MÜZƏFFƏR KOMANDAN, MÜZƏFFƏR ƏSGƏR

MÜZƏFFƏR KOMANDAN, MÜZƏFFƏR ƏSGƏR Əritdin qarları, sönməz günəştək,
Ruh verdin, can verdin ana torpağa.
Kor etdin, düşməni bir qor atəştək,
Köz verdin, od verdin doğma ocağa.

Səninlə fəxr edir,qürur duyuruq,
Halaldır pak südün müzzəfər əsgər,
Ədalət carçısı, o dəmir yumruq,
Sən etdin, sinəni xalqına sipər.

Şükürlər olsunki bu həsrət bitdi,
Ümmantək istərəm çağlayam, coşam.
O qara buludlar səmadan getdi,
Azadsan sən artıq ey doğma Şuşam.

Sücaət önundən yağılar qaçdı.
Haqqa, ədalətə töhfə bu zəfər,
Tarixdən silinməz səhifə açdı.
Müzəffər komandan, müzəffər əsgər,

Əncam Vələdov,
Qusar rayonu.

ZiM.Az


.
Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Rəy yazın: