AMEA Naxçıvan Bölməsinin İnformasiya şöbəsindən ZiM.Az-a bildiriblər ki, AMEA Naxçıvan Bölməsi Rəyasət Heyətinin qərarı ilə Naxçıvan “Əcəmi” Nəşriyyat-Poliqrafiya Birliyində çap olunan kitabın elmi redaktoru AMEA-nın həqiqi üzvü İsmayıl Hacıyev, rəyçilər AMEA-nın müxbir üzvüləri Fəxrəddin Səfərli və Əbülfəz Quliyevdir.
Kitab Azərbaycanın dövlət müstəqilliyinin qorunub saxlanılmasında, möhkəmləndirilməsində, xalqımızın taleyində, mənəvi, siyasi, ictimai həyatında, dövlət quruculuğunda misilsiz xidmətlər göstərən böyük öndər Heydər Əliyevin çoxcəhətli fəaliyyətindən, dahi öndərin Azərbaycan xalqı qarşısındakı əvəzsiz tarixi xidmətlərindən bəhs edir. Nəşrin ilk səhifələrində Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpasının iyirmi beşinci ildönümü haqqında Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin 11 oktyabr 2016-cı il tarixdə imzaladığı sərəncam əks olunub.
Müstəqil Azərbaycanın keçdiyi inkişaf yolu, qazanılan uğurlar, ölkədə aparılan quruculuq və yenilənmə işləri kitabın başlıca mövzusu və məzmununu təşkil edir. Yeni nəşrdə dahi öndərin Azərbaycanın demokratiya və müstəqillik yolunda atdığı uğurlu addımlar „Müstəqilliyimizi əbədi və dönməz edən şəxsiyyət”, „Milli qurtuluş tarixinin öndəri”, „Sülh və Əmin-amanlıq elçisi”, „Yeni Azərbaycan yolu” və digər başlıqlı yazılarda nəzər salınır, dahi şəxsiyyətin ideyaları və siyasətinin Azərbaycanın uğurlarının əsası olduğu göstərilir.
Kitabda dahi liderin yaratdığı siyasi məktəbin uğurlu davamçılarının fəaliyyətləri də özünə yer alıb. Belə ki, müəlliflər Heydər Əliyev siyasi kursunun ölkəyə qazandırdığı naliyyətləri “Qələbə əzmli lider”, “İlhamlı sabahın aydın, Azərbaycan!”, “Böyük zəfərlərə aparan lider”, “Naxçıvan möcüzəsini yaradan zəka” və digər başlıqlı yazılarda faktik materiallar əsasında oxucularına təqdim edir.
Aysel MƏDƏDLİ,
ZiM.Az
.
Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.