Songül Ədilova (1998)

Songül Ədilova (1998)Songul İlham qızı Adilova - 1998-ci il oktyabrın 5-də Şəki rayonunda anadan olub.
Orta məktəbi əla qiymətlərlə bitirib.
2019-cu ildə tibb məktəbinə daxil olub və 2021-ci ildə həmin məktəbi "Qırmızı diplom"la bitirib.
Vətənpərlik ruhu ilə böyüyən Songül bu mövzuda şeirlər və məqalələr yazıb.
Elə o baxımdan təhsil aldlğı Akademiyada müxtəlif diplomlar və sertifikatlarla təltif olunub.
II Qarabağ müharibəsində tibb bacısı kimi ön cəbhəyə getmək istəsə də tam bitirmədiyinə görə alınmayıb.
Ən böyük arzusu Vətən uğrunda şəhid olmaqdır.
İdeal saydığı yeganə qadın şəhidimiz Arəstə Baxışovadır.
Daim şəhidlərin əziz tutaraq, qazilərə baş çəkir.
Qayğıya ehtiyacı olana kömək və qayğı göstərir.

Songül həm də poeziya şiqidir. Özü də şeirlər yazır.

Songül Ədilovaya bu gözəl missiyada və yaradıcılıq işlərində yeni-yeni uğurlar arzu edirik...
Vətənə sevgisi heç tükənməsin!..
Və aşağıda onun bir neçə şeirini dəyərli oxucularımıza təqdim edirik.


Ümmü ASİMAN,
ZiM.Az




ŞƏHİDİM


Meydanlara ilk özünü yetirən,
Ürəklə döyüşə gedən şəhidim.
Neçə ev-ocağa atəş düşürən,
Üçrəngli bayrağa, bürünən şəhidim...

Düşmən gülləsinə köksünü gərən,
Qanıla torpağı suvaran, şəhidim.
Vətəni üğrüna ,canını verən,
Gözünü qırpmadan ölən şəhidim...

Meydanda namərdcə,vuruşmaq olmaz,
Kişilik məktəbi, olan şəhidim.
Xainin etdiyi, məşhərə qalmaz,
Mübarizdən, örnək alan şəhidim...

Qəlbindəki vətən sevgisi sönməz,
Ananın ürəyinə, dağ çəkən şəhidim
Vətənim bölünməz, şəhidim ölməz,
Ölümü ilə olməz olan şəhidim...

Sağ qalanlar qazı,ölənlər şəhid,
Zülmətə işıq çiləyən, şəhidim.
Yerini tutur,yüz-minlərlə igid,
Qeyrət tacım, uca zirvəm şəhidim...

Ey xalqım, millətim sağ olsun başın,
Qürurum, iftixarımız şəhidim.
Sevinir alınan torpağın ,daşın,
Al qanıla, tarix yazan şəhidim...


Songül Ədilova (1998) UŞAQ GÜNÜMÜZ!..

1 iyun - Beynəlxalq Uşaq bayramımız,
İnşallah, firavan olar dövranımız.
Tarixə çevrilər Korona-virus,
Daim bizimlə olsun ata-anamız!

Əzizdir, sevirik vətənimizi,
Qaytardıq Qarabağ elimizi!
Haqq-ədalət, sülh bərqərar olsun,
Bütün dünya eşitsin, səsimizi!

Yer üzünü qara bulud almasın!
Zəlzələ, təbii fəlakət olmasın!
Göydə pərvaz etsin sülh göyərçini,
Top lüləsinə, çiçəklər taxılsın!
Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Rəy yazın: