“İngiltərənin geosiyasi maraqlarında “erməni məsələsi”nin yeri və Azərbaycana təsiri (1917-1920)” - Dostumuzun kitabı çap olunub... TƏBRİK EDİRİK!..

“İngiltərənin geosiyasi maraqlarında “erməni məsələsi”nin yeri və Azərbaycana təsiri (1917-1920)” - Dostumuzun kitabı çap olunub... TƏBRİK EDİRİK!..
* * * * *
AMEA Naxçıvan Bölməsinin
Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun şöbə müdiri,
eyni zamanda Naxçıvan Dövlət Universitetinin “Beynəlxalq münasibətlər” kafedrasının müəllimi, tarix üzrə fəlsəfə doktoru, dosent Emin Arif Şıxəliyevin
Böyük Britaniyanın arxiv materialları əsasında hazırladığı “İngiltərənin geosiyasi maraqlarında “erməni məsələsi”nin yeri və Azərbaycana təsiri (1917-1920)” adlı monoqrafiyası çap olunub.


* * * * *

ZiM.Az NAXCİVANXEBERLERİ.COM-a istinadən bildirir ki, Emin Arif Şuşa qrantı layihəsi çərçivəsində Londona ezam olunmuş və İngiltərənin Milli Arxivlərində çalışaraq obyektiv materiallar əsasında mükəmməl bir tədqiqat işi ərsəyə gətirmişdir. Həqiqətən də Böyük Britaniya arxivlərində yer alan sənədlər tarixi reallıqların ortaya çıxarılması və araşdırılan problemin daha obyektiv kriteriyalar içərisində dəyərləndirilməsi baxımından olduqca vacibdir.

Əsərin əsas elmi yeniliyi ondan ibarətdir ki, indiyə qədər bizlər XX əsrin əvvəllərində Azərbaycanda, o cümlədən Naxçıvanda ermənilər tərəfindən törədilən soyqırımı cinayətlərini, qaniçən Andranik və onun kimi quldurların rəhbərlik etdiyi silahlı dəstələrin başımıza açdıqları fəlakətləri yalnız özümüzün yazdığı əsərlər və digər materiallar əsasında öyrənirdiksə, artıq bu əsərdə baş verən cinayətləri sırf Böyük Britaniyanın arxiv materiallarından əldə olunmuş mənbələr əsasında öyrənirik. Düşünürük ki, erməni iddialarına tutarlı şəkildə cavab vermənin və ermənilərin əsl iç üzünü dünya ictimaiyyəti ilə tanış etmənin bu cür obyektiv materiallar əsasında hazırlanmış əsərlərlə mümkündür. İnanırıq ki, bu kitab erməni iddialarına ən sərrast bir cavabdır.

Biz də Emin müəllimi yeni kitabının işıqüzü görməsi münasibətilə ürəkdən təbrik edir və ona gələcək elmi-tədqiqat işlərində yeni-yeni uğurlar arzulayırıq!..

Mehman ŞABANOV,
Naxçıvan
.


.
Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Rəy yazın: