Öncə“Təhsil” televiziyasının fəaliyyətini əks etdirən videoçarx nümayiş etdirilib.
Məlumat verilib ki, 2015-ci ilin sentyabrından fəaliyyətə başlayan televiziya tərəfindən qısa müddət ərzində 30-dan çox film çəkilib.
Mərasimdə müəllim, tələbə, Xaricdə Təhsil üzrə Dövlət Proqramı məzunlarının obrazları canlandırılan filmlərdən 7-si nümayiş etdirilib.
Daha sonra filmlərin qəhrəmanları və yaradıcı heyəti öz təəssüratlarını bölüşüblər.
Təhsil naziri Mikayıl Cabbarov çıxış edərək, Novruz bayramı münasibətilə mərasim iştirakçılarına təbriklərini çatdırıb, onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıb. Nazir Təhsilin inkişafı üzrə Dövlət Strategiyasında nəzərdə tutulduğu kimi, bu televiziyanın yaranmasının uşaq və gənclərin intellektual fəaliyyətinin dəstəklənməsi və cəmiyyətin inkişafında təhsilin rolunun daha dərindən dərk olunması məqsədinə xidmət etdiyini bildirib.
“Təhsil” televiziyasının maarifçilik missiyası daşıdığını deyən nazir televiziyanın gələcəkdə fəaliyyətini genişləndirməklə təhsil islahatlarına daha böyük töhfə verəcəyini vurğulayıb.
Tədbirdə çıxış edənlər filmlərin peşəkarlıqla çəkildiyini qeyd edib, öz sahəsində uğur qazanan şəxslərin ictimaiyyətə tanıdılması məqsədilə həyata keçirilən bu layihənin əhəmiyyətini yüksək qiymətləndiriblər.
Təqdimat mərasimində Təhsil Nazirliyinin əməkdaşları, millət vəkilləri, ali məktəblərin rektorları,dövlət və biznes qurumlarının nümayəndələri, tanınmış ziyalılar,təhsil ekspertləri və media qurumlarının rəhbərləri iştirak ediblər.
Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.