Qalibə Cəfərova

Qalibə CəfərovaQalibə Cəfər qızı Cəfərova - Qax rayonu İlisu kəndində anadan olmuşdur. Qalibə Cəfərova (İlisulu) Avrasiya Universitetində Stomotologiya və Bakı Slavyan Universitetinin Yaradıcılıq fakültəsini bitirmişdir. İstanbulda yaşayır. Ailəlidir.
2011-ci ildən Azərbaycan Yazıçılar Birliyinin üzvüdür.
2011 ci ildə “Qızıl Qələm” mükafatı layiq görülmüşdür.
9 kitabın müəllifidir. 2009-cu ildə “Vətən səni, Vətən məni çağırır”, 2010-cu ildə “Ayselim”, 2011-ci ildə “Bayatılar”, 2011-ci ildə 3 cilddə “Məhəbbət şerləri”, 2011-ci ildə “Sözün Qurbanıyam”, 2012-ci ildə “Azərbaycan Məmləkətim mənim”, 2016-ci ildə “Vətən” işıqüzü görüb.
Eləcə də, şeirləri ”Zirvə” poeziya antologiyasında, “Gönül qəhvəsi”, “Edebiyat Sofrası”, ”Türk Tasavvuf şirleri”, "Şair Bakışlı kalemler", antologiyalarında, həmçinin ”Türk Dünyası Şairlər antologiyası”da və ”İlisu” ensklopediyasında yer almışdır.
Şerləri, məqalələri bir çox qəzet və jurnallarda dərc olunur, şerlərinə mahnılar bəstələnmiş, kliplər çəkilmişdir.
Dəfələrlə “QAFQAZ–MEDİA“ İctimai Birliyinin diplomlarına layiq görülmüş, Ankara Sanat ve Kültür etkinlikleri çərçivəsinde keçirilən şeir yarışmasında 2014-cü ildə “Biz türklərik kimsəyə baş əymərik“ şerinə görə Türkiyə üzrə 1-ci yerə və “ALTIN KALEM “ ödülünə layiq görülmüşdür.
2016-cı ildə “İki dövlət tək millət“ projesi çərçivəsində keçirilən tədbirdə “İki dövlət tək millət” şerinə görə 2-ci yerə layiq görülmüşdür.
2015-ci ildə Türk Dünyası Girişimçi Ödülü, şeir yarışması Birincilik Kupası, “Başarılı kadın” ödülünə Türkiyə Sanat və Ankara Sanat Platformu tədbirlərində layiq görülmüşdür.
Antalya Sanat Edebiyat dergisində, Anadolu dergisində məqalələri dərc olunmuşdur.
2015-ci ildə Bursada keçirilən 28-ci Altın Karagöz festivalının iştirakçısı olmuşdur, xeyriyyətçidir.
Vaxtaşırı televizya və radio proqramlarında qonaq olmuşdur.
2012-ci ildə “Bir addım” adlı şerinə tanınmış rejissor Natiq Novruzov tərəfindən klip çəkilmişdir.

AZƏRBAYCANIMA OĞULDU OĞUL İLHAM

Tarix yazan böyük Sərkərdə Ali Baş Komandan İlham Əliyev Cənablarına

Qalib gəldi qalib, qalib Komandan
Nəsillərə örnək, dillərə dastan
O, ellərə məlhəm, ellərə loğman
Millətinə arxa, dayaq olub, can
Qalib ölkəsinə, qalib Komandan.

Alışdı yandı o, hər an, hər zaman
Onunçün vətəndi, keçdiyi hər an,
Sülh ilə, Qələbə qazandı haman.
Azad ölkəsinə, azad Komandan.

O, hürr Sərkərdədir, tarixin yazan
Yalana amansız, xainə yaman,
Ulu Heydər oğlu yoluna rəvan
Odlar ölkəsinə, yanan Komandan.

Siyasət meydanı sorulur ondan
Haqq deyir, cavabı sərt olur haman,
Ordunu, yurdunu qoruyan, duyan
Həyan ölkəsinə, həyan Komandan.

Qoyulsun heykəli həmən zirvədə
Düşmənlər qırılsın qalsın kölgədə,
Qəhrəmanıma min-min yazılsın dastan
Azərbaycanıma haqqdır, halaldı İlham
Azərbaycanıma oğul, oğuldu İlham.
Noyabr 2020

BİZ TÜRKLƏRİK KİMSƏYƏ BAŞ ƏYMƏRİK

Qardaşlıqla, sədaqətlə birgəyik
Ürəklərə, könüllərə dəymərik
Amalımız, gümanımız bir bizim
Biz türklərik kimsəyə baş əymərik.

Düz ünvanda, düz yolda birləşərik
Düz inanca, düz inama gələrik
Məsləkimiz, millətimiz bir bizim
Biz türklərik kimsəyə baş əymərik.

Əl tutarıq, daima əl verərik
Elimizi, dilimizi sevərik.
Yol göstərən mayakımız bir bizim
Biz türklərik kimsəyə baş əymərik.

Yolumuzdan sərhədləri silərik
Azadlığın toxumunu səpərik
Həm canımız, həm qanımız bir bizim
Biz türklərik kimsəyə baş əymərik.

Xəzərimin sularında üzərik
Qara dənizimə körpü çəkərik
Sellərimiz, sularımız bir bizim
Biz türklərik kimsəyə baş əymərik.

Oxu şerim, oxu dostum bil gərək
Türkün-türkə can dostluğu bil gərək
O tay, bu tay hər ikisi bir bizim
Biz türklərik kimsəyə baş əymərik,
Biz türklərik kimsəyə baş əymərik.


NE MUTLU TÜRKÜM DİYENE
BEN TÜRKÜM NE MUTLU BANA


Ben türküm
Ne mutlu bana,
Düşmanım kalsın
Yakıla-yana.

Ay yıldızım var
Göklerde parlar,
Güneşin özü
Ondan, nur alar.

Al-kırmızıdır
Şanlı bayrağım,
Şehitlerimden
Almış, boyağın.

Önde giderim
Arkama bakmam,
Zafer marşına
Göklenmış havam.

Toprak, ant yerim
Toprak, yurt yerim,
Bir parçasından
Geçmem, bilirim.

Böyle büyüdüm
Çocukluğumdan,
Bayrak ve vatan
Aziz canımdan.

Yolunda ölmek
Şan -şerefimdir,
Kalibiyetim
Hep zaferimdir.

Hiç doyamadım
Türkçülüyümden,
Soyköküm belli
Ülküçülüyümden.

Bozkurtam annem
Asenam benim,
İşaretim var
Dünyaya yemin.

Ne korkarım ben
Ne de, kaçarım,
Nerde ırkım var
Orda varım ben.

Komandanımın,
Askeriyim ben,
Memleketimin
Türk oğluyum ben.

Gururla bakar
Turan yoluma,
Türk oğu, türkem
Ne mutlu bana
Türk oğlu türkem
Uğurlar ola…
17.10.2021

ZƏFƏR ORDUMA
QƏLƏBƏDİR MƏNİM ADIM

Addım-addım yaxınlaşan
Mən zəfərimin səsiyəm,
Şəhidəm, halaldı südüm
Od anamın nəfəsiyəm.

Axan, qanlı Arazam mən
Ürəyimi iki bölən,
Təbrizim yarasıyam
Vətən, səninləyəm deyən.

Zülüm görən, zəncirlənən
Millətimin səsiyəm,
Azadlıqçün candan keçən
Azərbaycan ölkəsiyəm.

Qorxaqlara gülən mənəm
At üstündə doğan mənəm,
Vətən üçün, sinə yaran
Güllə olub, yağan mənəm.

Nə gözəl bir, orduyam mən
Türk qanıdır axan qanım,
Baxın, necə möhtəşəmdir
Bayrağım, hilal, ayım.

Qarabağlı balasıyam
Qarabağı alasıyam,
Şəhidlərimin qanını
Düşmənimdən sorasıyam.
Qələbədir mənim adım
Qələbədir alın yazım,
Qələbədir azadlıqdır
Mənim andım, mənim andım.
8 noyabr 2020

İkinci Qarabağ müharibəsində həm ön,
həm də arxa cəbhədə vətənimizin hər halını
və erməni vəhşiliklərini, haqq səsimizi dünyaya çatdıran
qəhrəmanlıq göstərən igid əsgər zabitlərimizin yanında olan
igid, qəhrəman qızımız sevgili Fülya xanıma sevgilərimlə -
Allah sehirli mikrafonunu səsini heç zaman susdurmasın.
Amin inşallah.


QARABAĞ AZƏRBAYCANIMIN QIZI


Fulya xanıma

Ön cərgədə reportaj var
Fulya xanım cəbhədədir,
Açılmamış yeni şərhlər
Yeni faktlar dilindədir.

Qorxmazdır o, Asenadır
Vətən torpağı doğmadır,
Yorulmayır, usanmayır
O, istiqlal yolundadır.

O, irəli gedir hər an
Əsgərimin yanındadır,
Bir ürəkdən, min ürəyə
Can olmaq, türk qanındadır.

Dayan deməz kimsə, ona
Onu susdura bilməz,
Hər xəbəri, tağ edərək
Paylaşma, söyləyə bilməz.

Diqqətlidir, o dəqiqdir
Canını fəda eləyir,
Haqqı uğrunda, vuruşan
Elini, nida eləyir.

İlk gündən, son günə qədər
Cəbhələr yuvası oldu,
Yurdumun doğma, əziz
Sevilən balası oldu.

Hər birimiz səni sevdik
Ön cəbhəni, yaxın etdin,
İki dövlət, bir millətin
Birliyini tağın etdin.

O ər iğid, qəhrəmandır
Ona, hər bir ad yaraşır,
Qarabağ Azərbaycan
İgid qızından danışır.

Qələbədə sənin payın
Sənin də, hünərin vardır,
Azərbaycan anan adlı
Elin, vətənin vardır.

Duasını aldın hər an
Sən müqəddəs torpağımın,
Sən də, bu gün bir qızısan
Qarabağ Azərbaycanımın
Gur yanan türk ocağımın
Turan adlı ocağımın.
29.11.2020

ZiM.Az

.


Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Rəy yazın: