TƏZƏDƏN VURULDUM NAXÇIVANA MƏN...

TƏZƏDƏN VURULDUM NAXÇIVANA MƏN...TƏZƏDƏN VURULDUM NAXÇIVANA MƏN... TƏZƏDƏN VURULDUM NAXÇIVANA MƏN... TƏZƏDƏN VURULDUM NAXÇIVANA MƏN... Bu yaxınlarda Naxçıvan şəhərinə yolum düşmüşdü.. Sonuncu dəfə Muxtar Respublikada 1989 cu ildə ezamiyyətdə olmuşdum. O Naxçıvanla bugünkü Naxçıvanı müqayisə etmək qətiyyən mümkün deyildi. Sanki gözəllər-gözəli Paris şəhərinə düşmüşdüm.

Bugünkü Bakımızı mən həmişə Texasla, Dubayla, başqa gözəl şəhərlərlə müqayisə etdiyim halda bugünkü doğma Naxçıvanımı isə özümdən qeyri-ixtiyari kiçik Parisə bənzətdim. Şəhər nə qədər təmiz və səliqəli olarmış, İlahi ?! Yüksək zövqlə təmir, bərpa olunmuş yaşayış binaları,onarın yaraşıqlı dam örtükləri adamı heyran edirdi. Parklarda, xiyabanlarda, uşaqların və ahıl adamların, ağsaqqal ziyalılarımızın rahat istirahətləri üçün yaradılan şərait şəhərin hər bir qonağını vurğun etməyə bilmirdi.Şəhəri gəzməkdən doymadığım üçün bir günlük nəzərdə tutduğum səyahətim üç günə də tam yekunlaşmadı.Hər küçəni, hər dalanı görmək, mikrorayonlarda,,mərkəz və ətraf ərazilərdə yaradılan gözəlliklərdən zövq almaq istəıyirdim.Naxçıvanda və ətraf rayonlarda inşa olunan inzibati binalar, orta məktəblər, uşaq baxçaları üçün tikilən, əsaslı təmir olunan təlim və tədris mərkəzləri, idman sarayları yaxınlıqdan ötən hər bir kəsi ayaq saxlamağa, bu gözəllikdən zövq almağa həvəsləndirirdi.Mərkəzdə göz oxşayan, yüksək zövqlə inşa olunmuş "Təbriz" mehmanxanasında qalırdım. Bu mehmanxanada fəaliyyət göstərən işçi personalının əxlaqi keyfiyyətlərinə bütün varlığımla vuruldum.Dünyanın heç bir yerində müşahidə etmədiyim ən yüksək etik müraciət normalarının məhz bu mehmanxana işçilərində olduğunu gördüm.
Mehmanxana rəhbərliyi hər gün yaşadığımız otağa baş çəkir, istirahətimizin necə keçdiyi ilə maraqlanırdı. Hətta nahar, yaxud şam yeməyinə gecikdiyimiz vaxtlarda yeməkxana rəhbərliyi narahat olur, bir problemin olub-olmadığını öyrənmək üçün otağa zəng edib maraqlanırdı.Bu, sadəcə bir mehmanxana daxilində nəzərə çarpan nizam-intizam qaydaları deyildi,bu, sevimli Naxçıvan xalqına xas olan qonaqpərvərlik, alicənablıq, açıqürəklilik nümunəsi idi.Ulu Öndər Heydər Əliyev Haxçıvana rəhbər vəziifəyə təyin olunanda da bu böyük xalq öz mətin iradəsini,prinsipiallığını nümayiş etdirmişdi və Paytaxtın o vaxtkı rəhbərliyinin iradəsinin əksinə olaraq öz taleyini məhz böyük Naxçıvan öğlu olan Heydər Əliyevə etibar etmişdidi.
Bu günsə Ümummilli Liderin Naxçıvanla bağlı nəzərdə tutduğu genişmiqyaslı quruculuq işlərini Azərbaycanın dəyərli oğlu, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov böyük əzmkarlıqla həyata keçirir. О, gözəlləşən Naxçıvanda Heydər Əliyevin müqəddəs ruhunu, bənzərsiz ətrini yaşadır.Yuxarıda sadaladığım, Naxçıvan gerçəkliklərini ərsəyə gətirən də elə bu dəyərli Vətən oğludur - Vasif Talıbovdur.
Bu gün əminliklə demək olar ki, Naxçıvan rəhbərliyi olduqca etibarlı əllərdədir.

TƏZƏDƏN VURULDUM NAXÇIVANA MƏN... Ulu Tanrıdan Vasif müəllimə uzun ömür, cansağlığı diləyirəm. Dövlətçiliyimizin möhkəmlənməsində, Heydər Əliyev ideyalarının Muxtar Respublikada həyata keçirilməsində Vasif Talıbov kimi qeyrətli oğulun əməyini qədirbilən xalqımız daim yüksək dəyərləndirir. Qəlbi daim vətənə məhəbbət hissi ilə döyünən, Heydər Əliyevin siyasi varisi olan Möhtərəm Cənab Prezidentimiz İlham Əliyevin siyasi kursunu Muxtar Respublikada reallaşdıran Vasif müəllim haqqında bu sətirləri qələmə alarkən xalq şairi Bəxtiyar Vahabzadənin "Yaşamaq yanmaqdır" şeirindəki bu misraları qeyri-ixtiyari xatırladım və dəyərli oxucularımıza da xatırlatmağı özümə borc bildim: - Yaşamaq yanmaqdır, yanasan gərək, Həyatın mənası yalnız ondadır...

Valeh MİRZƏ,
Şair-publisist.



.
Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Rəy yazın: