Ali Məclisi Sədrinin 2014-cü il
19 dekabr tarixli “Muzeylərlə əlaqələrin daha da gücləndirilməsi haqqında” Sərəncamına uyğun olaraq
AMEA Naxçıvan Bölməsinin əməkdaşları mütəmadi olaraq muxtar respublikamızda fəaliyyət göstərən muzeyləri ziyarət edir, mədəniyyət müəsisələrində mühafizə olunan eksponatlarla yaxından tanış olurlar.
AMEA Naxçıvan Bölməsinin İnformasiya şöbəsindən ZiM.Az-a bildiriblər ki, müxtəlif muzeylərə ekskursiyalarını davam etdirən Bölmə əməkdaşları Naxçıvan Dövlət Xalça Muzeyini ziyarət ediblər.
Burda muzey haqqında ətraflı məlumat verilib.
Bildirib ki, Naxçıvan xalçaları qədim zamanlardan Azərbaycan xalçaçılıq sənətinin ən gözəl nümunələri hesab edilir.
Bu mədəniyyət ocağında Naxçıvan qrupuna aid çoxlu sayda xovlu və xovsuz xalça nümunələri, o cümlədən müxtəlif əl işləri, tikmələr, toxuculuq alətləri, xurcun, torba və digər eskponatlar nümayiş etdirilir.
Qeyd olunub ki, muzeydə xalçaçılıqla bağlı tez-tez tədbirlər təşkil olunur, eyni zamanda muzeyə kollektiv ziyarətlər davam etdirilir ki, bu cür tədbirlər və ziyarətlər mədəni irsimizin, milli dəyərlərimizin qorunması və təbliğində, eyni zamanda tariximizin, mədəniyyətimizin hərtərəfli öyrənilməsi və təbliğində böyük əhəmiyyətə malikdir.
Naxçıvan Dövlət Xalça Muzeyinin zəngin kolleksiyası ilə yaxından tanış olan Bölmə əməkdaşları muzey işçilərinə öz minnətdarlıqlarını bildiriblər.
Müşfiq BORÇALI,
ZiM.Az
.
Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.