MİNNƏTDARLIQ!..
Dəyərli eloğlumuz, əziz dostum-qardaşım, tələbə yoldaşım Muraz Hüseynovla internet vasitəsilə əlaqə saxlasaq da, düz 25 il idi ki, görüşmürdük.
Bu yaxınlarda mən ona bildirəndə ki, Peterburqa elmi konfransa gələcəyəm, sevindi və mütləq görüşməyimizi xahiş etdi...
Sağ olsun, hətta onu da bildirdi ki, nə zaman gəldiyini yaz, elə aeroportdaca qarşılayım...
Biz bir neçə nəfərdən ibarət qruppa olduğumuzdan mən ona əziyyət vermədən konfransın keçiriləcəyi yerə getdim və bildirdim ki, konfrans martın 16-da bitdikdən sonra, inşallah mütləq rahat şəkildə görüşərik...
O isə elə həmin gündən durmadan bizi qonaq dəvət edirdi...
Nəhayət ki, Martın 14-də əziz və müqəddəs bir gündə -- İl-axır - Torpaq Çərşənbəsində - günortadan sonra vaxt tapıb Murazla görüşə gəldim...
Və biz düz 25 ildən sonra Peterburqda yenidən görüşük...
Əvvəlcə müqəddəs Borçalımızın adını Peterburqda şərəflə daşıyan "Borçalı" kafesində çay içdik...
Yeri gəlmişkən, Müqəddəs ata yurdumuz BORÇALInın adını Sankt-Peterburq şəhərində şərəflə yaşadan və bundan qürur duyan dəyərli eloğlularımız - Əşrəf və Kamil Əhmədovlara təşəkkürlər və yeni-yeni uğurlar!!!!
Sonra vaxtımın az olmasına baxmayaraq məni təkidlə evinə apardı...
Gözəl ailəsi var!.. Ömür-gün yoldaşı İlhamə xanım da elə bizim tələbə yoldaşımız olub.
Həm də o, adi tələbə yoldaşlarımızdan biri yox, Cəfər Cabbarlı adına təqaüdə layiq görülən, sayılıb-seçilən, əlaçı və nümunəvi tələbələrdən idi!..
İndi 2 gözəl gül balaları var. Hər iksi dərslərindən müvəffəqiyyət qazanan məktəblidir. Olduqca şirin-şəkər, səmimi və mehriban qızlardılar...
Arzu edirəm ki, hər ikisinin gələcəyi parlaq və xoşbəxt olsun!..
Xeyli söhbət etdik... Tələbəlik illərimizə qayıtdıq... Neçə-neçə xatirələri yada saldıq...
Bir sözlə, unudulmaz bir gün yaşadıq!...
Belə bir gözəl gün üçün mən əziz dostum-qardaşım Muraza, onun ailəsinə, çox hörmətli İlhamə xanıma, qızlarına, yaxın qohumları Daşqın bəyə, eləcə də dəyərli eloğlumuz Kamil Əhmədova təşəkkər edir və öz dərin minnətdarlığımı bildirirəm...
Martın 16-da yenidən görüşdük...
Muraz qardaşım bizi bütün günü öz şəxsi maşını ilə Peterburqda gəzdirdi, Peterqofa apardı...
Daha bir Unudulmaz gün yaşadıq...
Və həmin gecə bizi Pulkova aeroportundan Moskvaya yola saldı...
Moskvada isə məni digər dostlarım gözləyirdi...
Var olun, dostlar!.. İl-axır - Torpaq Çərşənbəniz mübarək!..
Və fürsətdən istifadə edərək, qarşıdan gələn Novruz Bayramınızı da ürəkdən təbrik edirəm...
Sizlərin hamınıza bu müqəddəs gündə yeni-yeni uğurlar arzulayıram!...
Böyük hörmət və ehtiramla,
yenidən görüşmək ümidiylə,
Müşfiq BORÇALI,
17.03.2017-ci il.
.
Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.