Beş kitab müəllifidir. Birinci kitabı "Ürəklərdə qalacaqsan" 2007-ci ildə, ikinci kitabı "Bəlkə görüşmədik" 2008-ci ildə Naxçıvanda "Məktəb" nəşriyyatında, üçüncü kitabı "Əbədilik məhəbbət ver" 2009-cu ildə, dördüncü kitabı "Günəş eşqlə nurun saçdı" 2012-ci ildə Naxçıvanda "Qızıl dağ" mətbəəsində, beşinci kitabı "Sevgi dünyası" 2016-cı ildə Naxçıvanda "Əcəmi" nəşriyyatında çapdan çıxıb.
Azərbaycan Yazıçılar Birliyinin və Naxçıvan Muxtar Respublikası Yazıçılar Birliyinin üzvüdür.
"Şərqin səhəri", "Vedibasar", "Əbədi yol", "İki sahil" qəzetlərində, eləcə də, 2008-ci ildə Naxçıvan Muxtar Respublikasının Yazıçılar Birliyinin, İran İslam Cümhuriyyətinin Naxçıvandakı baş konsulluğunun mədəniyyət mərkəzi ilə birlikdə hazırladıqları "Dostlar töhfəsi" adlı ədəbi almanaxda şeirləri dərc olunub.
"Dünya yalan dünyadır", "Ömür yollarında", "Sevənlərin dünyası", "Qarabağ həsrəti" və s. kitabların yaradıcı heyətininin ən fəal üzvlərindən biridir.
Biz də Rahilə xanıma yeni-yeni uğurlar arzulayırıq və aşağıda onun bir neçə şeirini dəyərli oxucularımıza təqdim edirik.
ZiM.Az
AZƏRBAYCANLA
Allah tərəfdən vergi verilən,
Mükafatlara layiq görülən,
Torpaqlarına xalı sərilən,
Azərbaycanla qürur duyuram,
Qəlbim onunla vurur duyuram.
Həm ilk, həm də son mənzilim olan,
Bulaq suyuyla könül durulan,
Eşqi əbədi ürəyə dolan,
Azərbaycanla qürur duyuram,
Qəlbim onunla vurur duyuram.
Görünüşüylə daim sevilən,
Hər cür meyvəsi şövqlə yeyilən,
Möcüzələri dildə deyilən,
Azərbaycanla qürur duyuram,
Qəlbim onunla vurur duyuram
Parlaq nur səpən xoş səhərləri,
Xəzər dənizi, Bakı şəhəri,
Göyə yüksələn hünərvərləri,
Azərbaycanla qürur duyuram,
Qəlbim onunla vurur duyuram.
Qonaqlarına fərəhlə gülən,
Dadlı payını dostlarla bölən,
Mehribanlığı xoşlara gələn,
Azərbaycanla qürur duyuram,
Qəlbim onunla vurur duyuram.
Sevgisi qədim Naxçıvan, Gəncə,
Sumqayıtıyla bilinən təzə,
Göz qamaşdıran Tovuz, Qəbələ,
Azərbaycanla qürur duyuram,
Qəlbim onunla vurur duyuram.
Naxçıvan hələ armud vətəni,
Ərik, badamla, qozun məskəni,
Dərman dağının, duzun məskəni,
Azərbaycanla qürur duyuram,
Qəlbim onunla vurur duyuram.
Narları məşhur İmişli, Göyçay,
Bərdə cənnətdi, Lerik ona tay,
Ruh təzələyən Lənkəranda çay,
Azərbaycanla qürur duyuram,
Qəlbim onunla vurur duyuram.
Valeh eyləyən Mil ilə Muğan,
Hey gözəlləşən Kürdəmir, Salyan,
Mələklər üçün salınan ünvan,
Azərbaycanla qürur duyuram,
Qəlbim onunla vurur duyuram.
Qan təmizləyir Quba alması,
Ləzzət gətirən Şəki havlası
Ordubad balı və paxlavası,
Azərbaycanla qürur duyuram,
Qəlbim onunla vurur duyuram.
Yaraşıqdılar Qax, Zaqatala,
Saatlı Qusar, Ağsu, Neftçala,
Qoynunda vardı dağılmaz qala,
Azərbaycanla qürur duyuram,
Qəlbim onunla vurur duyuram.
Ruhu bəzəyir Yevlaxla Xaçmaz,
Birləşdirdiyi Kür ilə Araz,
Ellər dolaşan tarı ilə saz,
Azərbaycanla qürur duyuram,
Qəlbim onunla vurur duyuram.
Deyək Qarabag silsiləsindən,
Səkkizguşəli şah türbəsindən,
Saysız-hesabsız şəlaləsindən.
Azərbaycanla qürur duyuram
Qəlbim onunla vurur duyuram.
Yaman sevinir Qarabağ yenə,
Sərt Xudafərin körpüsü ilə,
Zəngin Topxana ən nadir meşə.
Azərbaycanla qürur duyuram,
Qəlbim onunla vurur duyuram.
Şuşanın nadir şüşə üzüylə,
Xarı bülbülün nurlu gözüylə,
Toylu-büsatlı Cıdır düzüylə.
Azərbaycanla qürur duyuram,
Qəlbim onunla vurur duyuram.
Enməz dağların Laçındı tacı,
Mərmər yatağı, Dəmirağacı,
Məlhəm bitkisı, dərdlər əlacı.
Azərbaycanla qürur duyuram,
Qəlbim onunla vurur duyuram.
Qəmi aparır Meydan dərəsi,
Saf havalıdı hər cúr meşəsi,
Zəngilandakı Çinar meşəsi.
Azərbaycanla qürur duyuram,
Qəlbim onunla vurur duyuram.
Bitib-tükənmir qızıl yatağı.
Daha görməyir buz Murov dagı,
Coşub-çağlayır İsa bulağı.
Azərbaycanla qürur duyuram,
Qəlbim onunla vurur duyuram.
Sinəsindədi sirr Qız qalası,
Mərdəkandakı Ulduz qalası,
Elmli Samaxı rəsədxanası.
Azərbaycanla qürur duyuram,
Qəlbim onunla vurur duyuram.
Bizə yaşadır nağıl dünyası,
Qobustandakı kənd mağarası,
Pir, ziyarətgah Haça qayası.
Azərbaycanla qürur duyuram,
Qəlbim onunla vurur duyuram.
Rahilə heyran hər döngəsinə,
Möhkəm sığınıb söz kölgəsinə,
Şeir yazdığı hər bölgəsinə,
Azərbaycanla qürur duyuram,
Qəlbim onunla vurur duyuram.
AĞDAM
Qarabağ incisi, giriş qapısı,
Qonaqları ilə görüş qapısı,
Gözəlliklərinə dönüş qapısı.
Ağdam, səadətə bürünür indi,
Əvvəlki kimi şən görünür indi.
İyirmi səkkiz il düşmənin olan,
Hicrandan gözləri qəmlənib, dolan,
Həsrətin oduyla yanıb, qovrulan,
Ağdam,səadətə bürünür indi,
Əvvəlki kimi şən görünür indi.
Qoparıb,aparır fəryadı,ahı,
Seyid Miriş ağa ziyarətgahı,
Günəşlə açılır hər bir sabahı,
Ağdam, səadətə bürünür indi,
Əvvəlki kimi şən görünür indi.
Artıq gülümsəyir "Üzərlik təpə"
Həm "Sultanbud" adlı saqqızlı meşə,
Həm də ləpələnən lalə, bənövşə.
Ağdam, səadətə bürünür indi,
Əvvəlki kimi şən görünür indi.
Elə möcüzədir saf təbiəti,
Pənahəli xanın tək imarəti,
Xatırladır bura sanki cənnəti,
Ağdam, səadətə bürünür indi,
Əvvəlki kimi şən görünür indi.
Şahbulaq qalası əsrarəngizdir,
Üstünə vurulan parlaq gümbəzdir,
Düzələn kəhrizlər nurlu, təmizdir,
Ağdam,səadətə bürünür indi,
Əvvəlki kimi şən görünür indi.
Keşikçi dayanır Şellinin dağı,
Narıyla boylanır Şellinin bağı,
Geriyə qayıdır keçmiş, xoş çağı,
Ağdam,səadətə bürünür indi,
Əvvəlki kimi şən görünür indi.
Dillərdə dastandı uzundərə"si,
Xanoğlu türbəsi, daş abidəsi,
Var xalçalarında nadir ilməsi,
Ağdam,səadətə bürünür indi,
Əvvəlki kimi şən görünür indi.
Axır Qarqar çayı güclü sel ilə,
Toplanır məhsulu qızıl əl ilə,
Xoş gün yaşayacaq qarşıda hələ,
Ağdam, səadətə bürünür indi,
Əvvəlki kimi şən görünür indi.
Heç qurudulmayır Xaçının gölü,
Heç unudulmayır Sona bülbülü,
Al-əlvan boyanır çəməni, çölü,
Ağdam, səadətə bürünür indi,
Əvvəlki kimi şən görünür indi.
Könüllər oxşayır kəklikotusu,
Dərdlərə dərmandır ayrıqotusu,
Düzlərə yayılıb qoyun-quzusu,
Ağdam,səadətə bürünür indi,
Əvvəlki kimi şən görünür indi.
Bərpa olunubdur Cümə məscidi,
Dil açır sehirli Alban məbədi,
Heyranedicidir ümumi kəndi,
Ağdam,səadətə bürünür indi,
Əvvəlki kimi şən görünür indi.
Rahilə haqqında yazmaqdan doymur,
Xəyalən qoynunda azmaqdan doymur,
Bilirki,şeytana,iblisə uymur,
Ağdam,səadətə bürünür indi,
Əvvəlki kimi şən görünür indi.
LAÇINIMIZDA
Azərbaycanın dilbər guşəsi,
Dəmirağacla dolu meşəsi,
Şiş Qızılbogâz adlı zirvəsi.
Var, ürəyimiz Laçınımızda,
Gəl, bir gòr, var tək Laçınımızda.
Məğrurluq rəmzi Laçın qalası,
Uca dağlarda qartal yuvası,
Səma rəngində mərd Göy qayası.
Var, ürəyimiz Laçınımızda,
Gəl, bir gör, var tək Laçınımızda.
Allahın bizə sevimli payı,
Qədim naxışlı Sultan sarayı,
Süd kimi axan Çəmənli çayı.
Var, ürəyimiz Laçınımızda,
Gəl, bir gör, var tək Laçınımızda.
Göz oxşadıqca hər yan mənzərə,
Hey gülümsəyir Dolayı bərə,
Dəniz kimi şən, ləpəli lalə.
Var, ürəyimiz Laçınımızda,
Gəl, bir gör, var tək Laçınımızda.
Dağ mirvarisi Qaragöl gölü,
Bal arısının şirəli gülü,
Min cür çiçəyin susmaz bülbülü.
Var,ürəyimiz Laçınımızda,
Gəl, bir gör, var tək Laçınımızda.
Müxtəlif rəngli Mərmər yatağı,
Başı dumanlı Qırxqız yaylağı,
Bərəkəti bol alma, qoz bağı.
Var, ürəyimiz Laçınımızda,
Gəl, bir gör, var tək Laçınımızda.
Əhmədbəylinin dadlı tuşsuyu,
Müalicəvi, saf Qotursuyu,
Dağların gòzəl kəklikotusu.
Var, ürəyimiz Laçınımızda,
Gəl, bir gòr, var tək Laçınımızda.
Dərdə şəfalı al çiyələyi,
Sürüylə uçan nazlı kəkliyi,
Tərifə layiq kom göbələyi.
Var,ürəyimiz Laçınımızda,
Gəl, bir gör, var tək Laçınımızda.
Dağ zivəsində Pəri bulağı,
Bitgisi zəngin Çilgəz yaylağı,
Dillərdə gəzən cüyür oylağı.
Var, ürəyimiz Laçınımızda,
Gəl, bir gör, var tək Laçınımızda.
Ruhu bəzəyən zəngin talalar,
Möcüzə kimi duran kahalar,
Sehirli qalan lal mağaralar.
Var, ürəyimiz Laçınımızda,
Gəl, bir gör, var tək Laçınımızda.
Söyləyirəm ki, bil ay Rahilə,
Ağbulaq adlı uzun şəlalə,
Əlvan görünən Moruqlu dərə.
Var, ürəyimiz Laçınımızda,
Gəl, bir gör, var tək Laçınımızda.
CIĞALI TƏCNİS
Nifrəti gəlməyə qoyma yar ada,
Ortada həsrəti qoyma yarada.
Əzizim gəl yar ada,
Vurğun oldum yar ada.
Kədər dağım ucalıb,
Eşqim onu yar, ada.
Həqiqi sevirsən yağdırma yağış,
Sevən şəri yaxın qoymayar ada.
Niyə taleyimi hey od aradı,
Səadət kənardı bax od aradı.
Əzizim od aradı,
Sevgimi od aradı.
Saçlarım dolaşanda,
Düzəldib o, daradı.
Gecə məni çəkdi qəm o dara da,
Yanan ürəyimə qoyma yara da.
Rahilə, ətrafa bax daha, yazdı,
Şeiri kor baxa-baxa da yazdı.
Əzizim çox ayazdı,
Yaşam tərzi ayazdı.
Təbiətə çıxdı ki,
İnana baxa yazdı.
Məhəbbətdən uzaq gəzmə ayazdı,
Soyuq sevincimi qoyma yara da.
TƏCNİS
Deyirəm nə yaxşı röyamda varsan,
İnan ki, dünyamda dövlətsən, varsan,
Həmişə diqqətlə sevgimə varsan,
Görərsən səninlə eşqim yaranar.
Gəl, yarım həsrəti sataq o yana,
Yalanı alova qataq o yana,
Yatmış arzuya söz ataq oyana,
Fikirlərim çətin eşqi yar anar.
Qızıl heçdi çalış, uyma o daşa,
Köksüm yandı niyə qoydun od aşa?
Səbrim dolub əgər qıysan o daşa,
Anlayaram çirklə eşqi yara nar.
Razı olma qəlbim düşə yad ələ,
Namərd sözlə onu deşə, ya dələ,
Əmr vermə nə vaxt bişsə yad ələ,
Həm də demə bütöv eşqi yar a nar.
Rahilə tapmayıb əzəl sirrdaşı,
Könlünə yığılır xəzəl, sirr daşı,
Deyir gəl mənimlə gözəl sirr daşı,
Söyləyək, arada eşqlə yaran ar.
TƏCNİS
Bənzədib gözümü niyə dənizə,
Qəlbimi qəddar tək ancaq yar andı.
Düşərək saçımda qəmçün dən izə,
Dilində sevgimə nifrət yarandı.
Vurdu mənə şeytan dön dərdi ağı,
Bəxtimə çayını döndərdi ağı,
Sevincli günləri dön dərdi ağı,
Dedi sevindirən məni yarandı.
Nədən eşq könlümə bu dağı etdi?
Həm də onu qəmin budağı etdi,
Qəm daşı yığaraq bu dağı etdi,
Hər vaxt onu ancaq tək yar yarandı.
Xəyallar əlimə deyir yaz aman,
Gələrsən söylə bir, etsə yaz aman?
Gözləmə gələcək ölüm, ya zaman,
Görüşçün maraqlı indi yar andı.
Rahilə hiyləyə yaman alçaldı,
Damarda qanı da yaman al çaldı,
Ona qələbəni çünki al çaldı,
Unutdu həmişə gözəl yar andı.
QƏZƏL
Gecə yar xəyalının kölgəsinə sığınıram,
Yandırdığı ümidin şöləsinə sığınıram.
Yuxumu qaçırdaraq itiribdi hansı yana,
Gözlərimə etdiyi hiyləsinə sığınıram.
Gecənin bir aləmi çox acizəm əllərində,
Qulağıma etdiyi zümzüməyə sığınıram.
Hisslərimi aparır gah arana, gah da dağa,
Hərdənbir saxladığı mərtəbəyə sığınıram.
Qorxulu anlarımı qaranlıqda bürüdükcə,
Ən acı həsrətinin sinəsinə sığınıram.
Bəxtimin kədərini yaşayaraq məhv olduqca,
Xoşbəxtlik gəlməsinin bəlkəsinə sığınıram.
Söyləyirəm Rahilə, rahatlanıb, sakitcə yat,
Deyir ki, sevdiyimin vədəsinə sığınıram.
ZiM.Az
.
Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.