qapını bağlı görüb,
Qanı yaman qaraldı.

Cami odalarına,
Kimsə buğda doldurub.
Gördükü qapısında,
Silahlı əsgər durub.

Lələ:- dedi budumu?
Qurulan yeni dünya.
Millətimi məhv edən,
Can alan, canı dünya.

Camini kim bağlamış,
Sordu Rus əsgərinnən.
Qəflətən çəkib aldı,
Silahını əlinnən.

Təfəng açılan kimi,
El yeridi meydana.
Yeddi əsgər öldürüb,
Boyadılar al qana.

Lələni qaçırdılar,
Fatmanıdı götürdü.
Keçib türk sərhəddini,
Öznü Karsa yetirdi.

Arpaçay Kürəkdərə,
Köyündə yuva saldı.
Qara lələ ölüncə,
Vətəndən ayrı qaldı.

Bəxt çoxundan yan keçdi,
Bu dünya yalan keçdi.
İllər, aylar dolandı,
Tərsinə dövran keçdi.

Sovet gəldiyi gündən,
Türk deyən dili kəsdi.
Doğradı, diri kəsdi,
Düz yüz il yolu kəsdi.

Lələnin oğlu oldu,
Allahdan qismət dedi.
Dünya güldü gözündə,
Adna Məhəmməd dedi.

Lələ nə eylədisə,
Bu köyə alışmadı.
Ömrü boyu qədərlə-
Qismətlə barışmadı.

Səadət Buta: "İYİLİK HEKAYƏLƏRİ" (Poema)Hey axtardı tapmadı,
Mənzil başı haradı.
Karsdan Muşa köç edib,
Öz yurdunu aradı.

Qondu Yoncalı köyünə,
Yurd seçdi, binə saldı.
Böyüdükcə Məhəmməd,
Ondan təsəlli aldı.

Qoyun-quzu saxladı,
Arpa-buğda bitirdi.
Məhəmmədə toy etdi,
Evinə gəlin gətirdi.

Hamı Qara lələdən,
Ürəklə danışırdı.
Gətirdiyi gəlində,
Ocağa yaraşıdı.

Bu qız mərifətli, gözəl,
Üzü xoş camal idi.
Yeriş-duruşu xanım,
Dili şəkər, bal idi.

Suda su dursa belə,
Xanım bir an durmazdı.
Qoca yollar yorardı,
Özü heç yorulmazdı.

Lələnin ocağında,
Hər il bir bayram oldu.
Allah verənə şükür,
On bir torun doğuldu.

Məhəmməd atasını,
Öznə sultan sanardı.
O öl desə ölərdi,
O qal desə qalardı.
* * *
Eşqdən doğuldu, nurdan yarandı,
Döndü yanan bir ocağa Məhəmməd.
O, on bir cocuğun atası oldu,
Bağban oldu barlı bağa Məhəmməd.

Nə şöhrət aradı, nə də var dedi,
Sevdiyi xanıma gözəl yar dedi.
Ehtibar axtardı, düz ilqar dedi,
Oldu mərifətdə ağa Məhəmməd.

Oğullar böyütdü özünnən bəlli,
Qızlar xanım-xatın bal-şirin dilli.
Açıq bol süfrəli, səxavət əlli,
Oxşadı vüqarlı dağa Məhəmməd.
Səadət Buta: "İYİLİK HEKAYƏLƏRİ" (Poema) * * *
Qara lələ qızlara,
Telli sonam deyərdi.
Birinə şirin bacım,
Birnə anam deyərdi.

Oğlanlara qardaşım,
Elim-obam deyərdi.
Muhsini əzizləyib,
Sənsən atam deyərdi.

Muhsin yeddinci cocuk,
Bir az dəli-doluydu.
Hamı onu sevərdi,
Lələnin göz nuruydu.

Lələ Araza dönüb,
Kür qoynuna axardı.
Muhsinin gözlərinə,
Ümüd dolu baxardı.

Bir gün qapı açılar,
Ay mənim Muhsin balam.
Borçalıya gedərsən,
Alınmaz altun qalam.

Bu ad sənə yaraşan,
Dünya dolu ad olar.
Lələnində məzarda,
Yornuq ruhu şad olar.

Fatma nənə gah tikmə,
Gah corab naxışlardı.
Səhər erkənən durub,
Axşamacan işlərdi.

Qazan asıb düşrərdi,
Nənələrin gözəli.
Xəngəl-xaşıl bişrərdi,
Gah da yağlı fəsəli.

Yaylada inəkləri,
Sağıb teşdə tökərdi.
Pendirdən çeçil yapıb,
Süddən qaymaq çəkərdi.

Belinə yaraşardı,
Ağ gümüşdən kəməri.
Dünya qədər sevərdi,
Fatma qarı Lələni.

Nənələrin xanası,
Çoxdandı aslı qalıb.
Toxunmayıb butası,
Deyillər küslü qalıb.

Darağı pas atıbdı,
İşləməyir cəhrəsi.
Naxırı dağ dolanmır,
Çalxanmayır nehrəsi.

Səadət Buta: "İYİLİK HEKAYƏLƏRİ" (Poema)Dünya şeytan yuvası,
Cin tərpədib oxunu.
Mən bir yuxu görmüşəm,
Yozan yoxdu yuxumu.

Darıxıram ay nənə,
Çox qorxuram ay nənə,
Bizi bir sel aparır,
Tut axıram ay nənə.
* * *
Muhsin kağızdan uçaq,
Gah da gəmi yapardı.
Birni göyə uçurub,
Birni suya atardı.

Gah quzu otarardı,
Gah aşıqnan oynardı.
Bir yerdə dayanmazdı,
Çeşmə kimi qaynardı.

Güldən kəpənək tutub,
Quşlara daş atardı.
Yorulanda dağlara,
Sökənərdi yatardı.

Qarpızın qabığına,
Uzun bir ip bağlardı.
Yaşıl arabam deyib,
Əzizlərdi saxlardı.

Lələ düz on səkkiz il,
Bostan əkib bitirdi.
Gəlib gedən yolçular,
Bu bağdan pay götürdü.

Muhsin hər gün bostanı,
Ələk-vələk edərdi.
Cocukları doyurub,
Sonra varıb gedərdi.

Muhsin hər vaxt deyərdi,
Ana, varlı olacam.
Köydəki cocuklara,
Mən oyuncaq alacam.

Anan qurban boyuna,
Əl tutan əlin olsun.
Amin, inşallah balam,
Gözəllik sənin olsun.

Məqsədin haradırsa,
Mənzilində oradır.
Mutluluq nə var-dövlət,
Nə altun, nə paradır.

Xanım ana yoxsullar,
Yetimlər anasıydı.
Gözəlliyi özünnən,
Suların sonasıydı.

Ürəyində min dilək,
Hər diləyi min çiçık.
Göylərdən enmiş mələk,
Nəvələr nənəsiydi.

Bağça-bostan bitirmiş,
On bir cocuq yetirmiş.
İylik görüb, götürmüş,
Xanımların xasıydı.
* * *
Uçdu quş qanadınnan,
Ay dolandı, il ötdü.
Muhsin okul bitirdi,
On yeddi yaşa yetdi.

Ayrıldı masal dolu,
Cocukluk dünyasınnan.
İstanbula yol aldı,
Lələnin duhasınnan.

Muhsin qaynar şəhərə,
Gedə-gedə alışdı.
Köyü qəlbinə yazdı,
Milyonlara qarışdı.

Hər gün yerinnən durub,
Təzə bir addım atdı.
Gah kuyumçu işlədi,
Gah da al qumaş satdı.

Muhsin xalası qıznı,
Sevib-seçib yar oldu.
Can deyib, can eşitdi,
Sevib bəxtiyar oldu.

Gün gəldi günnən gözəl,
İl gəldi ildən gözəl.
Bir cüt oğlu doğuldu,
Biri birinnən gözəl.

Bir kök üstə iki budaq,
Biri Mertdi, biri Ozan.
Türk oğludu Qarapapaq,
Qoç Koroğlu, Alparslan.
Biri Mertdi, biri Ozan.

Vətən eşqi, yar aşığı,
Haqq yolçusu, nur işığı.
Əslin, nəslin yaraşığı,
Biri xandı, biri sultan,
Biri Mertdi, biri Ozan.

Yenilməz Bozqurd balası,
Gözlərində Bəzz qalası,
Al bayraqlı yurd-yuvası,
İki dünya, yeddi cahan,
Biri Mertdi, biri Ozan.

Muhsin iyilik yapmaqdan,
Nə yoruldu, nə doydu.
Bir cəmiyyət yaratdı,
Adnı "İyilik" qoydu.

Aylar, illər ötüşdü...
Lələ, haqq divan gəldi.
Türkün yolu açıldı,
İstənən zaman gəldi.

Muhsin dedi:-Ay Lələ,
Eşit ruhun şad olsun.
Borçalıya gedirəm,
Yurd-yuvan abad olsun.

Lələ, elinə vardım,
Çöl-çəmən seyran oldu.
O gün Qızılhaclıda,
Bir gözəl bayram oldu.

Öpdüm dodaqlarımla,
Borçalı torpağını.
Seyr eylədim gözümlə,
Şu Babakər dağını.

Qohum-qardaş qol açdı,
Basdı məni bağrına.
Lələm elə kövrəldim,
Dözəmmədim ağrına.

Gözün bələndə qaldı,
Gedib-gələndə qaldı.
Ölüncə baxdın yola,
Təqsir qələmdə qaldı.

Baxdım, yolda yamacda,
Ayaq izini gördüm.
Qohumların gözündə,
Sənin gözünü gördüm.

Bu görüş heç bir zaman,
Çıxmaz mənim yadımnan.
Bütün köy danışırdı,
Lələ sənin adınnan.

Bir türkü donub qaldı,
Lələnin dodağında.
O türkü hey səslənir,
Muhsinin qulağında.
* * *
Başına dolanım ay gedən əylən,
Bəlkə məni xəbər aldı, o yerlər.
Denən həsrətinnən sayıl olmuşam,
Məni bəlalara saldı, o yerlər.

Elimi-obamı qarğın eylədi,
Türkü torpağınnan sürgün eylədi.
Mənnən betər olsun hər kim eylədi,
Sarı qulaqlara qaldı, o yerlər.

Dünyam qaranlıqdı çıraq döndərsin,
Namə yazanmıram varaq göndərsin.
Ölürəm gözümə törpaq göndərsin,
Mənimçün şəkərdi, baldı, o yerlər.

İyilik elə gözəldi,
Gecə doğan Ay kimi.
Susuz qalan torpağa,
Yağan yağmur çay kimi.

Muhsinin hər arzusu,
Diləyi gerçək oldu.
Oyuncaq payladığı,
Minnən artıq köy oldu.

Hər adamın qəlbində,
Qurdu iyilik sarayı.
Cocuklar sevindikcə,
Bol oldu sevinc payı.

Hərə bir iyilik etsə,
Dünya gülüstan olar.
Can deyər, can eşıdər,
Hamı mehriban olar.

Sönməz yurdun çırağı,
Dalğalanar bayrağı.
İnan vətən torpağı,
Cənnəti rizvan olar.

Bursa məkanı oldu,
Muhsin qəhrəmanımın.
İyilik xanı oldu,
Yazdığım dastanımın.

Qarapapaq türkləri,
Gör oxucum neylədi.
Azəri ordusuna,
Böyük yardım eylədi.

Muhsin hər addım başı,
Türk Azərbaycan dedi.
Erdoğanla İlhamım,
Yaratdı Turan dedi.

Qaytardı Qarabağı,
Yenilməyən Qurd oğlu.
Yurduna sahib çıxdı,
Türkün igid, mərd oğlu.
Səadət Buta: "İYİLİK HEKAYƏLƏRİ" (Poema) * * *
Zaman-zaman tarix yazıb,
Gör neçedi yaşın, Bursa.
Osmanlı paytaxt şəhəri,
Nələr çəkib başın, Birsa.

Haqdan yanar nur çırağın,
Ulu camin, Ulu dağın.
Cənnət bağıdı torpağın,
Ağ altundu daşın, Bursa.

Osman, Orhan sorağında,
Beyazıt nur qucağında.
Uyuyullar torpağında,
Qanlıdı yaddaşın, Bursa.

Çoxdu gözəlin, göyçəyin,
Dərmandı gülün, çiçəyin.
Əllərdə gəzib ipəyin,
Al-yaşıl qumaşın, Bursa.

Neçə Osman yetiribsən,
Neçəsini itiribsən...
Min bir nemət bitiribsən,
İsmin olub yaşıl, Bursa.

Yaxşı ata övladın,
Ünvanıdı, adıdı.
Yaxşı övlad atanın,
Bil qolu, qanadıdı.

Muhsin hər gün ömrünə,
Vurdu yeni bir naxış.
Oğlanları yanında,
Qarşısında ağ işıq.

Eşq Allahın nur payı,
Muhsin bu payı sevdi.
Qurdu iyilik sarayı,
Deyim gör nəyi sevdi.

Səhər doğan Günəşi,
Gecələr Ayı sevdi.
Dəryaya könül verdi,
Çeşməni, çayı sevdi.

Sevda dövlət-var deyil,
Sevgi sevmək ar deyil.
Sevda təkcə yar deyil,
Duzu, çörəyi sevdi.

Qışda yağan ağ qarı,
Payız yetirən barı,
Yazda əsən rüzgarı,
Yaydada yayı sevdi.

Sevmədi gövhər-ləli,
Sevdi doğan səhəri.
Gəzdi min bir şəhəri,
Yenə də Köyü sevdi.

Ömür yalan, gün oğru,
Nə gerçəkdi, nə doğru.
Muhsin Məhəmməd oğlu,
Ey oldu iyi sevdi.

Səadət Buta: "İYİLİK HEKAYƏLƏRİ" (Poema)

Səadət BUTA,
"Şərəf" ordenli şairə,
"Abdulla Şaiq", "Qızıl qələm"
və "Zirvə" mükafatları laureatı


ZiM.Az


.
Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Rəy yazın: