Tədbiri bölmənin sədri, akademik İsmayıl Hacıyev açaraq Saleh Məhərrəmovun keçdiyi ömür yolundan, onun Azərbaycan elminin, təhsilinin inkişafındakı xidmətlərindən danışmışdır.
Tədbirdə Naxçıvan Dövlət Universitetinin prorektoru, professor Məmməd Rzayev “Əməkdar elm xadimi Saleh Məhərrəmovun ömür yolu, elmi və pedaqoji fəaliyyəti” adlı məruzə etmişdir.
Qeyd edilmişdir ki, Saleh Məhərrəmov 101 elmi məqalənin, 3 monoqrafiyanın, 2 dərs vəsaitinin, 2 proqram, 2 təklif və 1 metodik vəsaitin müəllifidir. Onun rəhbərliyi altında 10 fəlsəfə doktoru dissertasiya işi yerinə yetirilir.
Yığıncaqda AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli, Naxçıvan Müəllimlər İnstitutunun rektoru, əməkdar elm xadimi, professor Oruc Həsənli, “Naxçıvan” Universitetinin rektoru, professor İsmayıl Əliyev, Naxçıvan Dövlət Universitetinin “Sosial idarəetmə və hüquq” fakültəsinin dekanı, dosent Qərib Allahverdiyev, Naxçıvan Dövlət Universitetinin “Tibb” fakültəsinin dekanı, dosent Bəhruz Məmmədov və b. çıxış edərək Saleh Məhərrəmovun elmi fəaliyyətini yüksək qiymətləndirmiş və ona gələcək işlərində uğurlar arzulamışlar.
Sonda Saleh Məhərrəmov ona göstərilən böyük qayğıya və elmi fəaliyyətinə verilən yüksək qiymətə görə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbova və yığıncaq iştirakçılarına öz dərin minnətdarlığını bildirmişdir.
REDAKSİYADAN:
Biz d əAMEA-nın müxbir üzvü, biologiya elmləri doktoru, professor, Əməkdar elm xadimi Saleh Heydər oğlu Məhərrəmovu anadan olmasının 50 illik Yubileyi münasibətilə ürəkdən təbrik edir, ona uzun ömür, möhkəm cansağlığı, elmi-pedaqoji fəaliyyətində yeni-yeni uğurlar arzulayırıq!..
Müşfiq BORÇALI.
Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.