PƏRVANƏ SALMANQIZI (1974)

PƏRVANƏ SALMANQIZI (1974) Pərvanə Salman qızı Abdullayeva
- 10 noyabr 1974-cü ildə anadan olub.
Gənclik illərindən poeziya aşiqidir.
Şeirləri müxtəlif mətbuat orqanlarında
və ədəbi məcmuələrdə dərc olunur.
Bir neçə Fəxri fərman və mükafatla təltif olunub.

Biz də Pərvanə xanıma yeni-yeni yaradıcılıq uğurları arzulayır və aşağıda onun bir neçə şeirini dəyərli oxucularımıza təqdim edirik.

Firəngiz İBADOVA,
“Borçalı” nəşriyyatının ədəbi redaktoru
ZiM.Az



PƏRVANƏ SALMANQIZI (1974) İLHAM İLƏ ƏRDOĞAN

Qəhrəmansız çəsarətli,
Xalqımızın sevimlisi,
Babalar tək hünərlisiz,
İlham ilə Ərdoğan.

Xalqımızın sevir, sevəcək.
Çox yaşa deyib, dəyəcək.
Sizə ümüd bəsləyəcək,
İlham ilə Ərdoğan.

Müstəqil dövlətik,Şəhid qanıyla,
Zəfərlər qazandıq,oğlu,qızıyla.
Heydər-Atatürk yoluyla,
İlham ilə Ərdoğan.

Allahım; çox şükür,Türklər birləşdi,
Soyumuz Türk, Əjdadımız Türk bizim!
Türkün qəhrəmanları,
İlham ilə Ərdoğan.
29.06.2021


PƏRVANƏ SALMANQIZI (1974) ÜÇ RƏNGLİ
BAYRAQ!


Salam günəşli səhər,
Salam ana vətən,
Salam mavi Xəzərin,
Dalğasında canlanan.

Zəfərlərdən doğan,
Zəfər gətirən,
Qəhrəmanların başı üstə,
Zirvələrdə dalğalanan.

Qürurum,and yerim,
Canımdan çox sevdiyim,
Şanım, şöhrətim,
Üç Rəngli Bayraq!
15.06.2021


MİLLİ ORDUMUZ

Vətənimdir,Qəhrəmanlar vətəni,
Ey Azərbaycanın,ər oğulları,
Girdiyin döyüşdə,göstərdin hünər,
Vətənin Qəhrəman oğulları.

Döyuşdün meydanda,Aslan təki sən,
Hər döyüşdə,göstərdin hünər,
Ana vətən övladına güvəndi,
Qorudu vətəni yağı düşmənən.

Biri şəhid oldu,o biri qazi,
Vətənin uğrunda gedən oğullar,
Tarixə adını yazan oğullar,
Sançdılar Qarabağa,Üç rəngli Bayraq.
Vətən göylərində,günəş tək doğan,
Biz nəyə qadirik,bilsin düşmənlər,
Qalxıbdır ayağa, Milli Ordumuz.
Verib xeyir-dua analarımız.
Bu gün qələbə çaldı, Milli Ordumuz,
Qalxıbdır ayağa,Ulu yurdumuz,
Zəfər Qələbəsi,keçirir vətən,
Milli Ordumuz:Adınla bağlıdır, bütün zəfərlər.
21.12.2020


PƏRVANƏ SALMANQIZI (1974) İLQAR MİRZƏYEV

(Hörmətlə anırıq)

Həyatı səngər,
Arxasında keçən,
Qürurla andığımız,
İlqar Mirzəyev.

Canından qanından keçdin,
Şəhidlik zirvəsinə ucaldın,
Vətənin Qəhrəman oğlu,
İlqar Mirzəyev.

Vətən şöhrətin,şücayətindir,
Hak'k yolunda,hak"kla döyüşdün,
Vətənin şəhid oğlu,
İlqar Mirzəyev.

Üç rəngli Bayraqla,
Zirvələri fəth etdin,
Tarixlərdə yaşayan,
İlqar Mirzəyev.

Ölməzliyə ucaldın,
Allaha əmanət oldun,
Dillərdə dua oldun,
İlqar Mirzəyev.

Hak'k dünyasında,
Hak'ka qovuşdun,
Peyğəmbər şahidin oldu,
İlqar Mirzəyev.
09.05.2021


YURDUMUN QAZİLƏRİ

Canını qurban verdin,
Canını itirmədin,
Qazi tək qaldın yadda,
Yurdumun Qaziləri.

Aslan tək döyüşər,
Qorxu bilməz igidlər,
Sinəsin sipər edər,
Yurdumun Qaziləri.

Vətən dardadır deyib,
Öndə gedərlər,
Vətənin mərd oğulları,
Yurdumun Qaziləri.

Sən torpaq uğrunda,
Gözünü itirsən də,
Hiss edib gedərsən,
Yurdumun Qaziləri.

Bədənində qəlpələr,
Aslan kimi döyüşər,
Düşmənə qan uddurar,
Yurdumun Qaziləri.

Qolunu qurban verdin;
Heç vaxt ümüdünü,
Özünü itirmədin,
Yurdumun Qaziləri.

Sizin kimi igidlər,
Vətənin keşiyində,
Qazi tək qaldı yadda,
Yurdumun Qaziləri.

Düşmənlə üz-üzə,
Ölümlə üz-üzə,
Özünü itirmədi,
Yurdumun Qaziləri.

Sən hakka gedən yolda,
Bombalar düşən yolda,
Güllələr ötən yolda,
Yurdumun Qaziləri.

Zəfərə gedən yolda,
Qələbə inamı ilə,
Düşməni məğlub edən,
Yurdumun Qaziləri.

Hünər meydanında,
Yağı düşmənin,
Canına vəl-vələ salan,
Yurdumun Qaziləri.

Bütün şəhidlərin,
Qisasın alıb,mənfur düşmənən,
Vətənin oğulları,
Yurdumun Qaziləri.

Bütün eli-obanı,
Əsrin igidləri,
Köçüb tarixlərə,
Yurdumun Qaziləri.

Zəfər qılıncını,taxıb belinə,
Düşmənin köksünə,taxıb igidlər,
Canından çox sevər,ana vətəni,
Hakk yolunda savaşar,hakka inanar,
Yurdumun Qaziləri.
19.12.2020


PƏRVANƏ SALMANQIZI (1974) ATA DEYİLMİ?!

Allahın lütfü,
Övladına həyatı,
Bəxş edən,
Ata deyilmi?!

Övladın arxası,
Dayağı ,dostu,
Sirdaşı, dərdlərinə,
Ortaq, Ata deyilmi?!

Övlad böyüyüb hər,
Düşəndə çətinə,
Düşəndə dara,
Sinəsin sipər edən,
Ata deyilmi?!

Övladın böyüdüb,
Ta sonunacan,
Geçəsin gündüzə,
Qatan,Ata deyilmi?!

Qazanın Atanın,
Xeyir,duasını,
Allahın istəyilə,
Bizə həyat verən,
Ata deyilmi?!
21.06.2021


PƏRVANƏ SALMANQIZI (1974) BİLMİRƏM

Səni görməyəndə,
Fikrin başımda,
Xəyalın gözümdə,
Yata bilmirəm.

Ayrılıq yamandır,
Min bir,dərdə salandır,
Sənin həsrətinlə,
Qala bilmirəm.

Gecələr uzundur,
Qara gecələr,
Hicrinə gecələr,
Dözə bilmirəm.

Vurmusan qəlbimə,
Yara gecələr,
Dərdlərə salmısan,
Məni bilmirəm.
21.06.2021

ZiM.Az PƏRVANƏ SALMANQIZI (1974)

.
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Rəy yazın: