AMEA Naxçıvan Bölməsinin İctimaiyyətlə əlaqələr və İnformasiya şöbəsindən ZiM.Az-a bildiriblər ki,
AMEA-nın 75 illik yubileyinə həsr edilən tədbirdə “Azərbaycan Milli Elmlər Akademiyası: təsis edilməsi və inkişaf tarixi”, “Ulu öndər Heydər Əliyev və Naxçıvanda elmin inkişafı”, “Humanitar və ictimai elm sahələrinin inkişafı”, “Fundamental və tətbiqi elm sahələrinin inkişafı”, “Peşəkar elmi kadrların formalaşdırılmasında akademiyanın rolu”, “Elm və istehsalatın qarşılıqlı əlaqəsi” və “Sosial-iqtisadi və mədəni-mənəvi inkişafda elmin rolu” mövzusunda müzakirələr aparılacaq.
Konfransda iştirak etmək üçün məruzə mətinlərinin adlarının qabaqcadan göndərilməsi əsasdır.
Məruzə mövzularının adı 10 mart, redaktə olunmuş tam hazır mətni isə 20 mart tarixinədək ameanaxcivanbolmesi@gmail.com elektron poçt ünvanına göndərilməlidir.
Daha ətraflı məlumatı bölmənin www.ameanb.nakhchivan.az saytından əldə edə bilərsiniz.
ZiM.Az
.
Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.